MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə165/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   161   162   163   164   165   166   167   168   ...   228

 

308


pekan bağı salarkən ağacların aralarının 10 m-dən artıq götürülməsi vacibdir. Fikrimizcə, bu şəraitdə pekan 

plantasiyası 15x15 m sxemi əsasında əkilərsə, ağacların çətri yaxşı inkişaf edər, onlardan bol məhsul götürmək 

olar. Bu plantasiyanın bəzi yerlərində ağacların seyrəldilməsi məqsədəuyğundur.  

Buricəli qəsəbəsində yeməkxananın qabağında 150 ədədə qədər pekan ağacı vardır. Bu ağaclar 5x6 m sxe-

mi  əsasında  əkilib,  şahmat qaydasında yerləşdirilmişdir. Burada ağacların orta boyu 17 m, ən hündür ağacın 

hündürlüyü isə 20 m-dir. Ağaclığın orta diametri 40 sm, ən yoğun ağacınkı isə 54 sm-dir. Bağda mal-qara 

otarıldığından və gediş-gəliş çox olduğundan ağacların dibi tapdanır və  bərkiyir. Həm bu, həm də  yəqin ki, 

qrunt suyunun dərində yerləşməsi (18 m) səbəbindən ağaclar zəif böyüyürlər.  

Lənkəran rayonu Sütəmurdov kəndində, mexaniki dəstənin həyətində 50ədədə  qədər pekan ağacı saydıq. 

Onların yaşı 60-65 arasındadır. Ağaclar 10x10 sxemi əsasında əkilmişdir. Onların orta boyu 26 m, ən iri ağacın 

boyu  32 m-dir, orta diametri 52 sm, ən yoğun ağacın diametri 72 sm-dir.  

Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutunun filialının əsas binası yanında 4 pekan 

ağacı vardır. Onların diametri 32-84 sm-dir. Bir qədər açıqlıqda bitdiklərindən boyları uca olmayıb 14-17 m-dir. 

Həmin binaya yaxın mövcud meşə zolağının 2 cərgəsində 20 ədəd pekan ağacı əkilmişdir. Ağacların boyu 19-20 

m, diametri 24-36 sm arasında dəyişir.  

Astaranın Təngərük və Maşxan kəndlərinə gedən şose yolunun qırağında boyu 17-20 m olan 15 dədə qədər 

pekan ağacı vardır.  

Lənkəran rayonu ərazisində olan meşə zolaqlarında da pekan ağaclarından istifadə olunmuşdur. Rayonun 

Girdəni kəndinin yanında 1950-ci ildə salınmış tarlaqoruyucu meşə zolağında  əsasən pekan və katalpa 

əkilmişdir. Hazırda zolaqdakı katalpa ağaclarının çoxu kəsilmişdir. Pekan isə faydalı  ağac olduğundan 

saxlanmışdır. Onların boyları 22-25 m, orta diametri 80 sm, maksimum diametri isə 102 sm-dir. Bol meyvə 

gətirir. Bu ağacların yanında yerləşən çay plantasiyaları son vaxtlar istifadəsiz qalıb sıx gəndəlaş, ayıdöşəyi 

(vel) və ya qarğı ilə örtülmüşdür. Onların arasında boyları 2-5 m olan çoxlu cavan (8-10 yaşlı) pekan ağacları 

bitib. Belə sahələrdə xidmət işləri aparmaqla məhsuldar pekan bağı yaratmaq olar.  

Hazırda Lənkəran-Astara zonasında pekan tez böyüməsinə, dadlı və bol meyvəsinə görə yerli əhalinin se-

vimli ağaclarından birinə çevrilmişdir. İndi həyətyanı sahələrdə bu ağaca tez-tez rast gəlmək olar.  

Pekan toxumla və vegetativ üsulla artırılır. Onun toxumları oktyabr, noyabr aylarında yığılır, təmizlənir, 

qurudulur və payızda səpilir, yaxud sonrakı ilin yazına saxlanılır. Yaz səpinində toxumlar stratifikasiya 

olunmalıdır. Təcrübələr göstərir ki, pekanın toxumları 60-90 gün müddətində rütubətli qumda stratifikasiya olu-

naraq səpinqabağı 15 gün müddətində isti şitilliklərdə saxlandıqda yüksək bitiş alınır.  

Pekanın plantasiyası səpin yolu ilə salındıqda, qabaqcadan sahədə səpin yerləri qeyd olunur, quyular qazılır, 

ora məhsuldar ağaclardan seçilmiş keyfiyyətli toxumlar basdırılır.  

Pekan vegetativ üsulla – calaq, kök pöhrələri, qələm və çiliklərlə də artırılır. Calaq üsulu ilə pekanın bütün 

sortlarını artırmaq mümkündür.  

Qərzək meyvəli cinslərin (qoz, şabalıd və s.) arasında pekan ən möhtəşəm ağac sayılır. Düzbiçimli gövdəsi, 

yuxarıya qalxmış geniş tünd yaraşıqlı çətri adamı özünə cəlb edir. 

Pekanın lələkvari yarpaqlarının rəngi ilin hər fəslində gözəldir. Yarpaqları yazda açıq yaşıl, yayda tünd par-

laq yaşıl, payızda isə çoxçalarlı narıncı-sarı olur.  

Pekandan yaşıllaşdırma işlərində, xiyaban salınmasında, qrup halında, tək-tək, küçə və yolların kənarında, 

həmçinin bağlarda istifadə etmək olar.  

Pekan ağacının göstərilən faydalı xüsusiyyətlərini nəzərə alıb respublikamızda – Lənkəran ovalığında, 

Qanıx-Həftaran vadisində, Samur-Dəvəçi düzənliyində və Kür-Araz ovalığında sənaye əhəmiyyətli plantasiyalar 

salmaq mümkündür və lazımdır. Ondan meşə zolaqları yaradılmasında da istifadə edilməsi məsləhətdir.                        

 

14.10. Adi şabalıd meşələrinin bərpası  

(Castanea sativa Mill) 

Şabalıd cinsinə 14 növ daxildir. Bunlardan təbii halda 7 növü Şimali Amerikada, 4 növü cənub-şərqi 

Asiyada, bir növü (adi şabalıd – C. sativa) Qafqazda, Azərbaycanda yayılmışdır. Bu növə Aralıq dənizi, Balkan 

ölkələri, Kiçik Asiya və İtaliyada rast gəlinir. 

A.A.Qrossheym (1952), V.Z.Qulisaşvili (1956) qeyd edirlər ki, keçmiş SSRİ ərazisində təbii halda şabalıd 

meşələri ancaq Qafqazda – Krasnodar ölkəsində  və  cənubi Qafqazda yayılmışdır. Kiçik sahələrdə  şabalıd 

meşələrinə  şimali qərbi Qafqazda və Acar-İmeretiya dağlarında rast gəlinir.  Şabalıdın  şərq sərhədi Liaxva 

çayına kimi çatır, sonra onun arealı kəsilir və iberiya palıdı ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında 

Kaxetiyada yenidən şabalıd meşələrinin arealı başlanır və Azərbaycanın ərazisinə daxil olur.  

Azərbaycan respublikasında təbii halda şabalıd meşələrinə  əsasən Böyük Qafqazın cənub yamacında – 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və  Qəbələ rayonları  ərazisində rast gəlinir. Bu meşəliklər nisbətən kiçik 

sahələri tutub əsas etibarilə  dəniz səviyyəsindən 550-1200 (1300) metr hündürlükdə yamacın rütubətli  şimal, 

qərb və qismən cənub cəhətlərində yerləşir.  



 

309


Şabalıd  əksər halda palıd, vələs və  fıstıqla meşəlik yaradır. Bəzən  şabalıd xalis (sırf) ağaclıq da əmələ 

gətirir. Kiçik «ləkələr»  şəklində belə meşəliklərə Qumçay (Qax), Həmzəli və  Dəstəmaz çayları (Qəbələ) 

hövzəsində təsadüf edilir. Xalis şabalıd ağaclıqları seyrək halda bitir və çox vaxt dağ ətəklərinin nisbətən aşağı 

yüksəkliklərini (500-900 metr) örtüb, yaşayış  məntəqələrinə yaxın yerlərdə yayılmışdır. Tədqiqat işlərimiz 

göstərdi ki, sırf  şabalıd meşələrinin formalaşması insan fəaliyyətinin müsbət təsirilə  sıx  əlaqədardır. Belə 

meşəliklər qarışıq ağaclıqların tərkibindən başqa cinsləri (palıd, vələs, fıstıq və s.) kəsib kənar etməklə yaradılır. 

Bunu təmiz şabalıd meşələrində olan başqa ağac cinslərinin kötükləri və onların çoxlu yeniyetmələri təsdiq edir.  

Böyük Qafqazın cənub yamacından başqa şabalıd ağacına qrup şəklində və kiçik sahələrdə iqlim şəratinə 

görə bir qədər fərqlənən respublikamızın digər rayonlarında da rast gəlinir. Bura Kiçik Qafqazın Xanlar rayonu 

(Zurnabad kəndinin ətrafı), Dağlıq Qarabağda – Xankəndi, Xocavənd, Hadrut rayonları, Böyük Qafqazın şimal-

şərq yamacında isə Quba rayonu aiddir. 

M.S.Medvedyev (1930), V.Z.Qulisaşvili (1950), İ.S.Səfərov (1964) Qarabağda  şabalıdın yabanı bitdiyini 

göstərir. N.H.Axundov (1963) Zurnabadda şabalıdın süni salınmasını qeyd edir, Qarabağda isə  şabalıdın süni 

olmasını şübhəli sayır. V.A.Petrov (1940) Dağlıq Qarabağda şabalıdın yabanı halda bitməsini inkar edir.  

Yuxarıda göstərilənlərdən belə  nəticəyə  gəlmək olar ki, Azərbaycanın bir çox rayonlarının iqlim şəraiti 

şabalıdın yetişdirilməsi üçün əlverişli sayıla bilər. Bununla yanaşı, ayrı-ayrı illərdə hava şəraitinin pis keçməsi 

hətta şabalıdın təbii arealında ona mənfi təsir göstərə bilər. Bəzi ağacların cavan zoğlarını gec düşən şaxtalar 

vurur.  


Şabalıd meşələrinin yayılması və inkişafına təsir edən amillərdən biri torpağın karbonatlıq dərəcəsi və kali-

umun miqdarı hesab olunur. Tədqiqatçıların  əksəriyyəti torpağın karbonatlı olmasının  şabalıda mənfi təsir et-

diyini göstərir.  

Kiçik Qafqazın dağlıq ərazisində – Xankəndi rayonunun Sağnax kəndi yaxınlığında, Xocavənd rayonunun 

Taqavert kəndi  ətrafında, Hadrud rayonunun Mədədkənd və Böyük Tağlar kəndləri yaxınlığında dəniz 

səviyyəsindən 1200-1300 m yüksəklikdə şabalıd ağaclarına rast gəlinir. Burada şabalıd tək-tək nəhəng ağaclar 

kimi və qarışıq palıd-vələs meşələrinin tərkibində (60-80 yaşlı) bitir.  

Lənkəran-Astara zonasında  şabalıd ağacının bitməsi üçün əlverişli sayılan subtropik iqlim şəraitində, 

karbonatsız torpaqlarda bu cinsin təbii halda olmaması  məsələsi hələ aydınlaşdırılmamışdır. Y.S.Medvedyev 

(1930) burada şabalıdın təbii olmasını nəzərdə tutmuşdur. V.Z.Qulisaşvili (1950) Lənkəran zonasında şabalıdın 

olmamasını anlaşılmaz bir məsələ hesab edir. S.Q.Nedyalkovun (1974) tədqiqatına görə isə İranın Xəzərətrafı 

hissəsində şabalıd təbii halda bitir. S.Q.Nedyalkovun (1974) və İ.S.Səfərovun (1979) fikrincə, Talışda şabalıdın 

təbii halda olmamasının səbəbini keçmiş geoloji dövrlərdəki iqlimin xüsusiyyətlərində araşdırmaq lazımdır. 

Hazırda bu zonada müxtəlif vaxtlarda əkilmiş ağacların yaxşı vəziyyəti, onların normal böyüməsi, bol və sağlam 

meyvə gətirməsi göstərilən tədqiqatçıların fikrini bir daha təsdiq edir.  

Yuxarıda göstərilən bütün meşəliklər daima insan fəaliyyətinin təsiri altında olduğu üçün əsasən törəmə 

meşə tipləri hesab edilir. Bu meşələr yamacın bütün cəhətlərində adətən müxtəlif dərəcədə skeletli, gilli və 

gillicəli, karbonatsız süxurlar üzərində inkişaf edir. Meşənin təbii bərpası başqa ağac cinslərinin üstünlüyü ilə 

gedir: yamacın şimal baxarlarında rütubətli torpaqlarda fıstıq, vələs, güney, nisbətən quru yamaclarda isə palıd 

üstünlük təşkil edir. Təbii meşə  bərpası  şabalıdla yanaşı, cökə, yabanı gilas, armud, ağcaqayın və sairənin 

hesabına gedir. Şabalıdın bərpası  əsasən pöhrələrlə olub, tək-tək toxumdan əmələ  gələn cücərtilərə  də rast 

gəlinir. Lakin bütün körpə ağaclar mal-qara tərəfindən məhv edilir.  

Qeyd edildiyi kimi adi şabalıd iqlim şəraitinə müəyyən qədər plastik, torpaq şəraitinə isə özünəməxsus 

tələbatı olan ağac növüdür. Bu cəhətləri nəzərə almadıqda  əkilən  şabalıd bağları  və ya meşəlikləri istənilən 

nəticəni vermir, ağaclar əyri gövdəli, alçaq boylu, az məhsuldar olur və müəyyən dövrdən sonra quruyub sıradan 

çıxır.  


Dağ rayonlarında meşə sahələrinin məhsuldarlığını artırmaq üçün şabalıd ağacı mühüm yer tutur. 

Respublikamızda bu məqsədlə  şabalıd  əkinləri  əsasən öz vətənində, yəni Böyük Qafqazın cənub yamacı 

rayonlarında salınmışdır.  

Şabalıd ağacı qalınlığı 20-60 santimetr olan qonur dağ-meşə torpaqlarında yaxşı boy atır. Lakin yamacın 

cənub cəhətlərində quru bitmə şəraitində daşlı torpaqlarda onun böyüməsi xeyli ləng gedir.  

Xalq təsərrüfatının müxtəlif sahələrində əhəmiyyətinə görə şabalıdı ən qiymətli ağac cinslərindən biri say-

maq olar. Şabalıdın yüksək keyfiyyətli oduncağından mebel, parket, faner, çalğı alətləri və  bəzək detallarının 

hazırlanmasında istifalə edilir. Keçmiş dövrdə şabalıd ağacının oduncağı qiymətli material kimi başqa yerlərə 

göndərilirdi.  

Deyilənlərə görə, Birinci dünya müharibəsi zamanı Fransada dağıdılmış Reyn kilsəsinin taxtadan 

düzəldilmiş  əşyaları bir neçə yüz il bundan əvvəl Abxaziyadan aparılmış şabalıd ağaclarından hazırlanmışdır. 

Oduncağı tünd qəhvəyi rəngli gözəldir, bir qədər palıdı xatırladır, tərkibində aşılayıcı maddə olan tannidlər onu 

çürüməyə qarşı palıddan da davamlı edir. Bu səbəbdən meşədə yıxılmış şabalıd ağaclarının gövdələri 100 ildən 

artıq çürüməyib salamat qalır və istifadə üçün yararlı olur. Şabalıd ağacının oduncağından düzəldilən çəlləklərdə 

saxlanılan konyak, çaxır və pivə xoşagələn xüsusi dadı, rəngi və ətri ilə fərqlənir. Şabalıdın meyvəsi yeməlidir, 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə