Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun
variant
4/13
sistem funksiyası əks xətdə təzyiq artımının məhdudlaşdırılması olan atqı akkumulyatorunu
da əhatə edir.
Klapan qapalı olan zaman ondan qayıdan quyudakı təzyiqin idarə olunması üçün hidravlik
flüidi idarə etmək üçün nasosun qapalı dövrəli layihəyə inteqrasiya olunmasını nəzərdə tutan
qapalı dövrəli hidravlik sistemdə modifikasiya da nəzərə alındı. Bu texnologiyanın məqsədi
qapalı dövrəli sistemin daxilində klapanlar üçün işləmə vaxtını yaxşılaşdırmaqdır. Lakin bu
texnologiya ilkin işlənmə mərhələlərindədir (bu gün yalnız bir neçə qurğuda istifadə olunur) və
yalnız bir təchizatçıya məxsusdur. Etibarlılığı sübut olunmadığına görə, bu variant nəzərə
alınmadı.
4.9.2.1 İstismar qabiliyyəti və işləmə vaxtları
Açıq və qapalı dövrəli sistemlərin istismar qabiliyyəti klapanın işləmə vaxtı
xarakteristikalarının müqayisə olunması ilə müəyyənləşdirilib. Şəkil 4.4 açıq dövrəli sistemdə
təzyiqin necə dəyişməsi və qapanma siqnalı alındıqdan sonra klapanın necə işləməsini
göstərir.
Şəkil 4.4. Açıq dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə
Şəkil göstərir ki, klapan işləndiyi zaman quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid
dənizə atıldıqda, dərhal pozulan sistem daxilində ilkin olaraq cüzi əks təzyiq artımı yaranır.
Təhlükəsizlik üçün vacib olan HIPPS klapanının bağlanması məqsədilə tələb olunan işlərin
modelləşdirilməsi göstərdi ki, açıq dövrəli sistem üzrə ardıcıl olaraq altı saniyə bağlanma
vaxtına nail oluna bilər.
Şəkil 4.5 qapalı dövrəli sistem daxilində bağlanma üçün siqnal alınan andan klapanın işləmə
vaxtını göstərir
Klapan
ın mövqe
yi
Tam açıq
Tam qapalı
Ə
ks kanal
ın t
əzyi
qi
Ətraf mühit
təzyiqi
1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən
siqnal. MİİK dərhal reaksiya verir.
2. Hidravlik sistem reaksiya verir.
Sistem təzyiqində cüzi artım.
5. Klapan
tam
qapalıdır.
4. Əks kanalın təzyiqi sürətlə
ətraf mühit təzyiqinə enir
3. Klapan dərhal bağlanır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/14
Şəkil 4.5 Qapalı dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə
Qapalı dövrəli sistemdə əks təzyiq sistemdə artır və bu da bağlanma vaxtının ləngiməsinə
gətirib çıxarır. Bu onunla bağlıdır ki, quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid əks
xətlə sıxılıb çıxarılır və bu da axını məhdudlaşdırır. Sistem bu təsiri ləğv etmək üçün atqı
akkumulyatorunu əhatə etdiyi halda, bu ləngimənin qarşısı tam alına bilməz. HIPPS
klapanının modelləşdirilməsi göstərdi ki, qapalı dövrəli sistem üçün 250 saniyəlik bağlanma
vaxtı ehtimal olunur. Bu, layihənin təhlükəsizlik meyarı ilə müəyyənləşdirilmiş 30 saniyəlik
maksimum reaksiya vaxtından çoxdur. 30 saniyəlik reaksiya vaxtı, təhlükəsizlik həddi ilə,
HIPPS-in 15 saniyəlik hesablanmış bağlanma vaxtını təmin edir.
Bundan əlavə, qapalı dövrəli sistemin əsas çatışmazlıqlarından biri sistemin flüidi geriyə səthə
qaytarılmasını tələb etməsidir. Dayaz suda aparılan işlər
üçün bu adətən sadə bir
əməliyyatdır, lakin daha uzunmüddətli və dərin işlənmələrdə boru müqavimətinə və/və ya
əlavə hidrostatik başlığa qarşı kifayət qədər enerji əldə olunmur (su təzyiqi). Bu problemi həll
etmək üçün iki variant mövcuddur:
Buraxıcılarda yay uzunluğunun artırılması. Lakin bu tələb olunan idarəetmə sistem
təzyiqlərinin artmasına və klapanın açma vaxtlarının artmasına səbəb olur; və
Əks xətlərin diametrinin artırılması, çünki bu boru məhdudiyyətlərini azaltmağa kömək
edəcək. Bu, ŞD2 üçün variant hesab olunmur. Çünki bu, ŞD2 sualtı idarəetmə sistem
komponentlərinin ŞD Müqavilə Sahəsinə mövcud gəmi və nəqletmə marşrutlarının
istifadəsi ilə hazırlanmasını, nəql edilməsini və quraşdırılmasının icrasını qeyri-mümkün
edir.
HIPPS klapanları üçün açıq dövrəli sistemi və bütün digər klapanlar üçün qapalı dövrəli
sistemi cəlb edən hibrid sistemi variantı da araşdırıldı. Lakin bu, mümkün variant hesab
olunmadı.
Qapalı dövrəli klapanların işləmə vaxtı açıq dövrəli HIPPS klapanları ilə müqayisədə
əhəmiyyətli dərəcədə aşağıdır.
Nəticədə, bütün quyu və manifold klapanları bağlanma
siqnalını aldıqda, quyu və HIPPS arasında təzyiq artımı yaranacaq Bu, HIPPS -nin
etibarlılığına təsir edəcək və beləliklə, hibrid sistem təhlükəsizlik meyarlarına cavab
verməyəcək; və
Qapalı dövrəli sistemdə olduğu kimi, əks xətlərin hazırlanması, quraşdırılması və nəql
edilməsi mümkün ola bilən variant hesab olunmur.
Klapan
ın
Tam açıq
Tam qapalı
Ə
ks kanal
ın t
əzyi
qi
Vaxt
Ətraf mühit
təzyiqi
1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən
siqnal. MİİK dərhal reaksiya verir.
2.
Hidravlik
sistem
reaksiya
verir. Əks
kanalın
təzyiqi
artır
5. Klapan
tam
qapalıdır.
4. Əks kanalın təzyiqi ətraf
mühit təzyiqinə enir
3. Əks kanalın təzyiqinə görə gecikmədən sonra
klapan bağlanmağa başlayır.
Gecikmə