313
havanın orta illik temperaturu 11,1
0
-dir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 38
0
-dək
qalxır. Qışda bəzən havanın mütləq minimum temperaturu -14-20
0
-dək aşağı düşür. Havanın orta illik nisbi
rütubəti 71% olub, il ərzində 50-86% arasında dəyişir. Yağıntının illik miqdarı 500-600 mm olur. Ərazidə
yağıntı əsasən yaz və payız fəsillərində düşür. Təcrübə aparılan sahənin torpağı bozqırlaşmış qəhvəyi-dağ
torpağıdır. Sahədə kollardan ən çox itburnu, göyəm, murdarça, yemişan, böyürtkan yayılmışdır. Bəzən
iydəyarpaq armud, dağdağan və palıd ağaclarına təsadüf olunur.
Təcrübələr göstərdi ki, eroziyaya uğramış kənd təsərrüfatı bitkiləri üçün yararsız sayılan yamaclarda
düzəldilmiş terraslarda qərzəkli bitkilərin yetişdirilməsi yaxşı nəticə verir. Bu məqsədlə terraslar yamacın
meylliyindən asılı olaraq müxtəlif üsullarla hazırlanır.
Azərbaycanın müxtəlif rayonlarında apardığımız, həmçinin digər mövcud tədqiqatların nəticələri göstərdi
ki, meylliyi 8-14
0
olan yamaclarda təkrar şumlama, 14-18
0
olan sahələrdə plantaj, 18-40
0
-lik yamaclarda isə
buldozerlə düzəldilən terraslar daha effektli olur.
Təkrar şumlama üsulu ilə terraslar düzəltdikdə əvvəlcə yamacda horizontallar üzrə xətlər çəkilir. Sonra isə
adi 4 və ya 5 gövdəli kotanla çəkilən xətlər boyu dəfələrlə birtərəfli şumlama aparılır. Şumlama yamacda terras-
lar alınana qədər davam etdirilir. Qərzəkli ağac cinslərindən 2 cərgəli bağ salmaq üçün yaradılan terrasların eni
6-6,5 m olmalıdır.
Plantaj üsulu ilə terras düzəltdikdə sahə nivelirlənir, terrasların yeri müəyyən edilir. Sonra yamacın yuxarı
hissəsindən başlayaraq plantaj kotanı ilə birtərəfli şumlama aparmaqla torpaq çevrilir və eni 5-5,5 m olan zolaq-
lar yaradılır. Kotanın ilk gedişində şumun dərinliyi - 20, ikincidə – 40, üçüncüdə - 50, sonrakı gedişlərində 70-
80 sm-ə çatdırılır. Zolaqlar arasında 80-100 sm enində şumlanmamış zolaqlar çaxlanılır. Belə zolaqlar yağış
sularının və yuyulmanın qarşısını alır.
Şumlanmış zolaqlarda yamacın yuxarısından başlayaraq qreyderlə terras yatağı düzəldilir. Qreyderin 4-5
gedişindən sonra terras yatağı başa gəlir.
Yamacın meylliyi 15-18
0
-dən çox olarsa, təkrar şumlama və plantaj üsulu ilə terras düzəltmək mümkün ol-
mur. Bu zaman buldozerlə terraslar düzəldilir. Dəvəçi, Şamaxı və Zəngilan rayonlarında püstə və badam bağları
salmaq üçün bu üsuldan istifadə olunmuşdur. Terras düzəldərkən D-492-A universal buldozerindən, VNİİLM
konstruksiyası əsasında yaradılmış T-4 markalı və ya Orta Asiya ETMTİ-nin konstruksiyası ilə düzəldilən TR-
2A markalı terrasdüzəldənlərdən istifadə edilir. Qabaqca terras düzəldilən sahədə torpağın qalınlığı və daşlılıq
dərəcəsi müəyyən edilir, sonra terras açılan yerlər nivelir vasitəsilə nişanlanır və mıxçalarla qeyd olunur.
Maşınla terras düzəldənin yaxşı görməsi üçün mıxçaların boyu 1-1,2 m olmalıdır. Terrasların açılmasına
yamacın yuxarı hissəsindən başlanır. Terrasın yatağı tökmə və kəsmə hissələrə ayrılır. Yatağın 60%-i kəsmə,
40%-i isə tökmə torpaq hissəsindən ibarət olur. Düzəldilmiş terras yatağına çalalar əllə, yaxud da YNY-100
markalı maşınla qazılır. Çalaların dərinliyi əkilən bitkinin və ya səpilən toxumun iriliyindən asılı olaraq müxtəlif
olmalıdır.
Çəkilən terrasların eni 4 m-dən 6 m-ə qədər olub, uzunluğu yamacın relyefindən asılı olaraq 600-800 m
təşkil edir. Hazırlanan sxemlərə əsasən terraslarda püstə, badam, qoz, eldar şamı, eləcə də digər ağac və kol
bitkiləri əkilmişdir. Püstə toxumla, badam toxum və şitillə, eldar şamı və digər cinslər isə şitillə əkilmişdir.
Püstə. Terraslarda ilk püstə səpinləri 1968-1971-ci illərin mart ayında Dəvəçi rayonu ərazisində
aparılmışdır. Uzunluğu 500 m olan 5 terrasın kəsmə və tökmə hissələrində toxumlar 5 və 8 sm dərinliyində
basdırıldı. 8255 səpilmiş püstə toxumunun 6400 ədədindən cücərti alındı (cücərmə faizi 77,6%). Toxumun
müxtəlif illərdə səpilmə dərinliyindən asılı olaraq, cücərmə faizi fərqlənmişdir. 8 sm dərinliyə səpilən
toxumların cücərmə faizi 5 sm dərinliyə basdırılan toxumlardan çox olmuşdur. 1968-ci ildə səpilmiş püstə
toxumları 33, 1969-cü ildə 31, 1971-ci ildə 33, 1976-cı ildə isə 34 gün müddətində cücərmişdir. Bütün varian-
tlarda terrasın tökmə hissəsində toxumlar kəsmə hissəyə nisbətən 2-3 gün tez cücərmişdir. Belə qanunauyğunluq
Şamaxı, Zəngilan və Ağsu rayonlarında apardığımız təcrübələrdə də müşahidə olunmuşdur. Bunun əsas səbəbi
tökmə hissəyə günəş şüasının çox düşməsi, torpaqda temperaturun yüksək olması və aerasiyanın yaxşı
getməsidir. Tökmə hissədə torpağın yumşaqlığı və onun qida maddələri ilə yaxşı təmin olunması bitiş faizinin
yüksək olmasına və bitkilərin normal inkişafına şərait yaradır.
Şamaxı rayonunda 1976-cı ilin yaz və payız dövrlərində toxumların cücərməsi müxtəlif olmuşdur. Dəniz
səviyyəsindən 950 m yüksəklikdə aparılan səpində toxumlar 42,6%, yaz səpinində isə 96,9% cücərti vermişdir.
850 m hündürlükdə payız səpinindən 25% cücərti alınmışdır. Payız səpinində cücərmə faizinin az olması
toxumların həşəratlar tərəfindən məhv edilməsilə əlaqədardır.
Zəngilan rayonunda 1976-1977-ci illərin payızında (noyabrın ortasında) aparılan püstə toxumlarının
səpinindən yüksək cücərti faizi alınmışdır. Yaz səpinində (mart) isə cücərmə faizi az (30%-35%) olmuşdur.
Payız səpinində terrasın tökmə hissəsində cücərmə faizi 85-86,3%, kəsmə hissəsində isə 66-67% olmuşdur,
1976-cı ilin dekabrında aparılan püstə toxumu səpinindən 86,5%, 1977-ci ilin dekabrında isə 68,9% cücərti
alınmışdır. Ümumiyyətlə, tədqiqat aparılan rayonlarda payız səpini daha yaxşı nəticələr vermişdir. Bu dövrdə
aparılan səpinin daha effektli olması üçün toxumların zərərvericilərdən qorunması mühüm şərtdir. Müşahidələr
göstərdi ki, terraslarda püstənin ilk cücərmə dövründən başlayaraq, kök sistemi güclü inkişaf edir, bitkinin mil