Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə108/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   104   105   106   107   108   109   110   111   ...   147

Filologiya məsələləri, 2017 
 286
Uşaqlar ana dilinin zərifliyini, incəliyini, saflığını  və gözəlliyini lap körpə-
likdən anlamalıdır. Analar dilin gözəlliyini beşik başında oxuduqları laylalar, 
bayatılar, əzizləmələr vasitəsilə uşağın ruhuna hopdurur. Anaları tərəfindən 
körpələrinə oxunan bu həzin nəğmələrdən bir neçəsinə diqqət yetirək. 
 
 
  Laylay 
dedim 
doyunca, 
 
 
 
 
Baş yastığa qoyunca. 
    Pardaxlan 
qızıl gülüm, 
 
 
 
 
Bir iyliyim doyunca   (5 s. 306). 
 
    Laylay 
dedim, 
can 
dedim, 
    Yuxudan 
oyan 
dedim. 
 
 
 
 
Sən yuxudan duranda, 
 
 
 
 
Canımı qurban dedim. 
 
Balam laylay, a laylay, 
Körpəm, laylay, a laylay (1, s. 375-376).  
 
Laylalar, oxşamaları həmçinin beşik nəğmələri də adlandırılır. “Beşik 
nəğmələrindəki ahəng və ritmlərdə milli düşüncənin ilkin notları vardır. Bu 
nidalar altında tərbiyələnən körpələr hələ gözünü açmamış, qəhrəmanlıq, 
saflıq, doğruçuluq, düzgünlük kimi dəyərlər sisteminin sədaları altında 
böyüyür, bu səslər sistemi uşaq xarakterini formalaşdırır” (8, s.12). Bir sözlə 
uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, anaların 
şirin laylası ilə uyuyur, nənələrin, xalaların, bibilərin həzin mahnısı ilə 
əzizlənir, onlara xoş gələn duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və 
beləcə  həyatda mənəvi nemətlərdən ilk payını alır. Qeyd etdiyimiz hər bir 
folklor nümunəsi uşağın milli ruhda böyüməsinə xüsusi təsir edir. Beləliklə 
uşaqlar yaşa dolduqca folklorun digər nümunələri ilə  də tanış olur, onlarla 
qidalanır.   
Saf, təmiz ana dilinin öyrənilməsi prosesində məktəbəqədər uşaqların 
və ibtidai sinif şagirdlərinin intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi 
vacib problem kimi diqqəti cəlb edir. İbtidai sinif şagirdlərinin intellekt 
qabiliyyətlərini, nitq və  təfəkkürünü inkişaf etdirən “Ana dili” fənni digər 
fənlərin öyrənilməsinə də güclü təsir göstərir.  
Bu gün təhsilimizin yeniləşməsini tələb edən mühüm amillərdən biri 
də  fənlərin həddindən artıq çoxalmasıdır. Bu fənlərin tədrisi  şagirdlərin 
dünyagörüşünün artmasına, məntiq baxımdan inkişafına hədsiz təsir edir. 
Uşaqların yaxşı formalaşmasında bu fənlərin tədrisi zamanı folklor 
nümunələrinin yer almasının da önəmi çoxdur. Folklor həm də  uşaqların 
hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına böyük 


Filologiya məsələləri, 2017 
 287
təsir edir. Həmçinin “Hər bir folklor nümunəsi estetik zövqün inkişaf 
etdirilməsinə xidmət göstərir” (2, s. 302). 
Uşaq ana dilini öyrənməyə ana laylası ilə başlayır və biz bilirik ki, 
“Laylanın estetik gözəlliyi onun lirizmində, poetikasındadır, ifadə etdiyi 
mənəvi dəyərlərlə ölçülür” (2, s. 302). Bununla yanaşı uşaqlar paralel olaraq 
folklorumuzu da öyrənir. Onun beynində, ruhunda vətən sevgisi yaranır və 
elə də böyüyür. Hətta məktəbəqədərki dövrdə, yəni uşaqlar məktəbə gələnə 
qədər kifayət qədər  şeirlər  əzbərləyir, nağıllar öyrənirlər. Bu biliyə malik 
olan uşaqlar məktəbə böyük bir həvəslə  gəlirlər. Amma bəzi hallarda bu 
həvəsi uşaqlarda inkişaf etdirmək yerinə körpələrin poeziyaya olan marağını 
konkret bir qəlibə salır, onu məhdudlaşdırırıq. Bunun nəticəsi olaraq dünən 
şeirləri, nağılları,  əfsanələri, tapmacaları çox asanlıqla  əzbərləyən, öyrənən 
bir uşaq birdən-birə passivləşir. Məktəbə  qədər uzun-uzadı foklor 
nümunələrini birnəfəsə deyən balacalar sanki çevrilib başqa uşaq olur. 
Doğma diyardan-foklor dünyasından azad bir dünyadan başqa 
(çərçivələnmiş) bir aləmə düşür. Bunu əksinə inkişaf etdirmək lazımdır. Bu 
da ibtidai sinif müəllimlərinin üzərinə düşür. Yəni poetikanın  əsas 
xüsusiyyətlərini öyrətmək üçün müəllim özü bir ədəbiyyatşünas kimi onun 
ən incə xüsusiyyətlərini dərk etməli və ibtidai siniflərdə  tədris prosesində 
folklorla bağlı dərslərin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşmalıdır. 
İbtidai siniflərdə folkloru şagirdlərə elə  mənimsətmək lazımdır ki, 
şagird keçmişini, folklorunu hər zaman yaddaşında saxlasın. Folklorumuz 
özü bir tərbiyədi. Uşaqlara folkloru ilk olaraq laylalarla öyrətməyə 
başlayırıq. Sonra bu genişlənir,  əzizləmələr, oxşamalarla, nağıllarla, 
tapmacalarla və digər folklor nümunələrilə davam edir. Müəllim  şagirdlərə 
həm folklor nümunələrini, həm folklor oyunlarını öyrətməli, həm də 
məktəbə qədər öyrəndiklərini təkmilləşdirməlidir. Demək müəllimin üzərinə 
böyük məsuliyyət düşür. Müəllim şagirdə folkloru əzbər formada deyil, onu 
dərk edərək öyrətməklə daha yüksək nəticə əldə edə bilər. İbtidai siniflərdə 
uşaq folkloruna nə  qədər geniş yer verilsə bir o qədər yaxşıdır. Həmçinin 
dərsdən sonra sinifdənxaric tapşırıqlarda da folklorun öyrənilməsinə geniş 
yer ayrılmalıdır. Xalqın keçmişindən bu gününə kimi davam edən folklor 
nümunələri indiki şagirdlərə öyrədilməlidir ki, gələcək nəsillərə aparılsın. 
Müəllim şifahi xalq ədəbiyyatını nə qədər mükəmməl bilsə, şagirdlərə bir o 
qədər yüksək səviyyədə tədris və təbliğ edə  bilər. 
 Şagirdlərə folkloru dərindən mənimsədilməsinin  əsas və yüksək 
keyfiyyətlərindən biri ondadır ki, sabah uşaq böyüyəndə  hər hansısa bir 
xalqın nümayəndələri Azərbaycan folklor nümunələrini öz adına istifadə 
etsə, o, onun yanlış olduğunu bilib, buna etiraz edə biləcək.  Əgər  şagird 
bilməsə ki, bu folklor nümunəsi Azərbaycan folkloruna aiddi ya yox, onda 
keçmişimizi özününküləşdirmək istəyən xalqlardan qoruya bilməz. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə