Microsoft Word 04 Options Assessed Draft az



Yüklə 253,42 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix10.11.2017
ölçüsü253,42 Kb.
#9639
1   2   3   4   5   6   7   8

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/13



sistem funksiyası  əks xətdə  təzyiq artımının məhdudlaşdırılması olan atqı akkumulyatorunu 

da əhatə edir. 

 

Klapan qapalı olan zaman ondan qayıdan quyudakı  təzyiqin idarə olunması üçün hidravlik 



flüidi idarə etmək üçün nasosun qapalı dövrəli layihəyə inteqrasiya olunmasını nəzərdə tutan 

qapalı dövrəli hidravlik sistemdə modifikasiya da nəzərə alındı. Bu texnologiyanın məqsədi 

qapalı dövrəli sistemin daxilində klapanlar üçün işləmə vaxtını yaxşılaşdırmaqdır. Lakin bu 

texnologiya ilkin işlənmə mərhələlərindədir (bu gün yalnız bir neçə qurğuda istifadə olunur) və 

yalnız bir təchizatçıya məxsusdur. Etibarlılığı sübut olunmadığına görə, bu variant nəzərə 

alınmadı. 

 

4.9.2.1  İstismar qabiliyyəti və işləmə vaxtları 

 

Açıq və qapalı dövrəli sistemlərin istismar qabiliyyəti klapanın işləmə vaxtı 



xarakteristikalarının müqayisə olunması ilə müəyyənləşdirilib. Şəkil 4.4 açıq dövrəli sistemdə 

təzyiqin necə  dəyişməsi və qapanma siqnalı alındıqdan sonra klapanın necə  işləməsini  

göstərir. 

 

Şəkil 4.4. Açıq dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil göstərir ki, klapan işləndiyi zaman quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid 



dənizə atıldıqda, dərhal pozulan sistem daxilində ilkin olaraq cüzi əks təzyiq artımı yaranır. 

Təhlükəsizlik üçün vacib olan HIPPS klapanının bağlanması  məqsədilə  tələb olunan işlərin 

modelləşdirilməsi göstərdi ki, açıq dövrəli sistem üzrə ardıcıl olaraq altı saniyə bağlanma 

vaxtına nail oluna bilər. 

 

Şəkil 4.5 qapalı dövrəli sistem daxilində bağlanma üçün siqnal alınan andan klapanın işləmə 



vaxtını göstərir 

 

Klapan



ın mövqe

yi 


Tam açıq 

Tam qapalı 

Ə

ks kanal


ın t

əzyi


qi 

Ətraf mühit 

təzyiqi 

1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən 

siqnal. MİİK dərhal reaksiya verir. 

2. Hidravlik sistem reaksiya verir. 

Sistem təzyiqində cüzi artım. 

5. Klapan 

tam 

qapalıdır. 



4. Əks kanalın təzyiqi sürətlə 

ətraf mühit təzyiqinə enir 

3. Klapan dərhal bağlanır. 



Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 4 


Qiymətləndirilmiş variantlar 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

4/14



Şəkil 4.5 Qapalı dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Qapalı dövrəli sistemdə  əks təzyiq sistemdə artır və bu da bağlanma vaxtının ləngiməsinə 



gətirib çıxarır. Bu onunla bağlıdır ki, quyudakı təzyiqin idarə olunması üçün hidravlik flüid əks 

xətlə  sıxılıb çıxarılır və bu da axını  məhdudlaşdırır. Sistem bu təsiri ləğv etmək üçün atqı 

akkumulyatorunu  əhatə etdiyi halda, bu ləngimənin qarşısı tam alına bilməz. HIPPS 

klapanının modelləşdirilməsi göstərdi ki, qapalı dövrəli sistem üçün 250 saniyəlik bağlanma 

vaxtı ehtimal olunur. Bu, layihənin təhlükəsizlik meyarı ilə müəyyənləşdirilmiş  30 saniyəlik 

maksimum reaksiya vaxtından çoxdur. 30 saniyəlik reaksiya vaxtı, təhlükəsizlik həddi ilə, 

HIPPS-in 15 saniyəlik hesablanmış bağlanma vaxtını təmin edir.  

 

Bundan əlavə, qapalı dövrəli sistemin əsas çatışmazlıqlarından biri sistemin flüidi geriyə səthə 



qaytarılmasını  tələb etməsidir. Dayaz suda aparılan işlər üçün bu adətən sadə bir 

əməliyyatdır, lakin daha uzunmüddətli və  dərin işlənmələrdə boru müqavimətinə  və/və ya 

əlavə hidrostatik başlığa qarşı kifayət qədər enerji əldə olunmur (su təzyiqi).  Bu problemi həll 

etmək üçün iki variant mövcuddur: 

 

 Buraxıcılarda yay uzunluğunun artırılması. Lakin bu tələb olunan idarəetmə sistem 



təzyiqlərinin artmasına və klapanın açma vaxtlarının artmasına səbəb olur;  və 

 

Əks xətlərin diametrinin artırılması, çünki bu boru məhdudiyyətlərini azaltmağa kömək 



edəcək. Bu, ŞD2 üçün variant hesab olunmur. Çünki bu, ŞD2 sualtı idarəetmə sistem 

komponentlərinin  ŞD Müqavilə Sahəsinə mövcud gəmi və  nəqletmə marşrutlarının 

istifadəsi ilə hazırlanmasını, nəql edilməsini və quraşdırılmasının icrasını qeyri-mümkün 

edir.  


 

HIPPS klapanları üçün açıq dövrəli sistemi və bütün digər klapanlar üçün qapalı dövrəli 

sistemi cəlb edən hibrid sistemi variantı da araşdırıldı. Lakin bu, mümkün variant hesab 

olunmadı. 

 

 Qapalı dövrəli klapanların işləmə vaxtı açıq dövrəli HIPPS klapanları ilə müqayisədə 



əhəmiyyətli dərəcədə aşağıdır. Nəticədə, bütün quyu və manifold klapanları bağlanma 

siqnalını aldıqda, quyu və HIPPS arasında təzyiq artımı yaranacaq Bu, HIPPS -nin 

etibarlılığına təsir edəcək və beləliklə, hibrid sistem təhlükəsizlik meyarlarına cavab 

verməyəcək;  və 

 Qapalı dövrəli sistemdə olduğu kimi, əks xətlərin hazırlanması, quraşdırılması və nəql 

edilməsi mümkün ola bilən variant hesab olunmur. 

 

 

Klapan



ın 

Tam açıq 

Tam qapalı 

Ə

ks kanal



ın t

əzyi


qi 

Vaxt 


Ətraf mühit 

təzyiqi 


1. Klapanı bağlamaq üçün MİİK-na göndərilən 

siqnal. MİİK dərhal reaksiya verir. 

2. 

Hidravlik 



sistem 

reaksiya 

verir. Əks 

kanalın 


təzyiqi 

artır 


5. Klapan 

tam 


qapalıdır. 

4.  Əks kanalın təzyiqi  ətraf 

mühit təzyiqinə enir 

3. Əks kanalın təzyiqinə görə gecikmədən sonra 

klapan bağlanmağa başlayır.

 

Gecikmə 




Yüklə 253,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə