Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə25/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   21   22   23   24   25   26   27   28   ...   141

74 

 

    Azərbaycanda bədən tər-

biyəsi və idmanın tarixi çox 

qədimdir və xalqın mədəniy-

yəti ilə  sıx bağlıdır. Azərbay-

can folklorunda igidlərin oxat-

ma, atçapma, güləş  və digər 

xalq oyunlarında göstərdikləri 

şücaət və  qəhrəmanlıqlar tə-

rənnüm olunmuşdur. Qobus-

tan qayaüstü rəsmlərində qədim insanın müxtəlif fizi-

ki hərəkətlərinin  əyani təsviri Azərbaycanda idmanın 

uzaq tarixindən xəbər verir. 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan 

Respublikası Qanunu Azərbaycan Respublikasının 

Prezidenti Heydər Əliyevin 28 dekabr 1998-ci il tarix-

li Fərmanı ilə qüvvəyə minmişdir. Qanunda bədən tər-

biyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, 

təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bə-

dən tərbiyəsi və idman sahəsində Azərbaycan Respub-

likasında dövlət siyasətinin prinsipləri müəyyən edil-

mişdir. Azərbaycan Respublikası  Gənclər və  İdman 

Nazirliyi (2006) “Bədən tərbiyəsi və idman haqqında” 

Azərbaycan Respublikası Qanununun həyata keçiril-

məsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər 

görür. 


     2000-ci  ildən başlayaraq Azərbaycan Respublika-

sında bir-birinin ardınca müasir idman kompleksləri 

tikilib istifadəyə verilmişdir. Dövlətin idmana böyük 

qayğısının daha bir təzahürü olan bu sağlamlıq mər-

kəzlərinin əksəriyyəti ümummilli lider Heydər Əliye-

vin prezidentliyi dövründə 

inşa olunmuşdur. Bakı 

Olimpiya İdman Kompleksi 

2000-ci il oktyabrın 21-də, 

Maştağa Olimpiya İdman 

Kompleksi 2001-ci il deka-

brın 29-da, Naxçıvan Olim-

piya  İdman Kompleksi 

2002-ci il iyunun 15-də, 

Gəncə Olimpiya İdman 

Kompleksi 2002-ci  il sent-

yabrın 12-də,  Şəki Olimpi-

ya İdman Kompleksi 2002-

ci il noyabrın 9-da, Bərdə 

Olimpiya İdman Kompleksi 

2003-cü il oktyabrın 7-də, 

Lənkəran Olimpiya İdman 

Kompleksi 2003-cü il ok-

tyabrın 9-da, Quba Olimpi-

ya İdman Kompleksi 2003-

cü il oktyabrın 11-də,  Şa-

maxı Olimpiya İdman 

Kompleksi 2005-ci il apre-

lin 26-da istifadəyə veril-

mişdir. Bakıda “Musado” 

Taekvondo sarayı, Yaxt-

klub, Otüstü Xokkey İdman 

Kompleksi, Stend Atıcılığı 

İdman Kompleksi də  fəa-

liyyət göstərir.  

 

Mart  



 

 

Bədən Tərbiyəsi və İdman Günü 

2005 

 

 




75 

     Azərbaycanda idman əsl tərəqqi yoluna respublika 

dövlət müstəqilliyi qazandıqdan sonra qədəm qoy-

muşdur. Müstəqilliyin ilk illərində bədən tərbiyəsi və 

idman işlərinin təşkili sahəsində  çətinliklər var idi. 

Respublika Prezidentinin Gənclər və  İdman Nazirli-

yinin yaradılması haqqında 26 iyul 1994-cü il tarixli 

və Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması 

haqqında 18 aprel 2001-ci il tarixli Fərmanları ölkədə 

idmanın inkişafına güclü təkan verdi.  

      Ümummilli  liderin  gənclər və idman siyasətini 

uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci 

il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün tə-

sis edilməsi haqqında Sərəncam imzalamışdır. 5 mart 

Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gün-

dür. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz 

Heydər Əliyev dünya və Avropa çempionatlarının qa-

libləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi 

və idmanın inkişafında yeni strategiyanın təməlini qo-

yaraq  İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və 

idmanın inkişafında yeni strategiyanın təməlini qo-

yub. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə 

davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı 

bütün sosial sferaları, o cümlədən idman və bədən tər-

biyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiy-

yətlər ildən-ilə daha da ar-

tır.  İdmançılarımızın da il-

dən-ilə artan nailiyyətləri 

dövlətin bu sahəyə olan 

dəstəyinin nəticəsidir. Tək-

cə, 2009-cu ildə  bədən tər-

biyəsi və idmanın inkişafı-

na dövlət büdcəsindən ayrı-

lan vəsaitin məbləği 12,8 

milyon manata çatdırılıb. 

Ölkədə idman və bədən tər-

biyəsinin maddi-texniki ba-

zası ildən-ilə möhkəmləndi-

rilir. Ölkənin müxtəlif böl-

gələrində çoxsaylı idman 

kompleksləri tikilib istifa-

dəyə verilir, mövcud idman 

kompleksləri, stadionlar və 

digər idman meydançaları 

təmir edilir, günün tələblə-

rinə uyğun yenidən qurulur. 

  

 

Ədəbiyyat 

 

Heydər Əliyev və Azərbaycan idmanı.- Bakı, 2004.- 314 s.  



Bədən tərbiyəsi və idman //Azərbaycan Milli Ensiklopediyası.- Bakı, 2007.- 

S.828-836. 

 

İnternetdə 

www.aztv.az 

www.news.xazar.com 

www.presspost.az 



Məmməd Məmmədov 


76 

 

    Hikmət Bаbа оğlu Nəzərli  1966-cı 

il mart ayının 7-də Bаkı şəhərində zi-

yаlı  аiləsində dünyаyа göz аçmışdır. 

1973-cü ildə  Bаkının  Хətаi rаyоnun-

dаkı 27 sаylı  оrtа  məktəbdə ibtidai 

təhsilə başlamış, bеşinci sinifə  qədər 

burаdа təhsil аlmışdır. Аtаsının iş yе-

rinin dəyişməsi ilə  əlаqədаr Hikmət də  аilələri ilə 

Dаşkəndə gеtmiş və оrtа təhsilini оrаdа tаmаmlаmış-

dır. О, 1982-ci ildə аnаsı və bаcılаrı ilə birlikdə yеni-

dən Bаkıyа  qаyıtmışdır. 1984-cü ildə  hərbi  хidmətə 

çаğırılmış və Gürcüstаn Rеspublikаsının Duşеfi şəhə-

rindəki kəşfiyyаt məktəbinə göndərilmişdir. 1986-cı 

ildə  оrdudаn tərхis  оlunmuşdur.  О, rеspublikа  DİN-

nin Yаnğındаn Mühаfizə  İdаrəsində  işə düzəlmiş  və 

еyni zаmаndа  Аzərbаycаn Pоlitехnik  İnstitutunа (in-

diki Texniki Universitet) qəbul  оlunmuşdur. Bir və-

tənpərvər оğul kimi еrməni təcаvüzünə, sоydаşlаrımı-

zın öz dоğmа yurdlаrındаn qоvulmаsınа о, bigаnə qа-

lа bilməzdi. 

H.Nəzərli  Şığ  qəsəbəsində könüllülərdən təşkil 

оlunmuş müdаfiə bаtаlyоnunа üzv yаzılır. 1991-ci ilin 

dеkаbrındа  хidmət  еtdiyi bаtаlyоnun tərkibində  Аğ-

dаm istiqаmətindəki cəbhəyə  yоlа düşür. Həmin 

gündən Vətənin müdаfiəsi uğrundа  хidmətlərə  bаşlа-

yır. Umudlu, Хоcаlı  yоlu isə  оnun döyüş  mеydаnınа 

çеvrilir. Umudlu kəndinin sаkinlərini təhlükəsiz yеrə 

аpаrаrkən ağır yaralanır. 

Bir müddət müаlicə  оlun-

duqdаn sоnrа  yеnidən dö-

yüş  yоldаşlаrının yаnınа 

qаyıdır. 

Həmin günlər Хоcаlıdа 

tаriхdə misli görünməmiş 

fаciə törədilir. Hikmət idаrə 

еtdiyi mаşınlа düşmən qаr-

şısındа  mаnеə  yаrаdаrаq 

uşаqlаrın, qаdınlаrın təhlü-

kəsiz yеrə  аpаrılmаsındа 

böyük  şücаət göstərir. Sоn 

məqаmdа bir nеçə döyüş 

yоldаşı ilə  mеşəyə  çəkilir. 

Sоnrаkı  tаlеyi bаrədə  hеç 

bir məlumаt yохdur.  

Аiləli idi. Bir övlаdı 

yаdigаr qаlıb. 

Аzərbаycаn Rеspubli-

kаsı Prеzidеntinin 9 sеnt-

yаbr 1992-ci il tаriхli 178 

sаylı  Fərmаnı ilə  Nəzərli 

Hikmət Bаbа  оğlunа ölü-

mündən sоnrа  “Аzərbаy-

cаnın Milli Qəhrəmаnı” аdı 

vеrilmişdir. 

 

  Mart 



 

45 illiyi 

Hikmət Nəzərli  

1966-1992 

 

 

 



 

Milli 


Qəhrəman 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə