Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə192/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   189   190   191   192   193   194   195   196   197

Filologiya məsələləri, №4, 2017 

 

471



The different features of the application trainings.  

The  drawing  of  the  different  objects  and  geometrical  figures  from 

nature  

on the perspective. 

Wurture and training obligations of the creative lessons.  

  

Дадашов Илгам  



Резюме 

 

Общее развитие занятий по предмету изобразительного искусства. 



Организация занятий на основе активного обучения. 

На  занятиях  при  работе  с  натуры  использование  определенных 

принципов. 

Занятия по лепке на процесс развития учащихся. 

Себесвойственные особенности уроков наблюдения. 

Различные стороны занятий по аппликачии. 

Перспективное  срисовование  с  натуры  различных  вещей  и 

геометрических фигур. 

Обязанности обучения и воспитания на занятиях по лепке. 

 

 



 

Rəyçi:              Telman Qəbiyev 

                    sənətşünaslıq doktoru 



Filologiya məsələləri, №4, 2017 

 

472



  

ZALXA ORUCOVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

HÜSEYNBALA MİRƏLƏMOV NƏSRİNDƏ CƏMİYYƏTDƏ  



GEDƏN İCTİMAİ-MƏNƏVİ  PROSESLƏRİN BƏDİİ ƏKSİ 

 

Açar sözlər: Hüseynbala Mirələmov, Qarabağ, insan amili, milli-mənəvi, 



xarakter. 

Ключевые  слова:  Гусейнбала  Мираламов,  Гарабах,  человеческий 

фактор, национально-нравственный, характер. 

Key  words:  Huseynbala  Miralamov,  Karabakh,  human  factor,  national-

moral, character. 

 

Müasir  romanda  təkcə  insanı  göstərmək  azdır,  cəmiyyətdə  gedən 



ictimai-mənəvi proseslərin bu insanda necə əks olunması da mühüm amildir. 

Hüseynbala Mirələmovun əsərlərində bu cəhət xüsusi tərzdə özünü göstərir. 

”Gəlinlik  paltarı”  əsərində  bir  məqamı  qeyd  etməyi  lazım  bilirik.  Həmin 

məqam Fənayənin ölümü ilə bağlı səhnə ilə bağlıdır. Burdakı hər bir detal 

ölümqabağı psixoloji gərginliklər yaşayan Fənayənin həyəcanının ifadəsinə 

tabe  edilmişdir.  Bilərəkdən  və  ya  bilməyərəkdən  yaşadığı  həyat  tərzinin 

murdarlığına  dözə  bilməyən  Fənayə  müqəddəs  sandığı  Günəşə  doğru 

uçmağa  can  atır:  bu  riyakar,  iyrənc  Haris  kimilərdən  uzaq  olmaq,  məsum 

ömür yaşamaq üçün. Müəllif elə bu məqamdaca Fənayənin bütün faciələrini 

özündə  ehtiva  edən  bir  cümlə  işlədir:  “Ancaq  uça  bilmədi,  axı  qanadları 

üstündə deyildi, əbədi qırmışdılar…” 

 “Gəlinlik paltarı” romanı haqqında iki il ərzində (2004-2006) otuzdan 

artıq məqalə və resenziya yazılıb və bu məqalələrin əksəriyyətində Fədai və 

Fənayə xətti, xüsusən də Fədai obrazı təqdir olunur. Bu da təbiidir. Çünki bu 

xətt və onun oxucuya aşıladığı qayə H.Mirələmovun vətəndaş mövqeyini əks 

etdirir.  Yazıçı  məhz  bu  xətlə  romanında  öz  doğma  mövzusuna  –  Qarabağ 

mövzusuna sadiq qalır. Romanda Fədainin Fənayəyə dediyi sözlər olduqca 

ibrətlidir:  “Erməni  işğalçıları  Murova  sarı  irəlilədikcə  yol  tapa  bilməyən, 

naçar qalan qızlar, gəlinlər ələ keçməsinlər deyə, özlərini qayadan atırdılar. 

Yəqin  ki, erməni  əsirliyində təhqir olunmamaq  üçün  venasını kəsib intihar 

edən  gənc  azərbaycanlı  qadın  haqqında  eşitmisən.  Qaçhaqaçda  neçə-neçə 

qız-gəlin Arazın sularında qərq oldu. Amma bütün bunların sənin üçün bir 

qəpiklik əhəmiyyəti yoxdur”. 

 Xüsusilə  sonuncu  cümlə  ibrətamizdir:  bütün  bunların  nəinki  erməni 

mənşəli,  damarlarında  murdar  erməni  qanı  axan  Fənayə  üçün,  ümumən 

cəmiyyət  üçün,  sən  demə,  heç  bir  əhəmiyyəti  yox  imiş.  Satılmış  torpaqlar 

hesabına harınlamış elita az bir zamanda Qarabağı da, Qarabağ döyüşlərinin 



Filologiya məsələləri, №4, 2017 

 

473



qəhrəmanlarını da unutdu.  

Gəlin  yenə  Fədaini  dinləyək:  “Düşmən  əhatəsindəyik.  Buna  baxma-

yaraq  qorxmuruq,  çünki  öz  torpağımızdayıq.  Gün  gələcək  qızlar  sizi 

cəngavər kimi qarşılayacaq, sizin arvadınız olmaqla fəxr edəcəklər. Sizdən 

doğduqları  oğlanların  ağzını  qılınc  kəsməyəcək.  Həlak  olanlar  müqəddəs 

şəhidlik  zirvəsinə  yüksələcək,  şəhidlərin  adları  qoyulmuş  uşaqlar  onların 

ruhlarını  yaşadacaq.  Yaralananları,  əlil  olanları  xalq  gözünün  üstündə 

saxlayacaq”. Bu sözləri ağır döyüşdən əvvəl komandiri söyləmişdi Fədaiyə. 

Kim  idi  bu  komandir?  Biz  onun  adını  bilmirik.  Fədailərə  dediyi  sözlərdə 

onun  parlaq  obrazı  var:  o  əsl  döyüşçü,  böyük  vətənpərvər,  müdrik  başçı, 

cəsarətli bir qeyrət sahibi olan azərbaycanlı kişisi imiş. 

Professor  İ.Kazımov  “Mənəviyyatın  bədii  tədqiqi”  məqaləsində  bu 

obrazı  təhlil  edərək  yazır: “Fədai  obrazı inadkarlığı, inamı, qüruru,  həyata, 

insana məhəbbət, saflığa, təmizliyə hörmət və ehtiramı, daxilən güclülüyü ilə 

seçilir, yadda qalır. O döyüşdə dostlarının əvəzinə ölməyə hər an hazır olur. 

Amma  Fənayə  onun  saf  duyğularını  qiymətləndirə  bilmir,  daha  doğrusu, 

bacarmır,  sevgisini  anlamır.  Yazıçı  Fədai  surəti  ilə  Qarabağ  döyüşlərində 

qəhrəmanlıq  göstərən  və  təmiz  duyğularla  sevən  gənclərin  parlaq  obrazını 

yarada bilmişdir” (2. s.85).  

Şübhəsiz  ki, romanın çox maraqlı qəhrəmanlarından  biri  Yusifcandır. 

Görkəmli  rəssam  olan  Yusifcan  arvadı  Zərifənin  laqeydlik  mühitində 

yaşayır.  Sevgisiz  ailədə  yaşamaq  zindanda  yaşamaqdan  daha  çətindir. 

H.Mirələmov  Yusifcan  obrazını  böyük  məhəbbətlə  yaradıb.  Əslində  yazıçı 

bu  obraz  vasitəsi  ilə  sənət  və  sənətkar  haqqında  düşüncələrini  əks  etdirib. 

Professor N.Şəmsizadə “Həqiqətin bədii gücü” məqaləsində yazır: “Gəlinlik 

paltarı”nın  Yusifcan  və  onun  sənəti  ilə  bağlı  səhifələrini  rəssamlıq  sənəti 

haqqında fəlsəfi traktat kimi oxudum. Görünür Hüseynbalanın rəssamlığı da 

var.  Çünki  o  bu  hissələri  sənətşünasdan  daha  gözəl  peşəkar  bir  rəssam 

təxəyyülü ilə qələmə alıb. Həm sənətə, həm də Fənayəyə münasibəti mənə 

belə qənaətə gəlməyə imkan verir ki, H.Mirələmov Yusifcan obrazında bir 

az da özünü yaradıb. Amma taleyi ona oxşamasın... 

Yazıçı əsərin sonunda oxucunu məcbur edir ki, o bu qıza pozğun qadın 

kimi baxmasın, ona həqiqi sevginin – Yusifcanın aşiq və sənətkar gözləri ilə 

nəzər salsın” …(2. s.154).  

Fənayə Yusifcanı sevir və bu sevgi qarşılıqlıdır. Lakin boy atmamış bu 

sevgi  də  taleyin  tufanına  düşür.  Bir  səhər  Fənayə  yuxudan  durub  yanında 

Yusifcanın meyitini görür. Bu səhnəni yazıçı psixoloji bir dərinliklə işləyir 

və  bu  epizodda  Fənayənin  bir  sualı  var:  “Axı  o  insanlara  neyləmişdi  ki, 

insanlar onun harayına gəlmək istəmirdilər?!”. Bu sualın savabını da məhz o 

özü  tapır.  O,  bu  insanlardan  çox-çox  uzaqdadır,  bu  insanlar  onu  başa 

düşmürdülər.  Onu  başa  düşən  yeganə  insanı  –  Yusifcanı  itirdikdə  o  tək 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə