Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə60/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   56   57   58   59   60   61   62   63   ...   141

183 

 

Şakir  Şamil oğlu Salahov 



 

1966-cı il iyun ayının 15-də Xo-

calı rayonunun Cəmilli kəndində 

anadan olmuşdur. 1981-ci ildə 

Cəmilli kənd səkkizillik məktəbini 

bitirdikdən sonra, təhsilini həmin 

kənddəki qiyabi orta məktəbdə da-

vam etdirmişdir. 1984-cü ildə 

hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə  hərbi xid-

mətini müvəffəqiyyətlə başa vurub Xankəndi  şəhər 

Daxili  İşlər  İdarəsinin Mühafizə  şöbəsinə  işə  qəbul 

edilmişdir. 

1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbay-

canlıların təhlükəsizliyini təmin etmək üçün Azər-

baycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis 

bölməsi yaratmışdır.  Ş.Salahov ilk gündən bölmədə 

fəaliyyətə başlamışdır. 1991-ci ildə o, Azərbaycan 

Dövlət Pedoqoji Universitetinin Şuşa  şəhər filialında 

Fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil 

olmuşdur. 

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar 

və  Cəmilli kəndlərini mühafizə edirdi. Bu kəndi 

Xankəndindən cəmi 3 kilometr məsafə ayırırdı. 

Ş.Salahov ermənilər tərəfindən olan hücumların 

qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il 

fevral ayının 26-da ermənilər üç tərəfdən-Ballıca, 

Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli 

kəndinə güclü hucuma keçdilər. Həmin döyüşdə 

Ş.Salahov neçə-neçə erməni quldurunu məhv etmişdi. 

1991-ci il avqust ayının 23-də erməni quldurları  

 

Kosalar-Cəmilli kəndləri 



arasındakı  “Darlı” adlanan 

yerdə, içərisində 21 nəfər 

sərnişin olan “UAZ” mar-

kalı maşını atəşə tutmuşlar. 

Nəticədə üç nəfər şəhid ol-

muşdu.  Şakir  şəhidlərin 

qanını yerdə qoymadı. 

Cəmilli kəndi işğal olun-

duqdan sonra, 1992-ci il 

yanvarın 28-də o, yenidən 

Kosalar kəndinin müda-

fiəsinə yollanır. Ağdam-Şu-

sa marşrutu ilə uçan vertol-

yot ermənilər tərəfindən 

vurulur. Sərnişinlər düşmə-

nə  təslim olmamaq üçün 

özlərini vertolyotdan ata-

raq, həlak olurlar. Onların 

arasında  Ş.Salahov da var-

dı.  


Subay idi. 

Azərbaycan Respubli-

kası Prezidentinin 8 oktya-

br 1992-ci il tarixi 264 saylı 

Fərmanı ilə Salahov Şakir 

Şamil oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmiş-

dir. 

 

İyun  



 

45 illiyi 

Şakir Salahov    

1966-1992  

 

 

 



Milli 

Qəhrəman 

15 



184 

Bərdə  şəhərinin  Şəhidlər Xiyabanında dəfn edil-

mişdir. 

 

Ədəbiyyat 

 

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına 



“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Salahov Şakir Samir oğlu 

- polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və  ərazi bütövlüyünün 

qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi  şəxsi 

igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 

1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra). 

 

Əsgərov, V. Salahov Şakir  Şamil oğlu /V.Əsgərov //Azərbaycanın Milli 



Qəhrəmanları.- Bakı, 2005.-S.193. 

Nazim, N. Salahov Şakir Şamil oğlu: (1966-1992) /N.Nazim //İstiqlal ulduzları.-

Bakı, 1995.- S.151-153.    

Salahov Şakir Şamil oğlu: (1966-1992) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. 

ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.182            

         

 

 Saqibə Mehrəliyeva 

 

 



185 

 

 



20 iyun dünyada Ümum-

dünya Qaçqınlar Günüdür. 

BMT Baş Assambleyasında 

4 dekabr 2000-ci ildə bu 

günün Ümumdünya Qaç-

qınlar Günü kimi qeyd edil-

məsinə dair qətnamə  qəbul 

edilmişdir.   

Ümumdünya Qaçqınlar Günü münaqişələr nəti-

cəsində doğma yurd-yuvalarından didərgin düşənlərə 

dəstək olmaq üçün imkan yaradır. Ümumdünya 

Qaçqınlar Gününün qeyd edilməsində  əsas məqsəd 

dünya ictimaiyyətinin diqqətini bu insanların yaşa-

dıqları ağır şəraitə cəlb etməkdir.   

O vaxtdan hər ilin bu günü dünya qaçqınlarına 

dəstək və ehtiram nümayiş etdirilir. BMT-nin Ali 

Qaçqınlar  Şurasının məlumatına görə, son 7 ildə ilk 

dəfə olaraq dünyadakı qaçqınların sayı artıb, bunun 

əsas səbəbi kimi İraqda davam edən müharibə 

göstərilir.  İndiyədək  İraqı yarım milyonadək insan 

tərk edib, onların  əksəriyyəti qonşu Suriya və  İor-

daniyada məskunlaşıb.  İraqdan başqa Sudan, Somali 

və Konqo kimi ölkələrdən daha çox insan qaçqına 

çevrilir. Ümumilikdə qaçqınların dünyada ümumi sayı 

16 milyondan artıq həddə çatıb...  

Çox təəssüflər ki, indi bu mövzu biz azərbaycan-

lılar üçün də  ən ağrılı mövzulardan biridir. Ermənis-

tanın ölkəmizə təcavüzü Azərbaycana həm də bir mil-

yona yaxın qaçqın-köçkün verdi, soydaşlarımız uzun 

illər  ərzində qurduqları ev-

eşiklərindən, topladıqları 

sərvətlərindən məhrum ol-

dular, dədə-baba yurdların-

dan didərgin düşdülər, çadır 

şəhərciklərinin ümidinə 

qaldılar. Ulu öndər Heydər 

Əliyevin imzaladığı fərman 

və  sərəncamlara  əsasən 

1993-2003-cü illərdə prob-

lemin siyasi yolla həlli isti-

qamətində, qaçqın və  məc-

buri köçkünlərin mənzil-

məişət şəraitinin yaxşılaşdı-

rılması ilə bağlı genişmiq-

yaslı  tədbirlər həyata keçi-

rilmişdir. Tez bir vaxtda 

çadır  şəhərciklərinin ləğvi-

nə, yeni, müasir qəsəbələrin 

salınmasına başlanılmışdır. 

Ulu öndərin bu qayğısını 

Prezident  İlham  Əliyev də 

uğurla davam etdirir. Ölkə 

rəhbərinin qətiyyəti ilə bu 

istiqamətdə diqqətəlayiq 

tədbirlər reallaşdırıldı, çadır 

düşərgələri Azərbaycan ta-

rixindən silindi. Bu düşər-

gələri bütün infrastruktura 

 

İyun 


 

Ümumdünya Qaçqınlar Günü 

 

20 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə