Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 9
HizbuAllah adlandıran İslamçı qrupun 1990-ci illərdə
cinayətkar əməllərdə iştirak etməsi iddia olunur.
2000-ci ildə bu qrup tanınmış Azərbaycan ziyalısı
Ziya Bünyadovu 1997-ci ildə qətlə yetirməkdə ittiham
olunmuş və qrupun yeddi üzvü həbs olunmuşdur.
80
Ramazanov və onun yaxın tərəfdarları İrana qaçmış
və indiya kimi orda qalırlar, lakin onlardan biri 2002-
ci ildə Azərbaycana qayıtmaq istəyərkən həbs
olunmuşdur.
81
Bünyadovun qətlinin səbəbi hələ də
müəmmalı olaraq qalır; bəzi müxalifət üzvləri iddia
edir ki, bununla dinin heç bir əlaqəsi yoxdur.
82
Bir qism rəsmi və qeyri-rəsmi şiə icmaları İran və
digər oxşar şiə mərkəzləri ilə dini əlaqələr qururlar,
lakin təsisatlar arası münasibətlər çox az sayda
mövcuddur. İran Mədəni Mərkəzi və İmam Xomeyni
Xeyriyyə Fondu hələ də fəaldır, lakin İranın dini təsiri
ciddi dərəcədə azalıb. 2001-ci ildə Azərbaycan ölkədə
mövcud olan 22 İran mədrəsəsinin hamısını
bağlamışdır.
83
İranın açıq dini təbliğatı dayandırması
iki dövlət arasında əldə olunan razılığın nəticəsi də
ola bilər.
84
Azərbaycan rəsmiləri son beş ildə
85
ölkəyə
yalnız bir neçə İran missionerinin gəldiyini
iddia edir,
lakin digər məlumatlı mənbələr davamlı səfərlərdən
xəbər verir.
86
Cüzi gərginlik hələ də qalmaqdadır. İddia edilir ki,
İran Azərbaycanın cənubunda yaşayan Talış azlığı ilə
əlaqələr qurur və üstəlik, ölkənin cənubunda yayımlanan
İranın Səhər kanalı rəsmi Bakını tənqid edir və müntəzəm
olaraq Talışların etnik azlıq haqqları məsələsini qaldırır.
87
80
“Hizbu-Təxririn istintaqı başa çatdı”,
Bizim Əsr, eyni
mənbədən.
81
K. Səfəroğlu, “Xütbələrdə gizlənən siyasi İslam”, Ayna, 17
iyun 2006.
82
Bəzi müxalifət üzvü və mediya nümayəndələri
Hizbollahın bu hadisə ilə əlaqəli olmasına şübhə ilə yanaşır
və güman edirlər ki, 2005-ci ildə həbs olunan və cəmiyyətdə
əks səda doğuran bir sıra insan oğurluğu və qətllər
törətməkdə təqsirini boynuna alan daxili işlər nazirliyinin
sabiq yüksək rütbəli zabiti Hacı Məmmədovun bu qətldə əli
ola bilərdi. Qənimət Zahid, “Blef”, Azadlıq, 31 oktyabr 2007.
83
DQİDK-nın cənub bölgəsi üzrə nümayəndəsi deyir ki,
bölgədə “üç mədrəsə, o cümlədən Masallıda bir və
Cəlilabadda iki mədrəsə vardır. Onlar qeyri-qanunidir və
İran rejiminin ideyalarını təbliğ etdiklərinə görə, biz onları
bağlamışıq. Müəllimlər çalışırdı ki, şagirdlər Azərbaycana
qarşı vətən sevgisini unutsun və onlar üçün İslamın yeni
mənsubiyyət olduğunu aşılayırdılar.”, Böhran Qrupunun
müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007.
84
Böhran Qrupunun müsahibəsi, hökümət rəsmisi, Bakı,
sentyabr 2007.
85
Böhran Qrupunun müsahibəsi, hökümət və DQİDK-nın
rəsmisi, Bakı, oktyabr-noyabr 2007.
86
Böhran Qrupunun müsahibəsi, noyabr 2007.
87
Səhər TV, www.saharirib.ir, peyk vasitəsilə yayımlanan
və İran hökümətin məliyyələsi ilə dini və siyasi proqlamlar
Yaxın gələcəkdə bunun ciddi problemlər yaratması
ehtimalı azdır,
88
lakin 2007-ci ilin dekabr ayının 10-da
İmam Mehdinin Şimal Ordusu adlanan
qrupa üzv
olmaqda güman edilən 15 nəfər təxribatçılıq
fəaliyyətinə görə uzunmüddətli azadlıqdan məhrum
olumuşdurlar. Gənc şiə ruhanisi Səid Dadaşbəylinin
rəhbərlik etdiyi bu qrup İslam İnqilabını Qoruyanların
xüsusi qurumu olan İranın Qüds Ordusu adlı təşkilatından
geniş maliyyə yardımı və təlim almaqda günahlandırıldı.
Dadaşbəyli özü yalnız xeyriyyə fəaliyyəti ilə məşğul
olduğunu israr edirdi. Bu hadisə İranla Azərbaycan
arasında diplomatik küsülülüklə nəticələndi.
89
D.
T
ÜRKİYƏ
Ölkənin dünyavi modelinə ən münasib hesab olunduğuna
görə Türkiyə mənşəli sünni İslam Azərbaycanda kök
salmışdır. “Türkiyədə mövcud olan İslam Azərbaycan
dövlətinin dünyavi modeli ilə uzlaşan yeganə İslam
cərəyanıdır” – DQİDK-ın sabiq sədri Rafiq Əliyev belə
hesab edir.
90
3,000-dən artıq insan Cümə namazı üçün
Bakıdakı Türk Məscidinə toplaşır. Türkiyə mənşəli sünni
İslam ölkənin şimal bölgələrində də yayılır və burada
artıq daha çox insan müntəzəm şəkildə ibadət üçün rəsmi
məscidlərə üz tutur.
Dini məsələlər üzrə Azərbaycan Türkiyə ilə əməkdaşlıq
aparır: Türkiyənin Diyanet İşleri Başkanlığı (Dini Məsələlər
üzrə Katiblik) Türk mənşəli İslamın xaricdə təşviq etmək
mandatına malikdir. Türkiyə səkkiz məscidin inşasını
maliyyələşdirib, ruhanilərə təlim keçir və İslam məktəb
və universitetlərində təhsil almaq üçün təqaüd ayırır.
Türkiyənin dəstəyilə Bakı Dövlət Universitetində ilahiyyat
fakültəsi təsis olunmuşdur və Azərbaycanın müxtəlif
şəhərlərinə türkiyəli müəllimlər göndərilmişdir.
91
göstərən kanaldır, Böhran Qrupunun müsahibəsi, Lənkəran
sakini, Lənkəran, oktyabr 2007; və “İran Diplomatı
Azərbaycanda Tehran tərəfindən separatizmin təşviq
olunmasını inkar edir”, Day.az, 11 yanvar 2007.
88
Hər iki ölkə azlıq məsələsini qabarda bilər. İranda iyirmi
milyon Azərbaycan mənşəli insan yaşayır. Azlıqlar arasında
mübarizədə din kiçik rol oynayır.
89
Qrup 2007-ci ilin yanvarında həbs olunub və ictimayyət
üçün bağlı məhkəmədə mühakimə olunmuşdur. Prokurorluq
iddia edirdi ki, onlar höküməti devirmək və Şəriət
qanunlarını (İslam qanunlarını) bərqərar etmək istəyirdilər.
Dadaşbəyli on dörd il, digərləri isə iki ildən on dörd ilədək
azadlıqdan məhrum edilmişdir. “Azərbaycan: İslamçıların
Məhkəməsi İranla Münaqişə üçün Zəmin Yaradır”, RFE/RL,
9 oktyabr 2007; və
“Azərbaycan ‘Səid Dadaşbəyli’ qrupu ilə
əlaqədar İrandan izahat gözləyir”,
Day.az, 24 dekabr 2007.
90
B. Balcı, “Azərbaycanda İslamın dirçəlişi”, CERI
araşdırmaları (Paris, 2007).
91
DQİDK-nın www.addk.net/aze/articles/turkiye.html və
Diyanətin www.diyanet.gov.tr/turkish/default.asp internet