Avropa üzrə Hesabat N°191
25 mart 2008
AZƏRBAYCAN: MÜSTƏQİL İSLAM VƏ DÖVLƏT
I.
GİRİŞ
Son on il ərzində İslamçı qruplara qarşı zərbələr
radikal İslamın Azərbaycanda artmaqda olması
ehtimalını gücləndirib. Hökümət zorakılıq aktları
planlaşdırmaqda iddia edilən fəalları həbs etmişdir.
Mətbuat xarici təşkilatlara qarşı terror hücumları
haqda məlumlatlar yaymışdır. Əsl vəziyyət isə bu
qədər birmənalı deyil.
Öz mədəni modellərini ixrac etmək istəyən ölkələrə
(İran, Türkiyə və Yaxın Şərqə) qonşu olan
Azərbaycana 2001-ci ilə qədər missioner və xeyriyyə
təşkilatlarının davamlı axını müşahidə olunurdu.
Onların təsiri nəticəsində həm şiə, həmçinin də sünni
qruplar yaranmışdır. Bu qrupları dünyavi quruluşa
təhlükə sayan dövlət onlarla münasibət qurmaq
üzərində baş sındırmaqda idi.
Azərbaycanda bir sıra müsəlman icmalar, xüsusilə
sələfilər, rəsmi dini idarə olan Qafqaz Müsəlman
İdarəsinin (QMİ) dini hakimiyyətini tanımaqdan
imtina edir. Hökümətin narahatçılığına səbəb bu
məscidlərə dindarların artan axınıdır. Əksər sələfilər
İslama puritan yanaşan və siyasətə can atmayan
mömin müsəlmanlardır. Yalnız az bir hissəsi
hökümətə açıq müxalif fikirlər söyləyir, lakin
hökümətin QMİ və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi (DQİDK) vasitəsilə dini fəaliyyətə tətbiq
etdiyi sərt nəzarət bəzi müstəqil qrupları ixtilafa vadar
edib.
1
Xüsusilə bəzi kiçik və müstəqil şiə icmaların
adlarını çəkmək olar ki, onlar dini azadlıqları naminə
mübarizə aparır və artıq siyasi müxalifətlə əlaqələr
qurmağa nail olub.
1
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi (DQİDK) dini həyatı izləyən və ona
nəzarət edən dövlət qurumlarıdır. QMİ Sovet dövründə
yaradılıb və (1980-ci ildən) Allahşükür Paşazadə tərəfindən
idarə olunur. Bu qurum ruhaniləri təyin edir, moizələrə
nəzarət edir və Məkkəyə ziyarəti təşkil edir. 2001-ci ildə
yaradılan DQİDK dini icmaların qeydiyyatına və
fəaliyyətinə nəzarət edir. Bu təşkilatlarla əlaqədar daha
ətraflı məlumat üçün bax aşağıda Bölmə IV.A.
Müsəlman icmaların dövlətin təhlükəsizliyinə nə
dərəcədə təhlükə təşkil edib-etməməsi və cihadçı
ekstremizmə qarşı nə kimi səmərəli üsullar qəbul
olunmalıdır suallarına cavab tapmaq məqsədilə bu
hesabat diqqəti müstəqil müsəlman icmalarla
Azərbaycan dövləti arasında münasibətlərə yönəldir.
A.
DÜNYAVİLİK
ƏNƏNƏSİ
İslamın şiə məzhəbi müasir Azərbaycanın ərazisində
on altıncı əsrdən sonra aparıcı təriqətə çevrilmişdir,
lakin İranın təsiri zəif olan şimal bölgələrində əksər
əhali sünnilərdir. Rusiya ilə İran arasında 1828-ci ildə
imzalanmış Türkmənçay müqaviləsindən sonra
Azərbaycan Respublikasında və İranda yaşayan
azərbaycanlılar bir-birindən ayrılmışlar.
2
Azərbaycanda
yaşayanlar Çar Rusiyasının İslamı tədricən
marginallaşdıran ruslaşdırma siyasətinin təsirinə
məruz qalmışdır,
3
sonra isə, Sovet höküməti cəmiyyətin
dünyaviləşməsini daha da dərinləşdirmişdir. 1930-cu
illər əksər məscidlərin bağlanması və dinə qarşı ən
sərt təzyiqlərlə yadda qalmışdır. 1940-cı illərdə
müsəlmanları və onların dini fəaliyyətini idarə etmək
üçün Moskva yeni qurum yaratdı.
4
Qafqaz və Orta
Asiya müsəlmanların bir qismi gizli və dövlətin
nəzarətindən kənar etiqad qrupları yaratmağa nail
oldular,
5
lakin 1991-ci ildə müstəqillik əldə etdiyi bir
2
Saziş Yerevan, Naxçıvan və Talış xanlığının qalıqları
üzərində Rusiyanın suverenliyini tanımış və imperiyalar
arasında Araz çayını sərhəd kimi müəyyən etmişdir.
3
Böhran Qrupunun telefon müsahibəsi, Bayram Balcı,
direktor, Fransanın Mərkəzi Asiyaşunaslıq İnstitutu,
Daşkənd, avqust 2007; və S. Kornel, “Azərbaycanda islamın
siyasiləşməsi”, Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu
Araşdırmalar Proqramı, Vaşinqton və Uppsala, 2006.
4
Üç yeni Müsəlman İdarələri – Mərkəzi Asiya və
Qazaxıstan (Daşkənd), Şimalı Qafqaz (Maxaçkala) və
Cənubi Qafqaz (Bakı) – sonradan Rusiya Müsəlmanları
İdarəsinə çevrilən “SSRİ-nın Avropa hissəsinin
Müsəlmanlarının Mərkəzi İdarəsinə” 1943-ci ildə əlavə
edilmişdir.
5
Bu hesabat qeyri-rəsmi İslamı (İslam icmalarını)
“müstəqil” adlandırır. Digərləri “qeyri-rəsmi İslam”
terminini istifadə edirlər – C. Qlen, Mərkəzi Asiyada Sovet
Mirası (Cippenham, 1999) bax, səh. 91 – və ya “parallel
İslam” – bax A.Benniqsen, Unudulmuş Müsəlmanlar (Paris,
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 2
zaman, əksər azərbaycanlılar təşkilatlanmış dini
qruplarla əlaqələri itirmişdirlər.
Muasir Azərbaycan əhalisinin yalnız kiçik hissəsinin
İslamın əsas şərtlərinə əməl edən dünyavi bir ölkədir.
6
2006-ci ilin tədqiqatı göstərir ki, “siz özünüzü bütün
dini mərasimləri (adətləri) bilən və onlara riayət edən
əsl inanclı hesab edirsiniz” sualına yalnız 7.2%
respondent müsbət cavab vermişdir; 49.7% faiz insan
isə özlərini “dinə inanan, lakin dini məsələlərdən
bilikli olmayan və dini şərtlərə riayət etməyən”
adlandırıblar.
7
Müsəlman olmaq dindən çox mədəni
və etnik anlam daşıyır. Əhalinin təxminən üçdə ikisi
şiə, üçdə biri isə sünnidir. Konstitusiya dini etiqad
azadlığını təmin edir və müxtəlif dinlər arasında
münasibətlər adətən yaxşıdır.
8
Demək olar ki, bütün
dini icmalar sülhsevərdir, hökümətlə sıx əməkdaşlıq
edir və dövlətin dəstəklədiyi QMİ-nin dini hakimiyyətini
tanıyır. Yalnız kiçik sayda icmalar hökümətdən
muxtariyyət naminə səy göstərdiyinə görə “müstəqil”,
hətta ondan da az sayda icma isə radikal adlandırıla bilər.
Məscidlərə gedənlərin sayı nəzərəçarpan qədər
artmasa belə, şimal və cənub regionlarda yaşayanlar,
ənənəvi olaraq, bütün ölkə ilə müqayisədə daha
dindar olmuşdurlar. Bakıda əksər məscidləri ziyarət
edənlərin sayı azdır (istisnalar aşağıda müzakirə
olunur).
9
Bununla belə, Bakı və digər şəhərlərdə öz
mənsubiyyətinin axtarışında olan cavanlar dinə üz
tutmaqda yaşlılardan daha fəaldırlar.
10
Adətən bu orta
məktəb və ya universitet səviyyəsində baş verir. Din
1981) və T.Svyatoxovski, “Azərbaycan: İslamın Gizli
Simaları”, Dünya Siyasəti Jurnalı, cild. 19, # 3 (2002 payız),
səh. 73.
6
2004-ci ildəki sorğuda respondentlərin 63.6 faizi heç vaxt
ibadət etmədiklərini deyiblər; 13.2 faiz isə bəzən ibadət
etdiklərini etiraf ediblər. Bax: H. Hacızadə, “Sentyabrın 11-
dən sonra Azərbaycanda Din və Dini Etiqad Azadlığı”, III
Era, # 6 (2005), səh. 38.
7
Digər 40.1 faiz dinə inandıqlararını, dini ənənələr haqqında
anlayışa malik olduqlarını, lakin bu ənənələrdən ancaq
bəzilərinə riayət etdiklərini bildiriblər. Bu sorğu sosioloji
xidmət təşkilatı olan Puls tərəfindən 2004, 2005 və 2006-ci
illərdə təkrarən keçirilmiş və belə bir nəticəyə gəlmişdir ki,
dini şərtlərə riayət edən respondentlərin sayı dəyişməz olaraq
qalır və 50 faizdən aşağıdır. “Azərbaycan 2006-ci ildə,
sosioloji monitorinq”, Puls/Fridrix Ebert Fondu, Bakı, 2007.
8
Azərbaycan kiçik xristian və yəhudi icmasına malikdir.
9
Bakı Şəhidlər Məscidi 3000-nə gədər dindarın ibadət
mərkəzidir. Əbu Bəkr məscidi ən yüskək göstəricilərə
malikdir: malumatlara əsasən həftədə 7000-nə gədər
dindarın ibadət yeridir. (daha ətraflı məlumat aşağıda təqdim
olunub). İçəri Şəhərdəki Ləzqi Məscidində cümə namazına
800 nəfər gəlir. Digər müstəqil şiə məscidləri, xüsusilə
Dadaş Məscidi, həmçinin yüzlərlə inanclının ibadət yeridir.
10
Böhran Qrupunun müsahibəsi, Dr. Kristin Hunner-Krizel,
Bakı, sentyabr 2007; və yazışmalar, oktyabr 2007.
şəhərdə yaşayan bu qruplara “saflıq” və “azadlıq”
təklif edir, lakin bu siyasi məyusluğun nümayişi
deyil.
11
Siyasi və ya iqtisadi inciklik səbəbindən dinə
dönən gənclərin əksəriyyəti şimalda və ya, Nardaranın
ətrafında, Bakı kəndləri adlanan məkanda yaşayır.
12
B.
T
ERRORÇULUQ
İ
TTIHAMLARI
Ümumiyyətlə Azərbaycanın dünyavilik xüsusiyyətinə
baxmayaraq, İranla Türkiyə arasında strateji yerləşməsi
və Rusiyanın qaynar nöqtəsi sayılan Dağıstan
respublikası ilə ümumi sərhədi bu ölkəni həm dinc,
həm də radikal xarici İslam təsir dairələrinin rəqabət
meydanına çevirir. Hökümət iddia edir ki, Qərblə
iqtisadi və siyasi əlaqələri ölkənin xaricdən gələn
İslam ekstremistlərinin hədəfinə çevirir.
Hökümət 1990-cı illərdən etibarən radikal İslamçı
cərəyanlarla uğurlu mübarizə apardığını iddia
etmişdir. Deyilənə görə, Azərbaycanda ilk beynəlxalq
terrorçu təşkilat əl-Cihad olmuşdur ki, o da sonradan
əl-Qaidə ilə birləşmişdir.
13
Təşkilatın Azərbaycan
bölməsini İbrahim Eydaruz 1995-ci ildə yaratmış, ona
1997-ci ilə gədər rəhbərlik etmiş, sonra Londona
köçmüş və iki ildən sonra orada həbs olunmuşdur.
14
1998-ci ildə əl-Qaidə tərəfindən
Dar-es-Salam və
Nayrobidəki ABŞ səfirliklərində partlayışlardan bir
saat əvvəl əməliyyata görə məsuliyyəti öz üzərinə
götürmək haqqında məlumatı əks etdirən faks Bakıda
yerləşən telefon nömrəsindən təşkilatın London
bölməsinə göndərilmişdir.
15
Bir müddət sonra, ABŞ-
ın Mərkəzi Kəşviyyat İdarəsi (MKİ) ilə birlikdə
Azərbaycan təhlükəsizlik orqanları əl-Cihadın hərbi
əməliyyatlar üzrə rəhbərini Əhməd Salaam Mabrukun
həbsinə nail olmuş və Azərbaycan tərəfi onu Misirə
ekstradisiya etmişdir. Deyilənə görə, bu əməliyyatı
keçirilərkən ABŞ və İsraildə 100-dən çox hədəfə qarşı
hücum planlarını əks etdirən disk aşkar olunmuşdur.
16
11
“İnsanlara gözəllik və saflıq lazımdır. Bundan başqa burda
gənclərə daha nə təklif etmək olar”, müstəqil şiə icmasının
üzvü belə düşünür. Böhran Qrupunun müsahibəsi, İlham (əsl
adı deyil), Bakı, sentyabr 2007.
12
Böhran Qrupunun müsahibəsi, Azərbaycanın regionları,
oktyabr-noyabr 2007.
13
Əl-Cihad, və ya İslami Cihad, 1970-cı ildə Misirdə
yaranan İslamçı radikal qrupdur. Əl-Qaidə ilə sıx əlaqələrə
məxsus idi və 2001-ci ilin iyununda onunla birləşmişdir.
Bax: www.globalsecurity.org/military/world/para/aljihad.htm
14
İttiham akti, ABŞ Üsəma Bin Ladenə qarşı, et. al, bax:
http://cns.miis.edu/pubs/reports/pdfs/binladen/indict.pdf.
15
S. Kornel, eyni mənbədən, səh. 48.
16
“İslamçı qruplar kimyavi-bioloji silahdan istifadə etmək
planını daşıyırdı”, World Tribune.com, 21 aprel 1999.