Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə130/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   126   127   128   129   130   131   132   133   ...   141

402 

                                 

  Nobel Mükafatları – (illik bey-

nəlxalq mükafatlar) onları  təsis 

etmiş  İsveç mühəndis-kimya-

çısı, ixtiraçı və sənayeçi Alfred 

Bernhard Nobelin adınadır. 

1901-ci ildən verilir. Nobelin 

vəsiyyətinə  əsasən onun ölü-

mündən sonra qalan kapital 

Nobel fondunu təşkil etmişdir; əvvəllər 32 mln. İsveç 

kronası olan həmin məbləğin 12.4%-i (3.74 mln 

krona) Bakıdakı “Nobel qardaşları”  şirkətindən 

A.Nobelə düşən səhmin hesabına idi. Bu vəsait səhm, 

istiqraz və borcda yerləşdirilmişdi. Onlardan götü-

rülən  gəlir  hər il bərabər hissəyə bölünür və Nobel 

Mükafatları formasında fizika, kimya, fiziologiya

yaxud tibb, ədəbiyyat sahəsində  ən yeni nailiyyətlər 

və  əvvəlki işlərə  (əgər onların  əhəmiyyəti sonradan 

aşkar edilibsə), həmçinin sülhü möhkəmləndirmək 

sahəsindəki fəaliyyətə görə verilir. 1968-ci ildə İsveç 

Dövlət Bankı özünün 300 illiyi münasibətilə iq-

tisadiyyat elmləri sahəsində  işlərə görə Nobel xatirə 

mükafatını  təsis etmişdir. Nobel mükafatı – üzərində 

A.Nobelin təsviri və müvafiq yazı olan qızıl medal, 

diplom və müəyyən məbləğdə pul çekindən ( Nobel 

fondunun illik gəlirindən asılı olaraq 30-70 min 

dollar) ibarətdir. Nobel Mükafatlarını Nobelin 

vəsiyyətinə görə Stokholmda Kral EA, Kral Karolina  

Tibb-Cərrahiyyə  İnstitutu,  İsveç  Ədəbiyyat Akade-

miyası, sülh mükafatını isə Norveç parlamentinin xü-

susi Nobel  Komitəsi verir. Sülh mükafatından başqa  

 

bütün mükafatlar yalnız 



fərdi (yəni ayrı-ayrı  şəxs-

lərə) və ancaq bir dəfə veri-

lir.  İstisna olaraq M.Sklo-

dovskaya-Küriyə (1903 və 

1911-ci ildə), L.Polinqə 

(1954 və 1962) və C.Bar-

dinə (1956 və 1972) Nobel 

mükafatı iki dəfə verilmiş-

dir.  

Bir qayda olaraq, Nobel 



Mükafatları yalnız sağ olan 

şəxslərə verilir. Nobel Mü-

kafatları namizədləri irəli 

sürmək hüququ olan şəxslər 

(təşkilatların hüququ yox-

dur) Nobel Mükafatları 

haqqında  əsasnamədə mü-

əyyən edilmişdir. (Məsələn 

Nobel Mükafatları laureat-

ları bu hüquqa malikdir). 

Namizədlər haqqında tək-

liflər fevralın 1-dək Nobel 

Mükafatları üzrə 6 müvafiq 

komitəyə göndərilir. Təq-

dim olunmuş  işlərin müza-

kirəsi və  səsvermə  məxfi 

şəraitdə keçir. Mətbuatda 

yalnız qisa şəkildə  əsas-

landırılmış  qərar dərc olu-

 

2011 



 

110 illiyi 

 

Nobel  Mükafatları 



1901 

 

 



 

 

 




403 

nur (sülh mükafatlarının verilmə  səbəbi göstərilmir). 

Mükafat verilməsi haqqında qərardan şikayət vermək 

və ya onu ləğv etmək olmaz. Nobel mükafatının 

təqdim olunması  mərasimi dekabrın 10-da, Nobelin 

ölümünün il dönümü günü – Stokholmda və Osloda 

keçirilir. Nobel mükafatlarından bəzən qərəzli 

məqsədlər üçün istifadə olunur. 

   Bu  vaxta  kimi  815  şəxs Nobel mükafatına layiq 

görülmüşdür. Bunun da 25 nəfəri qadındır. Nobel 

mükafatı alanların 60-65% ABŞ, Almaniya, İngil-

tərənin payına düşür. Bunun da əsas səbəbi həmin 

ölkələrdə xüsusi təyinatlı  mərkəzlərin fəaliyyəti ilə 

bağlıdır. 

   Keçmiş SSRİ-də 21 nəfər Nobel mükafatı almışdır. 

Bu vaxta kimi 6 nəfər müsəlman Nobel Mükafatı 

almışdır:  Ə.Sədat, A.Salam, N.Maxfuz, Y.Ərəfat, 

Ş.Ədabi, O.Pamuk. 

   Nazirlər Kabinetinin 3 

iyun 1996-cı il 70 saylı qə-

rarı  əsasında Azərbayanda 

Nobel İnformasiya Mərkəzi 

yaradılmışdır. Bu dünyada 

sayca 5-ci mərkəzdir (ABŞ, 

Almaniya,  İngiltərə, Rusi-

yadan sonra). Mərkəzin 

nəzdində xüsusi ekspertlər 

qrupları  fəaliyyət göstərir. 

Hazırda Beynəlxalq Nobel 

İnformasiya Mərkəzinin hə-

qiqi üzvü, BNİM Qafqaz və 

Orta Asiya ölkələri üzrə sə-

lahiyyətli nümayəndəsi 

B.Ələsgərovdur. 

 

Ədəbiyyat 

 

Əliyeva, A. Ədəbiyyat üzrə Nobel Mükafatı laureatları /A.Əliyeva.-Bakı: Elm, 

2004.- 234 s. 

Xəlilov,  Ə. Nobel mükafatı laureatları görkəmli kimyaçılar /Ə.Xəlilov.- Bakı: 

Nərgiz. 2003.- 187 s. 

Mirzəyev, M. Nobelçi fiziklər /M.Mirzəyev.- Bakı: Nasir, 2001.- 98 s. 

Şəkərəliyev, A. Nobel mükafatı alan iqtisadçılar /A.Şəkərəliyev.-Bakı: Elm, 

2005.- 240 s. 

 

Rus dilində 

 

Лауреаты Нобелевской премии: энциклопедия.- М.: Прогресс, 1992.-740 с. 

Нобелевская премия.- М.: Наука, 2009.-290 с. 

 

İnternetdə 

www.cabmin.gov.az 

 

Bəybala Ələsgərov 



404 

 

    Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə 



1906-cı ildə İsmayıllı rayonunun Basqal 

kəndində, kəndli ailəsində anadan ol-

muşdur. 1912-ci ildə burada kənd ib-

tidai məktəbini bitirmişdir. Erkən yaş-

larından məşəqqətli əməyin bütün ağır-

lığını duymuşdur. Bu da onun xarakte-

rini bir çox cəhətdən formalaşdırmış  və  mətinləşdir-

mişdir. Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci 

ildə Bakı Darülmüəllimini bitirmişdir.  

İnqilabın ilk illərində o, Dərbənd  şəhərində 

Pedaqoji texnikumda müəllim işləmiş, böyüməkdə 

olan nəslə savad öyrətmişdir. Ə.Əbülhəsən ədəbiyyata 

20-ci illərin  əvvəlində  gəlmişdir.  Ədəbi fəaliyyətə 

“Maarif və mədəniyyət” jurnalında çap olunan “Sofi” 

hekayəsi ilə başlamışdır. Onun ilk hekayələri 

kəndlilərin həyatına həsr olunmuşdur. Yazıçının ilk 

romanı olan “Yoxuşlar”, kənddə barışmaz sinfi 

mübarizədən bəhs edir. İstedadla yazılmış bu əsər 

Azərbaycan romanında müasir mövzunun bünövrəsini 

qoymuşdur. Ə.Əbülhəsənin ədəbiyyatımızda görkəmli 

hadisəyə çevrilən “Dünya qopur” romanı sovetlər 

hakimiyyətinin təşəkkülü və möhkəmlənməsi uğrunda 

Azərbaycan xalqının mübarizəsinə  həsr edilmişdir. 

Ədibin bunun ardınca yazdığı bir çox povestləri və 

hekayələri Azərbaycan nəsrinin inkişafına sanballı 

töhvə olmuşdur. Moskvada sovet yazıçılarının 

qurultaylarında, Azərbaycan  ədəbiyyatı  və incəsənəti 

günlərində, ayrı-ayrı respublikaların ongünlüklərində 

və s. tədbirlərdə iştirak etmişdir. 

Böyük Vətən mühari-

bəsi illərində  Əbülhəsən 

silaha sarılaraq mənfur düş-

mənə qarşı vuruşmuş, eyni 

zamanda yaradıcılıq fəaliy-

yətini də davam etdirmiş-

dir. Müharibədən bəhs edən 

bir sıra  əsərləri vardır. 

Bunlara “Krım hekayələri”, 

“Oğullar və atalar”, “Dost-

luq qalası” və s. əsərlərini 

misal göstərmək olar.  

Ə.Əbülhəsən   Azərbay-

can Kinematoqrafiya Ko-

mitəsində baş redaktor iş-

ləmiş, uzun müddət “Azər-

baycan”  ədəbi-bədii jurna-

lına başçılıq etmiş, Azər-

baycan Yazıçılar İttifaqının 

məsləhətçisi olmuşdur.  

Döyüş  və  ədəbi-ictimai 

fəaliyyətinə görə 1979-cu 

ildə Azərbaycanın Xalq 

yazıçısı adına layiq görül-

müş, üç dəfə “Qırmızı 

Əmək Bayrağı” ordeni 

(1966, 1971, 1976), fəxri 

fərmanlar və döyüş medal-

ları ilə təltif edilmişdir. 

 

2011 


 

105 illiyi 

 

Əbülhəsən  Ələkbərzadə 

1906-1986 

 

 

 



Yazıçı 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə