179
Beynəlxalq Çaykovski müsabiqəsinin gümüş meda-
lına layiq görülmüşdür.
1994-cü ildən İstanbul Dövlət Universitetinin
Konservatoriyasının professorudur. 1996-cı ildən
professor adı almışdır. 2001-ci ildə isə “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
Xuraman Qasımova bir sıra xarici ölkələrdə Bol-
qarıstanda, Çexoslovakiyada, Maltada, Fransada,
Avstriyada, Norveçdə, Türkiyədə, Finlandiyada çı-
xışlar etmişdir.
Xuraman Qasımova hal-
hazırda öz şərəfli sənət
yolunu yorulmadan sevə-
sevə davam etdirir. O, ifa-
çılıq vokal ustalığı ilə vokal
yaradıcılıq sahəsində həm
respublikamızda, həm də
respublikadan kənar ölkə-
lərdə də tanınır.
Ədəbiyyat
Abdultalıbzadə, G. Xuraman Qasımova otuz illik sənət yolu /G.Abdultalıbzadə
//Musiqi dünyası.-2008.- №1-2.-S.127-130.
Bakı Musiqi Akademiyası:Yeni tədris kurslarında solo oxuyan tələbələr üçün /elmi
redaktoru Xuraman Qasımova.- Bakı, 2008.- 39 s.
Musiqini sevirəm deməklə sənətkar olmaq mümkün deyil //Paritet.-2008.-18-19
sentyabr.-S.13.
Nəcəfova, G. O ki, gözəldir /G.Nəcəfova // Mədəniyyət.- 2009.- 26 iyun.- S.4.
İnternetdə
www.anl.az
Samirə Eminova
180
Həbib Əbdülhüseyn oğlu Bayra-
mov 1926-ci il iyun ayının 14-də
Bakı şəhərində anadan olmuşdur.
Həbib Bayramov hələ kiçik yaş-
larından tara bağlanmış, sonralar
ömrü boyu onu doğma balası kimi
sinəsinə sıxaraq “oxşamış”, din-
ləyicilərin də ürəyini oxşaya bil-
mişdir. Onların evində musiqiçi olmamışdır. Atası
onun tara olan sevgisini hiss etmişdi və 13 yaşı tamam
olan günü ona tar hədiyyə almışdı. Elə həmin gün
atası onu musiqi məktəbinə, Əhməd Bakıxanovun
yanına aparmışdı.
H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun
rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında
çalışmışdır. 1943-cü ildə Asəf Zeynallı adına Orta
İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün
Həbib Bayramov həm muğamat sinfində dərs demiş,
həm də əlaçı tələbə kimi təhsil almışdır.
1949-cu ildən M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının, Azərbaycan Qastrol-konsert
Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti ol-
muşdur.
Həbib Bayramov musiqi aləmində şərəfli həyat
yolu keçmişdir. Bu yolda nə qədər uğur, sevinc, yad-
daqalan konsertlər, xarici səfərlər, maraqlı epizodlar,
təltiflər, fəxri adlar həmişə sənətkarı müşayiət etmiş-
dir.
İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə ol-
muşdur. O, Berlində keçirilən tələbələrin üçüncü
ümumdünya festivalında
iştirak etmiş, festivalın lau-
reatı adına layiq görülmüş-
dür. Sonralar Polşaya, Ka-
nadaya, İraqa, Suriyaya,
Yəmənə, Küveytə, İordani-
yaya, Əfqanıstana, Türkiyə-
yə, Danimarkaya, Avstriya-
ya, İngiltərəyə, Hindistana,
Nepala, İtaliyaya, İspaniya-
ya, Fransaya qastrol səfər-
ləri etmiş, Azərbaycan mu-
siqisini, Azərbaycan tarını
həmin ölkələrdə bir daha
sevdirmiş, şöhrətləndirmiş-
dir.
Həbib Bayramov həm də
gözəl saz ifaçısı olmuşdur.
Onun sazda ifa etdiyi
“Segah”, “Humayun”, “Ba-
yatı-Qacar” muğamları ra-
dionun qızıl fondunda sax-
lanılır.
1973-cü ildən ömrünün
sonunadək Azərbaycan
Dövlət Televiziya və Radio
Verilişləri Komitəsinin
Əhməd Bakıxanov adına
Xalq Çalğı Alətləri ansam-
blının bədii rəhbəri olmuş-
İ
yun
85 illiyi
H əbib Bayramov
1926-1994
Tarzən
14
181
dur. 1983-cü ildə o, Azərbaycanın Xalq artisti adına
layiq görülmüşdür.
Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adı-
gözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəz-
ban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev,
Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimo-
va kimi sənətkarları tarda müşayiət etmişdir.
Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə daim
fərqlənmişdir. Repertuarında “Rast”, “Şur”, “Çahar-
gah”, “Segah”, “Xaric se-
gah”, “Orta mahur” və di-
gər muğamlar əsas yer tut-
muşdur.
Görkəmli tarzən Həbib
Bayramov 15 avqust 1994-
cü ildə Bakı şəhərində vəfat
etmişdir və ikinci Fəxri Xi-
yabanda dəfn olunmuşdur.
Ədəbiyyat
Bayramov Həbib Əbdülhüseyn oğlu //Müğam ensiklopediyası.-Bakı, 2009.- S.39.
Bayramov Həbib Əbdülhüseyn oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası.-Bakı,
2008.- S.33.
Samirə Eminova
182
Hər il iyulun 14-ü Ümumdünya
Donor Günü kimi qeyd olunur.
14 iyun, həm də 1930-cu ildə
qan qruplarını kəşf etdiyinə görə
Nobel mükafatı almış Karl Lan-
şteynerin anadan olduğu gün-
dür. Məhz Lanşteyner “ABO”
qan sistemini kəşf etmişdir ki, bundan sonra donordan
xəstəyə qan köçürmək mümkün olmuşdur. Ölkəmizdə
14 iyun Ümumdünya Donor Günü kimi ilk dəfə 2004-
2005-ci illərdə qeyd olunub. Ölkədə qana olan ehti-
yacı ödəmək məqsədi ilə Mərkəzi Qan Bankı fəaliyyət
göstərir. Hər il keçirilən aksiyalarda donor olmaq
istəyənlərin sayı isə getdikcə artır. Donorluq həm də
xeyirxahlıq, hümanizm, həmrəylik deməkdir. Qan
vermək insan həyatını xilas edir və insan sağlamlığına
kömək edir. Həmin xeyirxah insanlar - qan donor-
larıdır. Qan donoru olmaq üçün ən yaxşı vaxt yaz-
payız ayları hesab olunur. Qan verən insan isə zərər
çəkmir. Əksinə qan hüceyrələri təzələnir və aktivləşir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ildə
keçirilən Baş Assambleyasında, bütün üzv ölkələrinin
Səhiyyə nazirlərinin iştirak
etdiyi bir tədbirdə, qərara
alınmışdır ki, bütün ölkələr
qan ehtiyaclarının 100%
könüllü donor qanı ilə ödə-
nilməsinə çalışmalı və bu-
nun üçün tədbirlər görməli-
dir. Məhz bundan sonra öl-
kəmizdə “Qanın, qan kom-
ponentlərinin donorluğu və
qan xidməti haqqında” yeni
qanun qəbul olundu (3
may, 2006-cı il), Qan Bankı
təmir edildi və təkmilləşdi-
rildi və “Qan xidmətinin
təkmilləşdirilməsi, qan do-
norluğunun inkişafı” məq-
sədilə 10 illik proqram
(2005-2010) qəbul olundu.
Hazırda həmin proqramın
icrası həyata keçirilməkdə-
dir.
Ədəbiyyat
“Qan ver, yaşat”: İyunun 18-də Ümumdünya Donor Günü ilə bağlı keçirilən
mərasimin devizi belə idi //Azərbaycan.- 2009.- 20 iyun.- S.5.
İnternetdə
www.az.trend.az
www.bizimyol.az
Adilə Abdullayeva
İyun
Beyn əlxalq Qan Donor Günü
1930
14
Dostları ilə paylaş: |