Meyci inqilabı və onun nəticələri



Yüklə 39,2 Kb.
səhifə3/4
tarix28.04.2023
ölçüsü39,2 Kb.
#107578
1   2   3   4
Dadzyokan») yaradılırdı. Fərmanda qeyd edilirdi ki, hökumətdə ən məsul vəzifələrə samuraylar təyin edilməlidir. Fərmanda digər təbəqələrin nümayəndələrinin hökumətdə təmsil olunması nəzərdə tutulmurdu.Yalnız burada göstərilirdi ki, hökumətə hər hansı bir məsələdə məsləhət vermək istəyən şəxslər üçün şərait yaradılacaq və onlar rəsmi şəkildə bu haqda müvafiq orqanlara müraciət edə biləcəklər.Fərman, həmçinin, feodal ağaların hakimiyyətinini məhdudlaşdırırdı.Belə ki, onlar Dövlət Şurasının razılığı olmadan titullar qəbul edə bilməz, pul kəsə bilməz, xariciləri xidmətə cəlb edə bilməz, xarici dövlətlərlə müqavilə bağlaya bilməz və digər feodallarla ittifaqa girə bilməzdilər. Eyni zamanda, varlı adamların şərəfinə məclislərin və mərasimlərin təşkil edilməsi fərmanla qadağan olunmuşdu. Hər bir şahzadənin, saray əyanının və ya feodalın şəxsi xidmətçiləri 6 nəfərdən çox olmamalı idi.Yeni yaradılmış Dövlət Şurasına Yuxarı və Aşağı palatadan ibarət olan Məşvərətçi Şura, Sədrin xüsusi idarəsi və 5 inzibati idarə (Dini işlər idarəsi. Maliyyə işləri idarəsi, Hərbi idarə, Xarici işlər idarəsi və Ədliyyə idarəsi) tabe idi. Məşvərətçi Şuranın Yuxarı palatasına əvvəlki hökumətin hər iki dövlət müşavirləri daxil idilər. Yuxarı palatanın əsas vəzifələri qanunların hazırlanmasından, nəzərdən keçirilməsi və nəşr edilməsindən, Ali məhkəmə hakimiyyətinin həyata keçirilməsindən, yüksək vəzifəli şəxslərin təyin edilməsindən və bütün siyasi məsələlərin həllindən ibarət idi. İmperatorun Andlı öhdəliyinə əsasən yaradılmış Aşağı palata hökumət yanında məşvərətçi orqan funksiyası daşıyırdı. O, hökumət tərəfindən qeyri - məhdud müddətə təyin edilən əyalət, şəhər və prefektura nümayəndələrindən ibarət idi. Özünün müxtəlif təbəqələrdən təşkil edilməsinə baxmayaraq, Aşağı palata ölkənin idarə edilməsində heç bir rol oynamırdı. İnzibati-idarəçilik sistemində yenidənqurma aparılmasına baxmayaraq, yerli idarəçilik yenə əvvəlki kimi yeni hökumətə qarşı çıxış etməyən yerli feodalların əlində saxlanılırdı. İlk islahatlar hələ Yaponiyanın bütün feodallıqlarının mərkəzi dövlət orqanı ətrafında birləşdirilməsini tam əhatə etmirdi. 1868-ci ildə Yaponiyanın 273 feodallığından yalnız 22-nin mülkü hökumət tərəfindən müsadirə edilmişdi. Digər feodalıqlar üzərində isə yeni hökumətin hakimiyyəti hələ bərqərar olmamışdı. Ona görə də yeni hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri feodallıqların hakimiyyətinin ləğv edilməsi idi. 1868-ci ilin mayında hər bir feodallığın ərazisində mərkəzi hakimiyyətlə yerli idarəçilik orqanları arasında vasitəçi rolunu oynayan idarələr yaradıldı. Artıq 1868-ci ilin sonları üçün hər bir feodallıqda mərkəzi hakimiyyətin səlahiyyətli nümayəndəsi vardı. Onlar yerli feodal tərəfindən təqdim olunur və mərkəzi hakimiyyət tərəfindən təsdiq edilirdi.

12.XIX əsrin ikinci yarısında Yaponiyanın xarici siyasəti


1)Koreya-Yaponiya münasibətləri
XIX əsrin son rübündə Yaponiyanın xarici siyasətində Koreyanı tamamilə işğal etmək, onu daxili iqtisadi bazara ram etmək xüsusi yer tuturdu.1876-cı ildə Yaponiya Koreya ilə ilk ağır müqavilə imzaladı. Bu müqavilə əsasında yaponlar 6 il müddətində Koreya bazarında inhisar hüququnu öz əllərinə aldılar və bununla da Koreyadan nəinki Çin, o cümlədən yerli tacirləri də sıxışdırıb çıxarmağa başladılar.1882-ci ildə ABŞ və digər qərb ölkələri Koreya ilə ticarət müqavilələri bağladılar. Bu müqavilələrin bağlanmasından sonra Çinin Koreyada nüfuzu daha da zəiflədi və bu da Yaponiya üçün əlverişli idi.1882-ci ilin iyulunda Seulda baş verən üsyan zamanı Yapon hərbi mütəxəsislərinə də zədələr vuruldu və Yaponiyanın diplomatik missiyasının binası yandırıldı. Bu hadisə ilə əlaqədar Yaponiya hərbi donanma ilə Koreyaya xüsusi eskadra göndərdi və Koreya ilə 1882-ci il 30
Yüklə 39,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə