Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə131/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   127   128   129   130   131   132   133   134   ...   141

405 

    Əbülhəsən  Əlibaba oğlu  Ələkbərzadə uzun sürən 

ağır xəstəlikdən sonra 1986-cı il mayın 21-də 81 

yaşında vəfat etmişdir. Doğma kəndində  dəfn olun-

muşdur. Bakı küçələrindən biri onun adını daşıyır. 

 

 



Ədəbiyyat 

 

 Povestlər və hekayələr /Əbülhəsən; red. C.Bağırov; Azərbaycan Respublikası 

Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: “E.L” NPŞ MMC, 2006.- 400 s 

İsmayılov, Y. Əbülhəsənin yaradıcılığı.- Bakı: Elm, 1986.- 208 s. 

Cəfərov, M. Ə.Əbülhəsənin nəsrinin dili.- Bakı: APU, 1992.- 97 s. 

 

İnternetdə 

 

 



www.az.wikipedia.org 

www.ismayilli.aztelekom.org 

www.kataloq.az 

 

Nailə Alışova

 



406 

 

    Seyid  Məhəmmədhüseyn Behcət 

Təbrizi (Məmmədhüseyn  Şəhriyar) 

1906-cı ildə Təbriz şəhərinin Bağme-

şə bölgəsində, o zamanın tanınmış hü-

quqşünaslarından Hacı Mirağa Xoş-

ginabinin ailəsində dünyaya gəlmiş-

dir.  İlk təhsilini kənd məktəbində 

Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, 

qayğıkeş, mehriban müəllimini həmişə böyük 

hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri 

Təbrizdə başa çatdırmış, məşhur “Talibiyyə” ruhani 

mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və 

ədəbiyyatından dərs almışdır.  İlk  şeirini Təbrizdəki 

“Məhəmmədiyyə”orta məktəbinin buraxdığı  “Ədəb” 

adlı jurnalda dərc etdirmişdir. 

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra 

Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-

fünununda, sonra isə Tibb fakultəsində ali təhsil 

almağa başlamışdır. Lakin fakültənin sonuncu kur-

sunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna gir-

məyə məcbur olmuşdur. 

XX  əsr Azərbaycan poeziyasının  ən görkəmli 

nümayəndələrindən biri olan Məhəmməd Hüseyn 

Şəhriyar öz əsərləri ilə sağlığında klassiklər səviy-

yəsinə yüksəlmişdir.  Şəhriyar klassik şeirin bütün 

janrlarında yazmış,  ədəbiyyatı yüksək məzmunlu 

qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdir-

mişdir. 

İlk yazdığı  qəzəllərində nakam məhəbbətdən bəhs 

edən şairin “Sızlayır əhvalıma sübhə kimi tarım  

 

mənim” misrası ilə başla-



nan qəzəli də bu qəbildən-

dir. Ziyalıların acınacaqlı 

taleyindən bəhs etdiyi şeir-

ləri “Elm və hikmət”, “Kə-

malülmülkün  ziyarəti” ad-

lanır. “Eynşteynə müraciət” 

adlı  məsnəvisi də  məşhur 

əsərlərindən biridir. Şair 

“El 

 bülbülü”, “Qafqazlı 



qardaşlar ilə görüş”, “Gö-

züm aydın” şeirlərində Ara-

zın bu tayında olan qardaş-

lar ilə görüş  həsrətini dilə 

gətirir.  

Şəhriyarın ilk şeir kitabı 

1931-ci ildə Tehranda üç 

böyük şair və alimin – Mə-

liküşşüəra Baharın, Səid 

Nəfisinin və Pəjman Bəxti-

yarinin müqəddimələri ilə 

nəşr olunmuşdur. Milli ədə-

biyyatın və  mədəniyyətin 

qorunması  və inkişafı  uğ-

runda fədakarlıqla çalışan 

vətənpərvərlərin səyi ilə 

“Heydərbabaya salam” əsə-

ri 1954-cü ilin mart ayında 

Təbrizdə  nəşr olunmuşdur. 

Şəhriyarın  ən məşhur  əsəri 

 

2011 


 

105 illiyi 

 

Məmmədhüseyn Şəhriyar 



1906-1988 

 

 



 

Şair 



407 

“Heydər Babaya salam” adlanır. Bu əsər 1954-cü ildə 

Heydərbaba dağının  ətəyində keçən uşaqlıq illəri 

xatirəsinə həsr edilmişdir. 

Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi 

Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymət-

ləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyya-

tının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandı-

ğını göstərmişlər. 

Şair ömrü boyu Şimali Azərbaycanı, Bakını görə 

bilməsə  də, bu mövzuda xəyali səyahət etmiş, vüsal 

şeirləri yazmış, Şimali Azərbaycan şairlərindən Süley-

man Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, 

Nəbi Xəzri və başqaları ilə əlaqə saxlamış, öz əsərlə-

rində tez-tez, Sabiri, Üzeyir 

bəyi, Səməd Vurğunu xatır-

layaraq yad etmişdir.  

Daha çox Şəhriyar təxəl-

lüsü ilə tanınan böyük 

Azərbaycan-İran  şairi  şeir-

lərini Azərbaycan və fars 

dillərində yazmışdır. 

Məhəmməd Hüseyn 

Şəhriyar 18 sentyabr 1988-

ci ildə  vəfat edib. Onun və-

fat etdiyi gün, yəni 18 

sentyabr hər il İranda “Milli 

şeir günü” kimi qeyd edilir. 



Ədəbiyyat 

Seçilmiş əsərləri /M.Şəhriyar; tərt. ed. N.Rizvan, X.Quliyeva, İ.Qəribov; ön sözün 

müəl. B.Nəbiyev.- Bakı: Avrasiya Press, 2005.- 480 s.  

Seçilmiş  əsərləri  /M.Şəhriyar; red. Hey. Ə.Quliyev (baş red.) və b.; tərt. və ön 

söz. Müəl.  İ.Həbibbəyli; red. T.Əhmədov.- Bakı: Çaşıoğlu, 2004.-272 s.; 

 

(Azərbaycan ədəbiyyatı)  



Şəhriyarın divanı /M.Şəhriyar; haz. M.İsmayılzadə.- Bakı: Beynəlxalq  Əlhuda, 

2003.


  

Heydər babaya salam /M.Şəhriyar; tərc. K.Məşrutəçi.- Tehran: Neqahe Səbz 

Xelağan, 2009. 

Nəbiyev, B. Kəlamın vüsəti //M.Şəhriyar. Seçilmiş əsərləri.- Bakı, 2005.- S.4-34. 

Şəhriyar fars dilli ədəbiyyatşünaslıqda:  [fars dilindən tərcümə] /tərc. ed. 

S.Nabioğlu; ön söz. Müəl. Qulamrza, S.; elmi red. V.Sultanlı; Dünya 

Azərbaycanlarının Əlaqələndirmə Şurası; Ana dili fondu.- Bakı: Nurlan, 2006.  

Quliyev, E. Şəhriyar poeziyası  və milli təkamül: [monoqrafiya] /E.Quliyev; red. 

H.Qasımov.- Bakı: Elm, 2004.  

 

İnternetdə 

www.abiyeshan.blogcu.com 

www.anl.az  

www.az.wikipedia.org 

www.edebiyyat.az 

www.vatanbaku.turkblog.com  

www.adam.az                                                                        

  Nailə Alışova




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə