Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə127/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   123   124   125   126   127   128   129   130   ...   141

394 

İranda, Finlandiyada və digər ölkələrdə Nobellərin dü-

kanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor 

və dükan açar, Nobellərin satdığından daha ucuz qiy-

mətə neft və neft məhsulları satar və onlara mane 

olardı. 


 Məlumata görə, 1908-1912-ci illərdə  Ş.Əsədul-

layevin istehsal etdiyi neftin miqdarı  təxminən 6-8 

milyon pud təşkil etmişdir. 

Milyonçu həm də xeyriyyəçi kimi də tanınmışdı. 

Belə ki, Tiflis Müəllimlər  İnstitutuna himayədarlıq 

etməklə yanaşı, öz adına iki təqaüd təsis etmişdi. Ru-

siyanın müxtəlif  şəhərlərində  məscid, məktəb və s. 

binalar tikdirmiş, xeyli xeyriyyə  tədbirləri keçirmiş

kasıb azərbaycanlı  tələbələrin xaricdə  təhsil alma-

larına köməklik göstərmişdi. 

1889-cu ildə Rusiyanın kübar cəmiyyətində öz yeri 

olan  Şəmsinin gözü rus gözəli Mariya Petrovnanı 

tutmuş və onunla evlənmişdir. Bu nigahdan Şəmsinin 

bir oğlu dünyaya gəlmişdi. Həyat yoldaşı Ümsəlmə 

xanım bunu qəbul etməmiş və nəticədə söz-söhbətdən 

bezən Əsədullayev 1903-cü ildə  birdəfəlik Moskvaya 

köçmüşdür. 

Rusiyada yaşadığı vaxt-

larda  Əsədullayev Peter-

burqda və Moskvada bir 

neçə iri mülklər tikdirmişdi.  

Rusiyadakı xeyriyyəçilik iş-

lərində isə Mariya Şəmsi ilə 

birlikdə çalışmış, onunla 

bərabər yaşadığı illər ərzin-

də 20 milyon rubl toplaya 

bilmişdir.  

Həyatının son illərini 

Şəmsi daha çox Vətənində, 

övladlarının yanında keçir-

mişdir. 

Rəsmi məlumatlara görə 

Azərbaycan neft sənayesin-

də var-dövlətinin miqdarına 

görə üçüncü yeri tutan Şəm-

si  Əsədullayev 1913-cü il 

aprel ayının  21-də Yaltada 

dincələrkən 72 yaşında gün-

vurmadan vəfat etmişdir. 

 

Ədəbiyyat 

Bağırova, N. Əsədullayevlər ailəsinin arxivindən olan fotoalbom haqqında 

//Azərbaycan tarixi muzeyi.-2005.-Bakı, 2005.- S. 245-249. 

İlkin, Q. Milyonçu Şəmsi Əsədullayev //Xalq qəzeti.- 2002.- 15 dekabr. 

İlkin, Q. Bakı milyonçuları: [Ş.  Əsədullayev haqqında] //İlkin, Q. Bakı  və 

Bakılılar.- Bakı, 1998.- S.236-262. 

Mahmudov, C. Şəmsi  Əsədullayev /C.Mahmudov //Bakı nefti, neft milyonçuları 

və Nobel qardaşları.- Bakı, 2006.- S.129-139. 

Rəhmanlı, N. Azərbaycanlı milyonçunun nişanələri: Şəmsi Əsədullayev haqqında 

//Respublika.- 2010.- 1 avqust.- S.6.  



Rus dilində 

Ахундов,  Ф.  Ага  Шамси  Асадуллаев  и  широта  души  и  благородство 

помыслов //Огонек.- 1996.-май (спец.вып.).- С.38-39. 

İnternetdə 

www.az.wikipedia.org                                                              

www.deyerler.orq 

Samirə Eminova      

 



395 

                              

Mehmet Ziya (Ziya Göyalp) 1876-cı 

ildə Diyarbəkirdə doğulmuşdur. Təh-

silinə Diyarbəkirdə başlayan Ziya 

Göyalp, eyni şəhərdə 1890-1894-cü il-

lərdə  hərbi xidmətdə olmuşdur. Ziya 

Göyalp tibb məktəblilərinin despotizmə 

son vermək üçün qurduqları Qiyam 

Komitəsinə daxil olmuş, məktəbdəki fəaliyyətləri və 

oxuduğu fransızca kitabların zərərli sayılması səbəbilə 

həbs edilmişdir.  İstanbula döndükdən sonra isə 

məktəbdən uzaqlaşdırılmışdır. Ziya Göyalp “Zəbtiyə 

nəzarəti altında saxlanılmaq şərtilə” Diyarbəkirə gön-

dərilmişdi. Ziya Rüştiyə  məktəbində oxuyarkən atası 

ölmüş, onun yerini islam fəlsəfəsini yaxşı bilən, ziyalı 

əmisi Hasib əfəndi tutmuşdur. O, İbn Sina, İbn Rüşd, 

İmam Qəzzali kimi böyük islam filosoflarını Ziyaya 

tanıtdırmış,  ərəb, fars və digər vacib araşdırma 

metodlarını öyrətmişdir. Daha sonra vəfat etmiş 

əmisinin vəsiyyətinə  əməl edərək Ziya, onun qızı ilə 

evlənmişdir. Siyasət, fəlsəfə  və tarix elmində araş-

dırmalar edərkən, despotizm əleyhinə gizli fəaliy-

yətlərə də qatılmışdır.  

Göyalpın ilk əsəri “Şaki  İbrahim” dastanı 

olmuşdur. II Hökumətin elanından sonra, Ziya 

Göyalpın qurduğu gizli cəmiyyətin yerini Osmanlı 

İttihat və  Tərəqqi Cəmiyyəti Diyarbəkir  şöbəsi  əvəz 

etmişdi. 1909-cu ildə partiyanın Selanikdəki kon-

qresinə el nümayəndəsi olaraq qatılmışdı. Bir il İstan-

bul Darülfünununda psixologiya üzrə  təhsil almış  və 

Diyarbəkir maarif müfəttişi işlədikdən sonra, yenidən  

 

Selanikə gəlmişdir. Qatıldı-



ğı partiya konqresindən 

sonra ümumi mərkəz üzv-

lüyünə seçilmişdir.  

Burada “Gənc qələm-

lər”, “Yeni fəlsəfə”, “Ru-

meli” kimi jurnal və qəzet-

lərdəki yazılarıyla Türkçü-

lük və dildə sadələşmə  hə-

rəkatlarının qabaqcılları 

arasında iştirak edən Göy-

alp, milli duyğuları, tarix 

şüurunu, elmə və texnikaya 

dəyər verən düşüncələrini 

şeirləriylə  təbliğ etmişdir. 

1912-ci ildə  İttihat və  Tə-

rəqqi Ümumi Mərkəzi  İs-

tanbula köçürülmüş, Z.Gö-

yalp da İstanbula gəlmişdir. 

Həmin il Ergani mədənin-

dən millət vəkili seçilmiş-

dir. 1919-1921-ci illərdə İs-

tanbulun işğalı  nəticəsində 

həbs olunaraq iki il Maltada 

sürgündə olmuşdur. Sür-

gündən qayıtdıqdan sonra 

1923-cü ildə Diyarbəkirdən 

millət vəkili seçilmişdir. 

“Hakimiyyəti Milliyə”, 

“Yeni Gün”, “Respublika” 

2011 


135 illiyi 

Ziya Göyalp 

1876-1924 

 

 



 

  Siyasi xadim 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə