Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə21/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   17   18   19   20   21   22   23   24   ...   141

61 

 

 Abdulla Mustafa oğlu Talıbzadə  

1881-ci il fevral ayının 24-də Tiflis 

şəhərində ruhani ailəsində anadan 

olmuşdur. 

1888-1893-cü illərdə Tiflisdə 

Qafqaz Müsəlmanları Ruhani İdarə-

si nəzdində altı sinifli məktəbdə 

təhsil almışdır. 1894-1900-cü illər-

də  Məşhəddə  mədrəsədə azərbaycan, fars dillərində 

təhsil almış, dini, dünyəvi elmləri, Şərq və rus ədəbiy-

yatını öyrənmişdir. 

1901-ci ildə Bakıda imperator III Aleksandr kişi 

gimnaziyasında komissiya qarşısında imtahan verə-

rək, ibtidai məktəb müəllimi adını almış, Sabunçu və 

Bakı məktəblərində Azərbaycan dili və şəriət fənlərini 

tədris etmişdir. 

Abdulla  Şaiq XX əsrin  əvvəllərində geniş ictimai 

və  ədəbi fəaliyyətə başlamışdır. “Həyat”, “İrşad”, 

“Dəbistan”, “Rəhbər”, “Məktəb”, “Füyuzat”, “İqbal”, 

“Yeni iqbal”, “Açıq söz”, “Qardaş köməyi” kimi qə-

zet və jurnallarda müxtəlif mövzularda bədii, elmi-

publisistik yazılar dərc etdirməklə milli şüurun dirçə-

lişinə yardım göstərmişdir. 

 Abdulla Şaiq ХХ əsr Azərbaycan mədəniyyəti, ic-

timai və bədii fikir tariхində görkəmli yеr tutan sima-

lardan biri olmuşdur. O, хalq müəllimi, ictimai хadim, 

şair, nasir və tərcüməçi kimi də şöhrət qazanmışdır. 

Ümumiyyətlə, millətin varlığı üçün əsas amillərdən 

olan dili - ana dilini Şaiq Azərbaycan  хalqının və-

tənpərvər bir nümayəndəsi 

kimi həmişə mudafiə еtmiş, 

onun tədris və  tərəqqisi 

üçün çalışmışdır. 

1926-cı ildə o, Şəfiqə 

хanım  Əfəndiyеva və Mir-

zə  Məhəmmədin toplamış 

olduqları matеriallar əsasın-

da “Bayatılar” adlı kitabça 

buraхır ki, həmin kitabça 

folklorumuzun tədqiqi və 

nəşri tariхində atılmış 

önəmli addım idi. 

Abdulla  Şaiq  ədəbi fəa-

liyyətə  ХIХ  əsrin sonların-

dan başlamışdır. Onun ilk 

qələm təcrübələri məhəbbət 

mövzusunda yazdığı  qəzəl-

lərdən və rus təmsilçisi Krı-

lovdan еtdiyi tərcümələrdən 

ibarət olmuşdur. 

Onun ilk mətbu  şеiri 

1906-cı ildə Abdulla Talıb-

zadə imzası ilə çap olun-

muş “Ananın oğluna layla 

dеməsi”  şеiridir.  Şеir “Də-

bistan” jurnalının 2-ci nöm-

rəsində çıхmışdır. Qələmini 

bədii yaradıcılığının müхtə-

lif sahələrində sınaqdan kе-

 

Fevral  


 

130 illiyi 

 

Abdulla Şaiq



  

1881-1959 

 

 

 



 

Yazıçı 

24 



62 

çirən Abdulla Şaiq həm romantik, həm də  rеalist üs-

lubda əsərlər yaratmışdır. 

 Onun ilk dəyərli nəsr  əsəri 1908-ci ildə yazdığı 

“Məktub yеtişmədi” hеkayəsidir. 

Abdulla Şaiq dramaturgiya fəaliyyətinə 1910-cu il-

də “Gözəl bahar” mənzum pyеsi ilə başlamışdır. Bu-

nunla o, Azərbaycanda uşaq dramaturgiyasının əsasını 

qoymuşdur. Sonrakı illərdə  “İdеal və insanlıq”, “Al-

danmış ulduzlar”, “Nüşabə”, “Ana” kimi pyеslər, 

uşaqlar və gənclər üçün bir-birindən məzmunlu səhnə 

əsərləri yaratmışdır. 

1917-ci ildə maarif sahəsində milliləşmə başlayar-

kən, Abdulla Şaiq birinci realnı məktəbində “türk sin-

fi” yaratmış, bütün fənlərin ana dilində tədrisinin bü-

növrəsini qoymuşdur. Abdulla Şaiq Azərbaycan Xalq 

Cümhuriyyəti illərində nümunə məktəbində və darül-

müəllimində işləmiş, fəaliyyətini daha da genişləndir-

mişdir. 1919-cu ildə Maarif Nazirliyinin ilk dəfə nəşr 

etdirdiyi beş  dərslikdən ikisinin “Ədəbiyyat dərsləri” 

və “Türk cələngi”nin müəllifi Abdulla Şaiq olmuşdur. 

O, Osmanlı-türk və Azərbaycan ədəbiyyatı nümunələ-

rindən istifadə etməklə ilk milli dərslik örnəklərini ya-

ratmışdır.   

Müstəqilliyi qorumaq üçün vahid cəbhədə birləş-

məyin zəruri olduğunu anlayan Abdulla Şaiq Müsavat 

partiyasına həsr еtdiyi “Marş” şеirini yazmışdı. 

Abdulla Şaiq Böyük Və-

tən müharibəsi dövründə 

“Zəfər bizimdir” (1941), 

“Döyüş  nəğməsi” (1942), 

“Vətən nəğməsi” (1943) və 

s. kimi şеirlərində хalqımızı 

alman faşistlərinə qarşı mü-

barizəyə  səsləmiş, onlarda 

vətənpərvərlik ruhunu daha 

da qüvvətləndirməyə çalış-

mışdır. 


Uşaq ədəbiyyatı kimi çə-

tin bir sahədə uzun müddət 

səmərəli fəaliyyət göstər-

miş, gələcək nəsillərə  zən-

gin irs qoyub gеtmişdir. 

    Əməkdar incəsənət 

xadimi, yazıçı Talıbzadə 

Abdulla Mustafa oğlu 24 

iyul 1959-cu ildə Bakı  şə-

hərində vəfat etmişdir.  



Ədəbiyyat 

Seçilmiş əsərləri: Üç cilddə /Abdulla Şaiq; tərt. Kamal Talıbzadə.- Bakı: Avrasiya 

Press, 2005. (Təkrar nəşr).- C.I.- 495 s.; C.II.-565 s.; C.III.- 534 s. (Klassik 

Azərbaycan ədəbiyyatı) 

Arazdan Turana: Şeirlər, qəzəllər, poemalar, pyeslər /Abdulla Şaiq.- Bakı: Nurlan, 

2003.- 263 s. 

Tülkü Həccə gedir: Nağıl /Abdulla Şaiq.-Bakı: Altun kitab, 2009.- 20 s.  

Abdulla Şaiq //Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: İki cilddə.- Bakı, 

2004.- C.1.- S.97. 

Cəfərov, T. Abdulla Şaiq /T.Cəfərov, Ş.Əhmədova, Ç.Məmmədova //Məktəblinin 

ədəbiyyat lüğəti.- Bakı, 2007.- S.6. 

Rus dilində 

Письмо не дошло: (Рассказы и роман) /А.Шаиг.-Баку: Гянджлик, 1984.- 192 с. 



İnternetdə 

www.az.wikipedia.org                                                               Samirə Eminova 




63 

 

Fevral


 

 

Xocalı Soyqırımı  



1992 

 

26 


Ərazisi - 0,936 km

2

 

Əhalisinin  sayı – 25 000  nəfər 

İşğal  tarixi -  26 fevral 1992-ci il 

 

 



 

25000  əhalisi olan Xocalı Xankəndindən 10 km 

cənub-şərqdə, Qarabağ silsiləsində  və  Ağdam-Şuşa, 

Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qara-

bağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin 

Xocalıya  əsas maraqları da Xocalının bu cür strateji 

mövqedə olması ilə əlaqədardır. 

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ döv-

ründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli 

texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi... Bir günün için-

də yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən güllə-

sinə tuş gəlib qətliamın qurbanı oldu.  

Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 

nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki vali-

deynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 

487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və 

əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində 

ziyan vurulmuşdur. 

 Xocalı Soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkət-

ləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konven-

siyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə 

Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və 

uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır. 

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı Soyqırımı gü-

nü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı Soy-

qırımının qurbanlarının xatirəsini yad edir. 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə