MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə162/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   158   159   160   161   162   163   164   165   ...   228

 

304


vitamini, «B», «P» və «A» provitamini, boyayıcı və aşılayıcı maddələr, tannid, efir yağı (0,012-0,029%), inulin, 

qlikozid, flafonid, inozit, yuqlon və mineral duzlar vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qo-

zun yarpağını dəmləyərək ondan mədə-bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edirlər. 

Qozun yetişməmiş qozalarının yaşıl qabığı «C» vitamini ilə çox zəngindir. Sütül meyvələri tərkibində olan 

«C» vitamininin miqdarına görə o, hətta limon, itburnu və qara qarağatdan da üstündür (M.M.Tımko, 1950). 

Odur ki, ondan «C» vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur.  

Qozun yarpaqları iriləşdikcə  tərkibində «C» vitamininin miqdarı artır, vegetasiyanın ortasında (iyulda) 

maksimuma çataraq yaş çəkisi 2000 mq% təşkil edir, sonra azalmağa başlayır. Sentyabr-oktyabr aylarında vita-

minin miqdarı maksimumun 1/3-1/6-ni təşkil edir. A.K.Qerqelejiuyaya (1938) görə qozun yetişməmiş 

meyvəsində «C» vitamininin miqdarı (Moldaviya) 3036 mq%, meyvəyanlığında isə (avqustda) 831 mq% təşkil 

edir.  

Qozun yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngli (xüsusi çəkisi 



1,2-1,3) olub qoz yarpağının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0% askorbin 

turşusu, 1-3% tanin, 2,2-2,9% üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də qeyd 

edilir. Tərkibində 1,0% askorbin turşusu olan konsentrat xroniki mədə pozğunluğu olan uşaqlara verildikdə 

(gündə 12 q ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır.  

Alimlərin bir qrupu (A.K.Qerqelejiuya, 1938; Bezzubov, 1949 və s.) qozun yetişməmiş meyvələrindən 

konsentrat almağı düzgün hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox 

məqsədəuyğun sayırlar. 

Qoz ağacı kökünün qabığı yaxşı işlətmə dərmanı hesab olunur. 

Qoz ləpəsinin tərkibində 58-77% yağ, 12-25% zülal, 5-25% karbohidratlar, 0,3 mq% askorbin turşusu 

vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriliyə malik olub, həmin miqdarda mal ətinin kalorisindən 7 dəfə 

artıqdır. 1 kq qoz ləpəsinin 6120 kkal qidalılığı vardır və ya onun verdiyi kalorinin miqdarı 1 kq mal əti və 2 kq 

buğda çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. İ.V.Miçurin adi qozu meyvəsini «gələcəyin çörəyi» kimi 



qiymətləndirmişdir. K.Y.Sialkovski (1929) qoz ağacını  gələcəyin bitkisi adlandırmışdır. Yunan qozunun 

ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub, yeyinti, ətriyyat və lak-boyaq sənayesində istifadə 

olunur.  

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, qoz ağacı respublikamızda bitən bütün ağaclardan 

gəlirli və insan üçün çox faydalıdır. Odur ki, qoz meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab 

edilməlidir.  

Adi qoz əsasən toxum səpini üsulu ilə artırılır. Səpin prosesi toxumluq ağacların seçilməsi, toxumun 

yığılması, toxumun çeşidləndirilməsi və stratifikasiyası. saxlanması və səpinə hazırlanmasından ibarətdir.  

Qoz əkinlərinin keyfiyyəti səpin materialının mənşəyindən çox asılıdır. Odur ki, məlum mənşəli sağlam və 

yaxşı nəsildən olan toxumluq ağaclar qabaqcadan seçilir və toxum yalnız bu ağaclardan tədarük edilir. Toxum-

luq ağaclar quraqlığa dözümlü, sağlam, tezböyüyən, xəstəlik və ziyanvericilərə qarşı davamlı olmalıdır. Bu 

ağaclardan toplanan toxumlar kifayət qədər iri, nazik, lakin bərk qabıqlı, açıq (parlaq) rəngli, içi dolu, ləpə 

çıxarı yüksək, ləpəsi asan təmizlənən, dadlı, kəmşirin, yağlı, ləpənin qabığı açıq rəngli olmalıdır.  

Toxum yetişdikdən sonra budaqları silkələməklə (çırpmaqla), uzun dəyənəklərə bağlanan bağ qayçısı ilə 

kəsməklə  və toxmaqla döyməklə toplanır. Səpin üçün təzə (bir ildən artıq saxlanmayan) toxumlardan istifadə 

olunur. Yığılmış toxumlar qabıqdan təmizlənərək talvarın altında kölgədə qurudulur. Təzəcə toplanan toxumları 

1-2 gün günəş altında saxlamaq faydalıdır. Belə ki, qısa müddətdə günəş altında qurudulan qozalar açıq rəng alır 

və göbələk xəstəliklərinə tutulmur.  

Xüsusi ayrılmış  ağaclardan yığılmış toxumlar payızda səpin qabağı  və  qışda stratifikasiyadan qabaq 

yenidən seçilir. Bu məqsədlə yalnız sağlam toxumlardan istifadə olunur. Toxumlar kifayət qədər iri, hamar və 

düzgün formalı, yaraşıqlı, açıq rəngli, ləpəsi tezçıxan. dadlı və yağlı olmalıdır.  

Payız səpini aparıldıqda toxumlar qabaqcadan hazırlıq işləri tələb etmir. Yaz səpini üçün isə toxumlar bütün 

qış boyu xüsusi qayda ilə saxlamalı və stratifikasiya edilməlidir. Stratifikasiya işi torpaqda (passiv) və otaqlarda 

(aktiv) aparılır. Birinci variantdan toxum az olduqda istifadə olunur. Bu məqsədlə yeşiklərə azrütubətli qum 

tökülür, toxumlar həmin quma yığılır. Qumla toxum qarışıqlı belə yeşiklər 80-100 sm dərinliyi olan quyularda 

saxlanılır. Yeşiyin dibinə su yığılmaması üçün altında deşiklər açılır və bir lay kərpic, daş  qırıqları  və  çınqıl 

döşənir. Toxum çox olduqda isə quyularda qumla (yeşiksiz) stratifikasiya olunur. Bu zaman qayunun dibinə 10 

sm qalınlığında drenaj materialı (kərpic, daş və s.) döşənir, sonra 5 sm qalınlığında qum tökülür, onun üstündən 

isə toxumlar bir-birinə dəyməmək şərtilə bir qat toxum düzülür. Toxumun üstündən yenə 3 sm qalınlığında qum 

döşənir, qumun üstdən yenidən bir lay toxum düzülür və s. Bu qayda ilə 10 cərgə toxum qablanır. Üstündən 5-

10 sm qalınlığında qum, qumun üstündən isə 60-70 sm qalınlığında torpaq tökülür.  

Adi qozun aktiv stratifikasiyası toxum anbarlarında zirzəmilərdə və otaqlarda aparılır. Stratifikasiyaya yan-

varda başlayıb 90 gün davam etdirilir. Stratifikasiya aparılan otaqlar təmiz, ağardılmış və quru olmalıdır. Əgər 

qış çox şaxtalı keçərsə, orada havanın temperaturu 5-7

0

 arasında saxlanmalıdır. Toxum çox olduqda döşəmə 



üzərində stratifikasiya üçün işlədilən qum təmiz, qarışıqsız olmalıdır. Od üzərində yandırılmış qumdan istifadə 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə