Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI



Yüklə 1,5 Mb.
səhifə19/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   15   16   17   18   19   20   21   22   ...   91
Mead

ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI


Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: “Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə ləzzətlər dadmamışdıq. Nə qədər yeyirdiksədə, doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın kənarınadək müşayət etdi. Atam ondan soruşdu: “Siz kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır”? O buyurdu: “Mən sizin həmvətəninizəm. Filan məhəllənin qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında qılmışam. Əti tərəziyə qoyanda azançının “Allahu əkbər” sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti barədə suallar verib, cavab aldıq. “Sən 90 il yaşayacaqsan” dediyi adam hələdə sağdur. Mənə dediyi müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin qəbirin yanında gördük.”

BƏRZƏX ALƏMİNDƏ LƏZZƏTİN DAVAMI


O aləmin xüsusiyyətlərindən biri ləzzətlərin davamlı olmasıdır. Bu dünyada isə əbədi şey yoxdur. Gözəllik ötəri, ağzına qoyduğun təamın ləzzəti müvəqqətr, izdivac da eləcə.! Meyvələrin, xörəklərin də davamı yoxdur, qısa müddətdə xarab olub aradan gedir. Ümumiyyətlə, dünya davam yeri deyil. Bərzəx aləmi isə maddilikdən, tərkibdən uzaq olduğu üçün davamlıdır. Dediklərimin sübutu üçün öz zamanının çox böyük alimi, mərcəyi-təqlidi Əllamə Şeyx Mehdi Nəraqinin “Müstənədüş-şiə” kitabından bir qəziyyə də nəql edirəm. Həqiqətləri ümumi kütlələr hekayələr əsasında daha asan qavradığından bu gerçək qəziyyələrdən nəql olunur.

BUĞDA DOLU ƏBA


“Darüs-səlam” kitabının sonunda Şeyx Məhmud Əraqi mərhum Nəraqidən nəql edir ki, o cənab buyurur: Nəcəfdə olduğum zaman möhkəm bir qıtlıq baş verdi. Bütün uşaqlarım ac olduğu bir halda evdən bayıra çıxdım. (uşaqlar aclıqdan nalə çəkirdilər). Əmvatın ziyarəti üçün Vadiyüs-səlama getdim. Bir cənazə gətirdilər, mənə də “bizimlə gəl” dedilər və əlavə etdilər: “Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.” Onu geniş bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O məni görüb adımla çağırdı, salam verdim, yanında yer verdi, hörmət göstərdi. Sonra dedi: “Mən gördüyün həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi). Gördüyün cəmiyyət məlaiklər idi ki, məni öz şəhərimdən bu bərzəx Behiştinə gətirdilər.” Bu sözləri eşidib, sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da qəsrlər vardı. O qəsrlərdə atam, anam və bə᾽zi tanışları gördüm. Məni də”vət etdilər, tə”amlarından yedim. Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki, indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi, sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. “Bu buğda anbarıdır götür” dedi atam. Əbamı buoda ilə doldurdum. Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim. Əyalım “bu buğdanı haradan gətirdin”? deyə sual verdi. Demədim. Bir müddət həmin buğdadan istifadə etdik, buğda qurtarmırdı.
Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları “Darxs-səlam” kitabında zikr olunub. İstəyənlər müraciət edə bilərlər.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə