Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə123/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   119   120   121   122   123   124   125   126   ...   141

383 

Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1956-cı ildə 

yaranan M.P.Vaqif adına  şəhər mərkəzi kitabxanası  əsasında) (1976) 

yaradılmasının 35 illiyi 

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) 

yaradılmasının 35 illiyi 

Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1976) 

yaradılmasının 35 illiyi 

N.Gəncəvi adına Naftalan şəhər kitabxanasının (1981) yaradılmasının 

30 illiyi 

Naxçıvan  şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1981) 

yaradılmasının 30 illiyi 

Bakı  şəhəri  H.Cavid adına kütləvi kitabxananın (1981) yaradılmasının 



30 illiyi  

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (1991) 

yaradılmasının 20 illiyi  

Bakı  şəhəri Nizami rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 

(1991) yaradılmasının 20 illiyi 

Azərbaycan Universitetinin kitabxanasının (1991) yaradılmasının  20 

illiyi  

Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (1991) 

yaradılmasının 20 illiyi 

Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyinin Tədris Mərkəzinin 

kitabxanasının (2001) yaradılmasının 10 illiyi  

İstiqlal Muzeyinin yaradılmasının (1991) 20 illiyi 

 



384 

 

Cavanşir Qafqaz Albaniyası-

nın hökmdarlarından biri, həm-

çinin Mehranilər sülaləsinin  ən 

parlaq nümayəndəsi olmuşdur. 

Onun hakimiyyəti dövründə Qaf-

qaz Albaniyası  uğurlu xarici 

siyasət nəticəsində güclənmiş  və 

Şərqin  ən önəmli dövlətlərindən 

birinə çevrilmişdir. 

Eramızdan qabaq IV əsrdə, bəlkə  də daha əvvəl 

Azərbaycan Respublikasının indiki ərazisində 

Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz 

Albaniyası deyilən bir dövlət yaranmışdır. Albaniya 

dövləti Qafqazda və Ön Asiyada baş verən 

hadisələrdə  fəal  şəkildə  iştirak etmişdir. VII əsrdə 

Qafqaz Albaniyası öz ağır günlərini yaşamışdır. Cə-

nubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul 

etmiş Qafqaz Albaniyasında zərdüştlüyü yenidən bər-

pa etmək istəmiş, Qərbdən Bizans təzyiq göstərərək, 

Alban kilsəsini öz nəzarətinə almağa çalışmış, 

şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış, 

cənubdan isə ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.) 

yeni və yenilməz dini ilə yürüş etmişdilər. 

Ərəblərlə son döyüşlərdə  gənc alban şahzadəsi

Girdman çayının sahillərində yerləşən eyniadlı feodal 

vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu 

Cavanşir, Sasanilərlə birgə döyüşə girmişdir. 

Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış 

Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehra-

nilərin zərdüştlüyə etiqad etmələrinə baxmayaraq və 

bəlkə  də elə buna görə on-

lar qısa bir müddətdə öz 

nüfuzlarını bütün Albani-

yaya yayaraq, hətta paytaxtı 

da Bərdəyə köçürməyə mü-

vəffəq olmuşdular.  

Bizansla müharibədə 

zəifləmiş Sasanilər,  ərəblə-

rin hücumu qarşısında çox 

böyük çətinliklə dayanmış-

lar.  Ərəblərə qarşı mübari-

zədə, qeyd etdiyimiz kimi, 

Varaz Qriqorun oğlu Ca-

vanşirin başçılığı ilə alban 

qoşunları da iştirak etmiş-

dir. Alban tarixçisi Moisey 

Kalankatlı  xəbər vermişdir 

ki, Cavanşir 7 il sərasər öz 

dəstəsi ilə ərəblərə qarşı dö-

yüşmüş, özünü cəsur əskər, 

istedadlı sərkərdə kimi gös-

tərmişdi. 636-cı ildə Sasa-

nilərin qədim paytaxtı 

Mədain yaxınlığında fars-

larla  ərəblər arasında daha 

bir döyüş olur. Bu, ərəblər-

dən ötrü olduqca əhəmiy-

yətli bir döyüş idi. Sasani 

sərkərdəsi Rüstəmin ko-

mandanlığı altında 80 

2011 


1395 illiyi 

Cavanşir 

616-680/81 

 

 



 

Sərkərdə  




385 

minlik Atropatena ordusunun tərkibində Cavanşirin 

dəstəsi də vuruşmuşdu. Fars ordusu bu döyüşdə məğ-

lubiyyətə  uğramış, Cavanşirin dəstəsi isə Atropate-

naya doğru çəkilmişdir. 

Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da 

bir neçə parlaq qələbə qazandığını göstərmişdir.  İran 

şahənşahı Yezdəgerd, Cavanşirin xüsusi xidmətlərini 

nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün 

bayraq, zil səsli  şeypurlar, iki qızıl mizraq və  qızıl 

suyuna çəkilmiş qalxanlar vermişdir.  Şahənşah 

Cavanşiri bütün qoşun başçılarından əziz tutmuş, onu 

qiymətli daş-qaşlarla işlənmiş  qızıl kəmərlə, qızıl 

dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla 

mükafatlandırmışdır.  

639-cu ildə ərəblər tərəfindən darmadağın olunmuş 

Sasani qoşunlarının tör-töküntüləri onun ölkəsinə gir-

mək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur) 

vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə 

girmişdir. Tarixçilər onun bu döyüşdə göstərdiyi 

igidliyi belə qeyd edirlər: “O, məşhur qoşun başçısı 

Qeqmazini  şəxsən məğlub etdi. O, özü və qoşunu 

əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə 

doğurdular. Onlardan xeyli əsir, at, qatır, başqa 

qənimətlər alaraq geri döndülər. Onlar dağlarda yenə 

qarşılaşdılar və qələbə yenə ona qismət oldu.” Farslar 

hiylə  işlədib, Cavanşirin qohumlarını  əsir almış  və 

yenə Albaniyanın hüdudlarına soxulmuşlar. Nəhayət, 

Cavanşir onlar üzərində tam və  qəti qələbə çala 

bilmişdi. Bundan sonra Cavanşir Sünik knyazının qızı 

ilə evlənmişdi. Lakin Albaniyanın müstəqilliyini uzun 

müddət əldə saxlamaq Cavanşirə nəsib olmamışdı. 

Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması 

Azərbaycan tarixində, ölkənin islamlaşması baxımın-

dan mühüm rol oynamışdır. Bəlkə də xristian meyilli 

feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bu-

nunla şərtlənmişdi. 

Cavanşir həmin qəsd iştirakçılarından birinin ona 

vurduğu ağır yaralardan 680-(681)-ci ildə  vəfat et-

mişdir. 


Cavanşir Azərbaycan tarixində olduqca çətin şəra-

itdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möh-

kəmləndirmiş görkəmli sər-

kərdə və müdrik dövlət xa-

dimi, özünün ərəblər, xə-

zərlər, bizanslılarla qarşı-

lıqlı münasibətlərində or-

taya çıxan problemləri sülh 

və danışıqlar yolu ilə yo-

luna qoymuş istedadlı dip-

lomat kimi daxil olmuşdur. 

Cavanşir, xüsusən özü-

nün Xilafət və Bizansla 

münasibətləri sayəsində Al-

baniyanın maddi və mənəvi 

mədəniyyətinin inkişafı 

üçün çox iş görmüşdür. Da-

hi alban tarixçisi Moisey 

Kalankatlı onun dövründə 

yaşayıb-yaratmışdı. Güman 

ki, o, “Alban tarixi” əsərini 

məhz Cavanşirin göstərişi 

ilə yazmışdır. Moisey Ka-

lankatlı burada özündən əv-

vəlki tarixçilərin  əsərlərin-

dən başqa, ixtiyarına veril-

miş saray arxivinin mate-

riallarından da bol-bol isti-

fadə etmişdir. Sonuncu sə-

nədlərə misal olaraq, Vaça-

qanın yepiskoplara, Cavan-

şirin Bizans imperatoru 

Konstantinə, Konstantinin 

Cavanşirə 

məktublarını 

göstərmək mümkündür. 

Əsərdə həmçinin saray şairi 

Dəvdəkin Cavanşirin ölü-

münə yazdığı  ağı da veril-

mişdir. O, burada öz mər-

hum hökmdarını ağlayaraq, 

qatilləri lənətləmişdir. Dəv-

dək mərsiyəsinin sonunda 

demişdir: “O, bizim üçün 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə