Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


SƏ᾽D DƏ QƏBİR ƏZABI GÖRDÜ



Yüklə 1,5 Mb.
səhifə16/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   12   13   14   15   16   17   18   19   ...   91
Mead

SƏ᾽D DƏ QƏBİR ƏZABI GÖRDÜ


Ənsarın rəisi Sə”d ibni Məaz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun tabutunu çiyninə götürdü və buyurdu: “Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də gedirdim.” Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, “xoş halına, Behişt sənə ruzi oldu” deyə anası dilləndi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir sıxıntısındadır”! Səhabələr soruşdular ki, ya Rəsuləllah, Sə᾽d kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.”
Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir.

BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI MÜMKÜNDÜR


Kuleyni, Yunisdən rəvayət edir ki, İmam Riza (əleyhissalam)-dan sual etdim: Dar ağacında asılmış adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd (əleyhissalam) 3 il dar ağacında qaldı.) İmam (əleyhissalam) buyurdu: Bəli, Allah havaya əmr edər ki, onu sıxsın.
Digər rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur: “Torpağın və havanın yaradanı bir Allahdır. Havaya vəhy edər və hava qəbirdən daha pis sıxar.” Su da eynən.

QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ


Əvvəlki söhbətlərdən qəbir əzabının səbəbləri mə᾽lum oldu-ilahi ne᾽mətləri heç etmək, inkar etmək və ailədə tünd xasiyyətlilik, acı dillilik.
Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən də tə”sirlənsin. Əksinə, gözəl rəftarı, xoş əxlaqı olanlarsa, genişlikdə, vüs”ətdədirlər. Əlbəttə, burada da mərtəbələr vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir qisim adam da göz işlədikcə genişlikdədir (yə”ni ruhları genişlikdədir).

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə