Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə132/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   128   129   130   131   132   133   134   135   ...   141

408 

 

Mikayıl Cabbar oğlu Zeynalov 



1926-cı ildə Tovuz rayonunun 

Azaflı kəndində anadan olub. Erkən 

yaşlarından “Solğun”,  “Coşqun” 

təxəllüsləri ilə  şeirlər yazan aşıq-

şair az sonra təxəllüs kimi doğma kəndinin adını 

götürüb. 

Mikayıl Azaflı o xoşbəxt insanlardandır ki, xalqın 

yaddaşında ozan, ustad aşıq, saz-söz ustası, el sə-

nətkarı – şair, bəstəkar kimi yaşayır. Qurbani kimi, 

Ələsgər kimi, indi onu da “aşıq” adlandırırıq. Onların 

keçdiyi yol böyük yoldur. Bu yolun başlanğıcında 

adlarını bilmədiyimiz çox qədim ozanlar durur, 

onların bizə çatan son və ən qədim nümayəndəsi Dədə 

Qorqud dayanır. Sonralar bu yol Qurbani, Abbas 

Tufarqanlı, Xəstə Qasım, Valeh, Alı,  Ələsgər sənəti 

ilə inkişaf edib.  

Mikayıl Azaflı XX əsrin ikinci yarısında xalqın 

yetişdirdiyi görkəmli el sənətkarıdır,  şairdir, eyni za-

manda görkəmli saz havaları yaradan ustaddır.  Sovet 

dövründə Mikayıl Azaflının əsərləri toplu şəkildə işıq 

üzü görə bilməyib.  

Mikayıl Azaflının təcnis yaradıcılığı çox zəngindir. 

Aşıq, təcnisin 28 növündə  şeirlər yazmış, struktur-

forma tələbləri ilə  bərabər, mənaya da ciddi diqqət 

yetirmişdir. Bunlar onun yaradıcılığının nə  qədər  əl-

van olduğunu aydın göstərir.  

Mikayıl Azaflının gözəl müxəmməsləri də var. 16-

lıq  şəklində yazılmış bu müxəmməslərin misralarını 

aşıqlar asanlıqla 8 hecalı  şeir kimi bölüb oxuyurlar. 

Adi müxəmməslərlə yanaşı, 

qoşayarpaq cığalı müxəm-

məsləri də maraqlıdır. 

Vücudnaməsi, divaniləri, 

sicilləmələri, ustadnamələ-

ri, cahannamələri vardır.  

Mikayıl Azaflı bir vaxt-

lar “Dövlət Təhlükəsizlik 

Komitəsinin qara siyahısına 

düşmüş” və 1961-1964-cü 

illərdə  həbsxana həyatı ke-

çirmişdir. Həbsxanada bir 

sıra  şeirlər yazmışdır. Tər-

tibçilər həmin şeirləri “Zin-

dan şeirləri” adı altında ver-

mişlər. Azaflı – Şəhriyara, 

Səməd Vurğuna, Qarslı 

Aşıq  İslama, Hüseyn Bo-

zalqanlıya, Aşıq  Ələsgərə, 

Aşıq Alıya, Aşıq  Şəmşirə, 

Aşıq  İmrana, qızı Marala, 

Aşıq Pəri məclisinə, Mül-

külü Həsənə, Cahan Əfru-

za,  Əli Kafkasiyalıya, Os-

man Sarıvəlliyə, Aşıq Mir-

zəyə və bir sıra başqa şəxs-

lərə ithaflar yazmışdır. Qar-

şılıqlı olaraq ona da baş-

qalarının ithafları vardır. 

Bunlardan əlavə, Azaflı bir 

 

2011 



 

85 illiyi 

Mikayıl  Azaflı 

  1926-1990  

 

 

 



Aşıq 


409 

sıra görkəmli aşıqların,  şairlərin ünvanına mərsiyələr 

yazmışdır.  

Mikayıl Azaflı coşqunluqla yazıb-yaradan, aşıq 

sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad 

aşıq idi.  

Mikayıl Azaflı 1990-cı 

ildə dünyasını  dəyişmiş, 

doğma kəndində 

dəfn 


edilmişdir. 

 

Ədəbiyyat 



 

Qoca Azaflıyam  /M.Azaflı; tərt. ed. Və  ön  söz.  Q.Paşayev, M.Azaflı; red. 

M.Qasımlı, G.Azaflı.- Bakı: Nurlan, 2008.-128 s. 

Kazımov, Q. Azaflı yaradıcılığına salınan işıq /Q.Kazımov //Azərbaycan.- 2009.-

13 yanvar.- № 8.- S.5. 

Paşayev, Q. Azaflı /Q.Paşayev //Mədəni maarif.- 2009.-№ ½.- S.51-53.  

Yaqub, Z. Azaflı çinarı: aşıq Mikayıl Azaflı haqqında /Z.Yaqub //Ədəbiyyat 

qəzeti.- 2008.- 18 aprel.- S.8.  

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

www.kitab.az 



Nailə Alışova  


410 

YUBİLYARLARIN   ƏLİFBA  

 GÖSTƏRİCİSİ   

 



Abbasov Akim Əli oğlu-100 148 

Abbasov  Əsgər Məmmədis-

mayıl oğlu-95 

112 


Abbasov Qurban Abbasqulu 

oğlu-85 


267, 

285 


Abbasov Midhət Teymur 

oğlu-85 


196 

Abaszadə Abasqulu Ağabala 

oğlu-105 

111 


Abdullayev Aydın  Ələkbər 

oğlu-65 


215 

Abdullayev Aydın Həsən 

oğlu-60 

111 


Abdullayev Cahangir 

Məmməd oğlu-110 

148 

Abdullayev  İslam  Əbdül 



oğlu-135 

380 


Abdullayev Məzahir 

Ağaverdi oğlu-100 

170 

Abdullayev Mikayıl Hüseyn 



oğlu-90 

320,338


Abdullazadə Gülnaz 

Abutalıb qızı-65 

247 

Ağalarov Abbas Fərhad oğlu-



100 

197 


Ağalarova Dünya Ələkbər 

qızı-105 

318 

Ağaoğlu Məhəmməd-115 217 



Ağamirov Midhət Mirmusa 

oğlu-90 


149 

Ağayeva Xurşid Həsən bəy 

qızı-105 

112 


Axundov Vəli Yusif oğlu-95 148, 

158 


Axundova-Bağırbəyova Sona 

Əbdül qızı-115 

378 

Axundova Elmira-100 



111 

Axundova Rəfiqə Hacı  qızı-

80 

217 


Allahverdiyev Mahmud Qara 

oğlu-80 


146 

Aristoksen (e.ə. 354-300) 

2365  

378 


Aristotel (Ərəstun) (e.ə. 384-

322) 2395  

378 

Arazlı Abbas-75 



146 

Aslanov Aslan Məmməd 

oğlu-85 

7,12 


Aşıq Əhməd-90 381 

Aşıq Ələsgər-190 381, 

391 

Aşıq Hüseyn Cavan-95 



381 

Aşurbəyli Sara Balabəy qızı-

105 

5,32 


Atakişiyev Əlisəttar Ələsgər  

  oğlu-105 

320, 

350 


Atakişiyev Rafiq (Rauf) 

İsrafil oğlu-85 

380 

Atatürk Mustafa Kamal-130 



377, 

397 


Atillanın (406-453) anadan 

olmasının 1611 illiyi 

377 

Azaflı Mikayıl-85 381, 



408 

Azayev  Əlisəfa Soltan oğlu-

60 

194 


Azəroğlu Balaş-90 292,300

Aznaurov İsgəndər Söhrab 

oğlu-55 

216, 


230 

 

 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə