Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 21
radikallaşmaq riskindən agahdır, əksər QHT-lər
onların haqqlarını güclü şəkildə müdafiə etmir:
191
Əksər hüquq müdafiəçiləri milli-demokratik
düşərgənin yetirmələdir və güclü dünyavi
ənənələrə malikdir. Onlar daha çox həbsdə olan
jurnalistlər və söz azadlığı kimi digər daha populyar
mövzularla məşğul olmağa üstünlük verirlər. Az
sayda hüquq müdafiəçisi radikal İslamçılar olduğu
iddia edilən şəxslərin ədalətli mühakimə hüququnun
qorunması kimi qeyri-populyar məsələlərlə məşğul
olmağı öz üzərinə götürür.
192
Şimal bölgələrində polisin zorakılığı 2001-ci ildə
saqqallı şəxslərin təhqiramiz yoxlanması, onların
saqqallarının zorla qırxılması və onların döyülməsi
kimi hallardan başlamışdır.
193
Şimal bölgəsindəki
şəhələrdən birində polis əməkdaşı Böhran Qrupuna
etiraf etmişdir ki, “Onlara (sələfilərə) möhkəm
tapşırılıb ki, saqqallarını qırxsınlar”, çünki onların
zahiri görünüşü “uşaqları qorxudur”.
194
Ardıcıl
“yoxlama” kampaniyası onlarla adamın iki gündən
yeddi günə qədər yerli polis məntəqələrində saxlanılması
ilə nəticələndi. “Məni həbs edib üç dəfə saqqalımı
qırxıblar”, 70 yaşlı sələfi Ehtiram söyləyir. “Mən
polisə gedəndə, onlar məni təhqir etdilər. Hamımız bu
təzyiqdən çox əziyyət çəkirik”.
195
Digər şəhərdə, bir
gənc məsələnin dərininə varmadan, dedi, “onlar
kişinin dözə bilməyəcəyi, alçaldıcı hərəkətlər edirlər.
Döyməkləri problem deyil, Allah özü hakimdir. Lakin
digər hərəkətləri…”
196
“Onlar bizim evlərimizə gəlib, silah axtarır… onlar
hətta bizim kim olduğumuzu öyrənməyə cəhd etmirlər.
Bizə ağzımızı yummağı deyirlər”, Ələsgər şikayətlənir.
“Mənim evimə üç dəfə gəliblər. Artıq qonşularım da
mənə şübhə ilə baxır”.
197
Afiyyəddin əlavə edir ki,
2007-ci ilin oktyabrında şimal bölgəsindəki məscidlərdən
birində bir neçə kişi saxlanılıb və vəhşicəsinə
döyülmüşdür. “Onları məcbur etdilər ki, polisdə deyil,
küçədə döyüldükləri haqda sənədə imza atsınlar. Həbs
191
Böhran Qrupunun müsahibəsi, vətəndaş hüquqlarının
müdafiəçisi, Bakı, fevral 2008.
192
Böhran Qrupunun telefon müsahibəsi, Leyla Yunus, insan
haqqları müdafiəçisi, fevral 2008.
193
Zaqatala, Balakən, Şəki, Qusar, Quba və Xaçmaz, Böhran
Qrupunun müsahibəsi, Elman Osmanov, müdafiə vəkili,
fevral 2008.
194
Böhran Qrupunun müsahibəsi, polis nümayəndəsi,
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
195
Böhran Qrupunun müsahibəsi, Ehtiram (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
196
Böhran Qrupunun müsahibəsi, Fəxrəddin (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
197
Böhran Qrupunun müsahibəsi, Ələsgər (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
zamanı onlar dəfələrlə təhqirə məruz qalırdılar və
onlara deyirdilər ki ‘siz itdən də aşağısınız’. Biz onlara
başa salmağa çalışırıq ki, biz xəvaric deyilik, lakin
onlar üçün fərqi yoxdur. Biz çox yorulmuşuq”.
198
2007-ci ilin oktyabr-noyabr aylarında, mətbuatda
yayılmış terror cəhdi haqqında gedən xəbərlərdən
sonra, milli təhlükəsizlik və daxili işlər nazirlikləri
ölkə boyu birgə “yoxlama” kampaniyasına başladılar.
Dəvəçi rayonun imamı Mirzə Əlibəyovla
199
bərabər,
polisə “müqavimət” ittihamı ilə onlarla sələfi tutulub,
polis məntəqəsində saxlanılmışdır. Onların arasında
vaxtilə əfv olunan sələfi “Qarabağ partizanı” Əsgər
Rüstəmov da olmuşdur; polis onun evindən bir neçə
güllə tapandan sonra, onu qeyri-qanuni silah saxlamaqda
ittiham etmişdir, lakin qohumları güllərərin evə
atılmasını iddia edir.
200
Bu kimi məsələləri artıq bir
neçə il ərzində araşdıran Bakı jurnalisti deyir ki, gənc
sələfilərin bir çoxu gözdən itmiş kimidir. “Onların
mühakimə olub-olmamasını biz heç bilmirik”.
201
Şimal bölgəsindəki sələfi icmaları üzvləri saylarının
əvvəllər daha çox olduğunu, ancaq bir çox gənc
üzvlərin bölgəni tərk etdiyini söyləyirlər.
202
2007-ci ilin
dekabrında penitensiar xidmətinin başçısı Nazim
Ələkbərov demişdir ki, 60-dan 70-ə gədər vəhhabi
həbsdədir və əlavə etmişdir ki “onlardan on beş nəfəri
bizə müraciət edib, əvvəlki etiqadlarından imtina
etdiklərini bildiriblər”.
203
Radikallaşma təhlükəsi haqda ehtimallar müxtəlifdir.
“İnanmıram ki, sələfilər və nurçularla əlaqədar hansısa
təhlükə var” şimal bölgəsindəki şəhərlərdən birində
yaşayan sünni imam belə düşünür. “Bu sadəcə
198
Böhran Qrupunun müsahibəsi, Afiyəddin (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
199
“Dəvəçi vəhhabilərinin imamı həbs edildi”, APA xəbərlər
agentliyi, 29 oktyabr 2007. Mirzə Əlibəyov on beş günlük
azadlıqdan məhrum edilmişdir. Anar Vəliyevin dediyinə əsasən
(“İki sifət”, eyni mənbədən), o, mömin sələfidir və cihad
qruplarla əlaqəsi yoxdur. Dörd nəfərlə bərabər, Əlibəyov
2008-ci ilin martın 13-də müəmmalı qalan ittihamla yenidən
saxlanılmışdır.
200
Böhran Qrupunun müsahibəsi, Akif Nağı, sədr, Qarabağ
Azadlıq Təşkilatı; həmçinin, bax: “Qarabağ partizanları" indi
də dindar olduqlarına görə təzyiqə məruz qalırlar”, 525-ci
qazet, 22 noyabr 2007.
201
Böhran Qrupunun müsahibəsi, müstəqil jurnalist, Bakı,
oktyabr 2007.
202
Şimal bölgələrdə yaşayan sələfilər deyir ki, “qardaşlardan”
bir çoxu təzyiqlər nəticəsində Bakıya köçüblər. Kim isə iddia
edir ki, yüzlərlə sələfi həbsdədir. Böhran Qrupunun
müsahibəsi, Azərbaycanın şimal bölgəsi, oktyabr-noyabr 2007.
203
“Azərbaycan penitensiar xidmətinin rəhbəri: ölkənin islah
müəssələrində təxminən 60-70-ə yaxın vəhhabi var”, Day.az,
7 dekabr 2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 22
hökümətin ‘qabaqlama’ siyasətidir”.
204
DQİDK
nümayəndəsi Gündüz İsmayılov sübüt etməyə çalışır
ki, “xəvariclər arasında iki yönüm mövcuddur: mülayim
və radikal. Qanunu gəbul edənləri dövlət gəbul edir.
Lakin onlar qanunu gəbul etmirsə, buna müəyyən
reaksiya ortaya çıxır. Onlardan bəziləri Azərbaycanda
xilafət qurmaq istəyir!”.
205
Polis isə öz hərəkətlərini
dinin arxasında gizlənən cinayətkarlığa qarşı mübarizə
ilə əsaslandırır.
206
Bununla belə, polisin fəaliyyətindən
belə görünür ki, o bir çox hallarda dinc sələfilərlə
radikallar arasında fərq qoymur.
Müsahiblərimizin bir qismi düşünür ki, hökümətin
addımları dindarları ekstremizmə təhrik edir. Gənc
sələfi olan Ələsgər deyir, “bizi döyməklə inancımızı
əlimizdən almaq istəyirlər, lakin başa düşmürlər ki,
bu mümkün deyil. Onlar tam əksinə nail olacaqlar.
Mənə pis adam olduğumu dönə-dönə deyəndə, mən
doğrudan da pis adama dönəcəm”.
207
Müstəqil imam
əlavə edir, “bu kimi üsullar radikallaşmaya qarşı
mübarizə deyil, əksinə, onun artmasını asanlaşdıran
amildir”.
208
“Dağıstana baxın!”- müstəqil hüquq
müdafiəçisi deyir. “Biz ordakı vəziyyətin burda da
təkrarlanmasınımı istəyirik?”.
209
“İnsanlar nə qədər
çox ədalətsizlik görsələr, bir o qədər onlar dinə
sığınacaqlar ki, cəmiyyətdə tapa bilmədikləri cavabları
burda tapsınlar”, yerli mütəxəssis belə qənaət çıxarır.
210
204
Böhran Qrupunun müsahibəsi, rəsmi sünni imam, noyabr
2007.
205
Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov,
rayonlarda dini məsələlər üzrə şöbənin rəhbəri, DQİDK,
Bakı, sentyabr 2007.
206
Böhran Qrupunun müsahibəsi, polis nümayandəsi,
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
207
Böhran Qrupunun müsahibəsi, Ələsgər (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007. O, əlavə edir:
“burda [Azərbaycanın şimal bölgəsində] insanların hamısı
saqqal saxlamaq istəyir, lakin edə bilmir. Biz onlarla din
haqqında söhbət edirik, əsl İslamın nə olduğunu çatdırmağa
çalışırıq. Polisdən fərqli olaraq, biz onlara müəyyən bir şey
təklif edirik. Bizə qalan bir Allahdır”.
208
Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı,
dekabr 2007.
209
Böhran Qrupunun müsahibəsi, müstəqil insan haqqları
müdafiəçisi, Bakı, fevral 2008.
210
Böhran Qrupunun müsahibəsi, Tofiq Turkel, Turan
xəbərlər agentliyinin eksperti, fevral 2008.
V.
YEKUN SÖZ
Bu hesabatda sözügedən müstəqil icmalar hökumətə
və ya dünyavi həyat tərzinə demək olar ki, əsl təhlükə
kəsb etmir. Demək olar ki, ölkədəki heç bir icma
cihada meylli hesab oluna bilməz. İslam dövləti
qurmaq fikrini açıq bildirən az sayda icmanın ciddi
tərəfdarları yoxdur və onlar məqsədlərinə çatmaq
üçün strateji baxışa malik deyirlər. Bununla belə, İslam
təhlükəsinin şişirdirilməsi insanların sıxışdırılması və
dini həyatı nəzarətdə saxlamaq üçün bir bəhanə kimi
istifadə olunmuşdur ki, bu da, polisin qəddarlığı ilə
üzləşmiş qrupların siyasiləşməsi və hətta radikallaşması
riskini artırır, baxmayaraq ki, ilkin vəziyyətdə bu
qruplar qeyri-siyasi və sirf dini xarakter daşıyırdılar.
Hökümət dini dairələrdə hörmətə malik olan mötədil
səsləri gücləndirməyə başlamışdır, lakin o daha çox iş
görməlidir, xüsusilə sıravi vətəndaşların və ruhani
olmaq istəyənlərin dini təhsilinin artırılmasına fikir
verməlidir. İslamla, o cümlədən müstəqil İslami
icmalarla, dövlət arasında dini azadlığı daha səmərəli
təmin etmək üçün daha optimal münasibəti müəyyən
etmək üçün müstəqil və rəsmi ruhaniləri, tədqiqatçıları
və QHT-ləri cəlb etməklə, ictimai müzakirələr təşkil
olunmalıdır. Müstəqil dini icmalar isə, xüsusilə sələfilər,
öz növbəsində, üzvlərini terrorçuluğun və radikallaşmanın
risklərindən agah etməlidir, və rəsmi ruhanilər və
Azərbaycan höküməti ilə həqiqi dialoqa başlamağa
sövq etməlidir.
Bakı/Tbilisi/Brüssel, 25 mart 2008
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 23
ƏLAVƏ A
BEYNƏLXALQ BÖHRAN QRUPU HAQQINDA
Beynəlxalq Böhran Qrupu (Böhran Qrupu) müstəqil,
qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və onun
110-dan çox əməkdaşı düyünə düşmüş münaqişələrin
qarşısını almaq və onları həll etmək məqsədilə beş
qitədə yerlərdə aparılan təhlillər və yüksək səviyyəli
məsləhətlərlə işləyirlər.
Böhran Qrupunun yanaşması yerlərdə aparılan
araşdırmalara əsaslanır. Siyasi təhlilçilər qrupu zorakı
münaqişənin qopması, güclənməsi və ya yenidən baş
verməsi təhlükəsi olan ölkələrdə və ya həmin ölkələrin
qonşuluğunda yerləşdirilir. Yerlərdən gələn məlumat və
dəyərləndirmələrə əsasən o, hədəfi beynəlxalq səviyyədə
əsas qərar qəbul edənlər olan və praktiki tövsiyələr təklif
edən analitik hesabatlar hazırlayır. Böhran Qrupu
həmçinin bütün dünyada ən mühüm münaqişə
vəziyyətləri və potensial münaqişələrlə əlaqədar
durumla bağlı qısa müntəzəm yeniliklər təmin edən
CrisisWatch 12 səhifəlik aylıq bulleteni nəşr edir.
Böhran Qrupunun hesabatları və brifinq sənədləri xarici
nazirliklərə və beynəlxalq təşkilatlara elektron poçtu
vasitəsilə və ya çap formasında göndərilir və eynu
zamanda qrupun İnternet saytında, www.crisisgroup.org.
ünvanında, yerləşdirilir. Böhran Qrupu öz böhranla bağlı
təhlillərini ön plana keçirmək və özünün siyasətlə bağlı
tövsiyələrinə dəstək qazanmaq məqsədilə hökumətlərlə
və onlara təsir edən qurumlarla, o cümlədən KİV-lər ilə
yaxından əməkdaşlıq edir.
Böhran Qrupunun siyasət, diplomatiya, biznes və KİV
sahəsində tanınmış şəxsıləri özündə birləşdirən idarə
heyəti bu hesabat və tövsiyələrin dünyada əsas siyasət
hazırlayan şəxslərin diqqətinə çatdırılması işində birbaşa
iştirak edir. Böhran Qrupunun sədri Avropa Xarici
Əlaqələr Komissiyasının keçmiş üzvü, Barnslı Lord
Pattendir. 2000-ci ilin yanvarından qurumun prezidenti
və başçısı Avstraliyanın keçmiş Xarici İşlər Naziri Qaret
Evansdır.
Böhran Qrupunun beynəlxalq qərərgahı Brüsseldədir və
Vaşinqton (hüquq şəxs kimi), Nyu-York, London və
Moskvada təbliğatçı ofisləri yerləşir. Hazırda təşkilatın
yerlərdə 15 ofisi var (Əmman, Belqrad, Bişkek, Dakar,
Düşənbə, İslamabad, Cakarta, Kabul, Nayrobi, Pretoriya,
Priştina, Kvito, Seul, Skopye və Tiflisdə) və onun
təhlilçiləri dörd qitədə böhrana məruz qalmış 50-dən çox
ölkədə və ərazidə fəaliyyət göstərirlər. Afrikada bura
Anqola, Burundi, Fil Dişi Sahili, Konqo Demokratik
Respublikası, Eritreya, Efiopiya, Qvineya,
Liberiya, Ruanda, Sahel bölgəsi, Syerra Leone, Somali,
Sudan, Uqanda və Zimbabve; Asiyada Əfqanıstan,
İndoneziya, Kəşmir, Qazaxıstan, Qırxızıstan,
Myanmar/Birma, Nepal, Şimali Koreya, Pakistan,
Tacikistan, Türkmənistan və Özbəkistan; Avropada
Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və
Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya,
Moldova, Serbiya və Çernoqoriya; Yaxın Şərqdə Şimali
Afrikadan İranadək bütün bölgə və Latın Amerikasında
Kolumbiya, And bölgəsi və Haiti.
Böhran Qrupu hökumətlərdən, xeyriyyə fondlarından,
şirkətlərdən və fərdi donorlardan vəsait toplayır.
Aşağıdakı hökumət idarələri və təşkilatları hazırda
maliyyələşmə təmin edir: Frankofon Hökumətlərarası
Agentlik, Avstraliya Beynəlxalq İnkişaf Agentliyi,
Avstraliya Federal Xarici İşlər Nazirliyi, Belçika Xarici
İşlər Nazirliyi, Kanadanın Xarici İşlər və Beynəlxalq
Ticarət Departamenti, Kanada Beynəlxalq İnkişaf
Agentliyi, Kanada Beynəlxalq İnkişaf Araşdırma
Mərkəzi, Çexiya Xarici İşlər Nazirliyi, Hollandiya
Xarici İşlər Nazirliyi, Finlandiya Xarici İşlər Nazirliyi,
Fransa Xarici İşlər Nazirliyi, Almaniya Xarici İşlər
Nazirliyi, İrlandiya Xarici İşlər Departamenti, Yaponiya
Beynəlxalq
Əməkdaşlıq Agentliyi, Lixtenşteyn
Knyazlığının Xarici İşlər Nazirliyi, Leksemburqun
Xarici İşlər Nazirliyi, Yeni Zellandiyanın Beynəlxalq
İnkişaf Agentliyi, Çin Respublikası (Tayvan) Xarici
İşlər Nazirliyi, Danimarka Krallığının Xarici İşlər
Nazirliyi, Norveç Krallığının Xarici İşlər Nazirliyi,
İsveç Xarici İşlər Nazirliyi, İsveçrə Federal Xarici İşlər
Departamenti, Türkiyə Xarici İşlər Nazirliyi, Böyük
Britaniya Xarici İşlər Nazirliyi, Böyük Britaniyanın
Beynəlxalq İnkişaf Departamenti və ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyi.
Fondlara və özəl sektor donorlarına isə aşağıdakılar
daxildir: Atlantik Filantrofiz təşkilatı, Nyu-Yorkun
Karneqi Korporasiyası, Kompton Fondu, Ford Fondu,
Fundaçano Oriente, Beynəlxalq DARA Fondu, Bill &
Melinda Qeyts Fondu, Uilyam və Flora Hyulet Fondu,
Hant Alternativz Fondu, Koreya Fondu, Con D. və
Katerin T. Mak Artur Fondu, Moriah Fondu, Çarlz
Styuart Mott Fondu, Açıq Cəmiyyət İnstitutu, Pyer və
Pamela Omidyar Fondu, David və Lusil Pakard Fondu,
Plauşearz Fondu, Siqrid Rozinq Trast, Rokfeller Fondu,
Rokfeller Filantrofi Advayzers və Yəhudi İcmasının
İanə Fondu olan Sarlo Fondu.
Böhran Qrupu haqqında əlavə məlumatı bizim internet səhifəmizdən əldə edə bilərsiniz:
www.crisisgroup.org
Dostları ilə paylaş: |