Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə20/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   16   17   18   19   20   21   22   23   ...   141

58 

 

     Şəmsi Bədəl oğlu Bədəlbəyli    

1911-ci il fevral ayının 23-də  Şuşa 

şəhərində anadan olmuşdur. Orta 

məktəbi bitirdikdən sonra Ş.Bədəl-

bəyli Pedaqoji texnikuma daxil ol-

muşdur. Lakin qəlbində teatra böyük 

həvəs olduğuna görə  bədii özfəaliy-

yət dram kollektivində  səylə  çıxış 

edərək özünü bu sahədə sınaqdan çıxarmağa çalışmışdır.  

O, 1927-ci ildə Pedaqoji texnikumu bitirərək Azər-

baycan Dövlət Konservatoriyasına (indiki Milli Musi-

qi Akademiyası) daxil olmuş və burada Üzeyir Hacı-

bəyovun sinfində bəstəkarlıq nəzəriyyəsi ixtisası üzrə 

təhsil almışdır. 

Üzeyir Hacıbəyovla ünsiyyət, Cəfər Cabbarlı ilə 

dostluq münasibətləri onun taleyində mühüm əhəmiy-

yətli rol oynamışdır. 1932-ci ildən etibarən  Ş.Bədəl-

bəyli özünü rejissor kimi sınayaraq, A.Tuqanov, İ.Hi-

dayətzadə  və R.Təhmasibə assistentlik etməyə başla-

mışdır. 

 1934-cü  ildə isə o, Moskva şəhərində “Malıy 

Teatr”da rejissor kimi təcrübə keçməyə göndərilmişdir.  

Ş.Bədəlbəyli 1938-ci ildən etibarən Azərbaycan 

Dövlət Dram Teatrında müstəqil surətdə rejissorluq 

fəaliyyətinə başlamışdır. Burada C.Məmmədquluza-

dənin “Ölülər”, S.Rəhmanın “Xoşbəxtlər”, C.Cabbar-

lının “Od gəlini” əsərləri onun tərəfindən böyük mü-

vəffəqiyyətlə səhnələşdirilmişdir. 

Böyük Vətən müharibəsi illərində  Ş.Bədəlbəyli 

sovet qoşunlarının tərkibində İrana ezam olunmuş və 

Təbrizdə Ü.Hacıbəyovun 

“Arşın mal alan” operetta-

sını  səhnələşdirmiş, eyni 

zamanda Təbrizdə “Qırmızı 

Şərq” qəzetinin müxbiri ki-

mi də fəaliyyət göstərmişdir. 

1959-1965-ci illərdə Ş.Bə-

dəlbəyli Opera Teatrının di-

rektoru və baş rejissoru və-

zifələrində çalışmışdır. Bu 

teatrın səhnəsində onun tə-

rəfindən  “Koroğlu”, “Dur-

nalar gölü”, “Traviata”, 

“Trubadur” və digər əsərlər 

səhnələşdirilmişdir. 

Şəmsi Bədəlbəyli uzun 

illər (1943-1949, 1956-

1961, 1963-1974) Azərbay-

can Dövlət Musiqili Kome-

diya Teatrının direktoru və 

bədii rəhbəri olmuşdur. 

Ü.Hacıbəyovun sinfində mu-

siqi təhsili alması onun 

sonralar məhz musiqili teat-

larda rejissor kimi yaradıcı-

lıq fəaliyyətində danılmaz 

rol oynamışdır. Opera parti-

turalarını oxumaq, əsərin 

musiqi materialının səhnə 

obrazlarının bədii siqləti ilə 

 

Fevral  



 

100 illiyi 

Şəmsi Bədəlbəyli 

1911  1987 

 

 

 



 

Rejissor 

23 



59 

həmahəngliyinə nail olmaq, instrumental ifaçılıqdan 

ansambl təşkil etmək baxımından məhz musiqiçi 

Ş.Bədəlbəyli ilə rejissor Ş.Bədəlbəylinin yaradıcılıq 

təmasının uğurlarıdır. 

1974-1976-cı illərdə rejissor Müslüm Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru 

və bədii rəhbəri vəzifəsində çalışmışdır. 

1976-cı ildən isə ömrünün sonuna kimi Azərbay-

can Teatr Cəmiyyətinin sədri olmuşdur. 

Ş.Bədəlbəyli həm də bədii filmlərə çəkilmişdir. “O 

qızı tapın”, “Axırıncı  aşırım”, “Ömrün səhifələri” 

filmlərində yadda qalan obrazlar yaratmışdır. Onun iş-

tirak etdiyi bu filmlər Azərbaycan kinematoqrafiyası-

nın qızıl fonduna daxil edilmişdi. 

      Azərbaycan Milli Akademik Dram Teatrında 

“Ölülər” (1940, C.Məmmədquluzadə), “Xoşbəxtlər” 

(1941, S.Rəhman), Opera və Balet teatrında “Koroğ-

lu”, “Arşın mal alan” (1953, Ü.Hacıbəyov), Musiqili 

Komediya Teatrında isə “Ləpələr” (1970, A.Məlikov), 

“Hicran” (1973, E.Sabitoğlu) və s. əsərlərin quruluşçu 

rejissoru olmuşdur.  

1957-ci ildə rejissor Türkmənistan Dövlət Opera və 

Balet Teatrında “Koroğlu” operasını tamaşaya qoy-

muşdur. Tamaşa müvəffəqiyyətlə keçmiş  və teatrın 

müdiriyyəti onu qiymətli 

hədiyyələrlə mükafatlandır-

mışdı. 


Görkəmli rejissor, baca-

rıqlı inzibatçı Şəmsi Bədəl-

bəyli musiqili teatr sə-

nətimizin inkişafında, onun 

tərəqqisi yolunda göstərdiyi 

böyük xidmətlərə görə 17 

iyun 1943-cü ildə  Azərbay-

can Respublikasının  Əmək-

dar və 29 iyul 1964-cü ildə 

isə Xalq artisti fəxri adları-

na  layiq görülmüş, “Qırmı-

zı Əmək Bayrağı” ordeni və 

medallarla təltif edilmişdir.  

Ş.Bədəlbəyli 1987-ci il 

may ayının 23-də  vəfat et-

miş  və ikinci Fəxri Xiya-

banda dəfn edilmişdir. 

Onun adına Bakı  şəhərində 

küçə var. 

Ədəbiyyat 

Baxışova, S. Ömrünə xəzinə yığmış insan: [İstedadlı rejissor və böyük şəxsiyyət 

Şəmsi Bədəlbəyli haqqında] /S.Baxışova //Yaddaş.- 2006.- 18 fevral.- S.3. 

Rəhimli, İ. Şəmsi Bədəlbəyli /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.606-608, 662-665. 

Şərif, A. Şəmsi Bədəlbəyli /A.Şərif //XX əsr Azərbaycanın yaradıcı  nəsilləri.- 

Bakı, 2007.- S.108-109. 

Rus dilində 

Рагимбейли,  Н.  Шамси  Бадалбейли - жизнь  в  искусстве  /Н.Рагимбейли.- 

Баку, 2008.- 202 с.

 

İnternetdə 

www.az.wikipedia.org 

www.musigi-dunya.az                                                                        Səmayə Quliyeva 




60 

 

Səkinə Qulu qızı  İsmаyılоvа 

1956-cı il fevral ayının 24-də  Bаkı 

şəhərində аnаdаn оlmuşdur. 

О, 1974-1978-ci illərdə Аsəf Zеy-

nаllı  аdınа musiqi məktəbinin mu-

ğаm sinfini, 1990-cı ildə isə  Аzər-

bаycаn Dövlət Mədəniyyət və İncəsənət Univеrsitеtini 

bitirmişdir. 

Səkinə İsmаyılоvа rеspublikаdа ilk dəfə оlаrаq, qа-

dın ifаçılаrdаn ibаrət muğаm üçlüyü yаrаtmış, qаdın 

хаnəndələr  аrаsındа muğаmı  qаvаllа ilk dəfə ifа  еt-

mişdir. 1980-ci ildən  Аzərbаycаn Dövlət  Оpеrа  və 

Bаlеt Tеаtrının sоlisti kimi fəаliyyət göstərən хаnəndə 

əksər muğаm  оpеrаlаrındа  аpаrıcı  pаrtiyаlаrı - Lеyli, 

Əsli (Ü.Hаcıbəyоv - “Lеyli və Məcnun”, “Əsli və Kə-

rəm”), Ərəbzəngi (Z.Hаcıbəyоv - “Аşıq Qərib”), Gül-

bаhаr (Ş.Ахundоvа - “Gəlin qаyаsı”) və s. ifа  еtmiş 

və еtməkdədir. 

Şöhrəti dоğmа yurdumuzdаn çох-çох uzаqlаrа yа-

yılmış bu sənətkаr  Аzərbаycаn muğаm sənətini dün-

yаnın bir çох ölkələrində - Türkiyə,  İrаn, Yаpоniyа, 

Hindistаn, Аlmаniyа, İsvеç, 

Frаnsа, АBŞ və s. ölkələrdə 

yüksək səviyyədə  təmsil 

еdir.  


Оnun ifаsındа  səslənən 

“Çаhаrgаh”, “Humаyun”, 

“Bаyаtı-Şirаz” muğаmlаrı, 

həmçinin bir çох хаlq mаh-

nılаrı musiqi fоnоtеkаmızın 

qızıl fоndunа dахil еdilib. 

Hаzırdа S.İsmаyılоvа 

pеdаqоji fəаliyyətlə məşğul 

оlur, Аzərbаycаn Mədəniy-

yət və İncəsənət Univеrsitе-

ti və  Аzərbаycаn Milli 

Kоnsеrvаtоriyаsındа  tələ-

bələrə muğаm sənətindən 

dərs dеyir.  Хidmətlərinə 

görə 1992-ci ildə  Аzərbаy-

cаn Rеspublikаsının  Хаlq 

аrtisti adına layiq görül-

müşdür.   



Ədəbiyyat 

       İsmayılova Səkinə Qulu qızı //Üzeyir dünyası: Üzeyir Hacıbəyli ensiklopediya-

sı.-Bakı, 2008.-S.122. 

      Səkinə İsmayılova Almaniyada konsert verib: [Xalq artistinin Berlində keçirilən 

konserti haqqında] //Ekspress.- 2010.- 21 aprel.- S.14. 

     Qocayeva, A. Muğam və xalq mahnılarımızın mahir ifaçısı: Muğam ifaçısı Səkinə 

İsmayılova haqqında /A.Qocayeva //İki sahil.- 2007.- 27 oktyabr.- S.8.  

İnternetdə 

www.az.wikipedia.org                                                            Məmməd Məmmədov 

 

  Fevral 



 

55 illiyi 

 

 

Səkinə İsmаyılоvа 



1956 

 

 

 



Xanəndə 

24 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə