Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə132/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   128   129   130   131   132   133   134   135   ...   147

Filologiya məsələləri, 2017 
 347
nizamlı ləff və nəşr ( mürəttəb) adlanır”  (7,78)
 
   Nədimin aşağıda verilmiş  
beyti nizamlı ləff və nəşr ikinci misradaki növünə gözəl nümunədir. 
                        Baxın o şux  ilə  naz u niyaza məşq  edəriz 
                        Gülün  təbəssümünə  bülbülün təranəsinə. ( 1, 337) 
 Beytin birinci misrasında “naz” sözünün qarşılığı ikinci  misradakı 
“gül” ilə; yenə birinci misrada yer alan “niyaz” sözünün qarşılığı isə beytin 
ikinci  misrasındaki  “bülbül” sözü  ilə verilmişdir. 
Nümunədən də gördüyümüz kimi, nizamlı    ləff və  nəşr bədii təsvir 
vasitəsi  beytin ilk misrasında istifadə edilən sözlərin sırası ikinci misradakı 
qarşılığı  olan    sözlərin sırası paralel verilir.  Nizamsız ləff və  nəşr (leff ü 
nəşri qayri mürəttəb)  növündə  isə bu sıra çarpaz şəkildədir.  
                         Şəm olmaz isəm bezminə bu suz ilə bari 
                         Dərgahına bir məşəli rövşən olsam.  ( 2,312) 
Nədim bu beytində nizamsız ləff və  nəşr növündən istifadə etmişdir. 
Çünki  beytdə “şəm-məşəl”, “bezim-dərgah”, “suz-rövşən” şəklində sıralanış  
sərgilənmişdir. Göründüyü  kimi,  sözlərin beyt içindəki yerləri sira ilə deyil  
qarışıq,  çarpazlaşmış şəkildə verilmişdir. 
Məlumdur ki, divan  şairləri öz sənətkarlıq hünərlərin nümayiş 
etdirmək  üçün bu  iham ilə tövriyyə poetik vasitələrindən istifadə etmişdilər. 
Bədii ifadə  vasitələri içində  ən çox mübahisə doğuran və bir neçə poetik 
fiqurla qarışdırılan  iham sözü ərəb  dilindədir  və sözün uzaq mənasını ifadə 
etməkdədir.  Bu poetik  vasitə ilə  əlaqədar  ədəbiyyatşünas  alimlərin  
müxtəlif  fikirləri  mövcuddur.  “Əski Türk Ədəbiyyatı” adlı kitabda verilən 
məlumata  əsasən, bütün ədəbiyyat nəzəriyyəsi kitablarında tövriyyə, iham, 
istihdam başlığı altında verilən  nümunələrin belə qarışdırıldığını, xüsusilə 
iham ilə istihdamın təriflərinin belə eyni olduğunu müşahidə edirik. Bu üç 
anlayışın eyni olduğunu  nəzərə alaraq, tamamilə toyriyyə  bədii ifadə 
vasitələri  ələ almanın daha doğru olduğu
 
  qənaətindəyik. (6, 283) “Klassik 
şərq poetikası” adlı kitabda da iham ilə tövriyyənin eyni ifadə vasitələri 
olduğu qeyd edilmişdir. (7,74) Görkəmli  ədəbiyyatşünas Əhməd Kabaklı da 
“Türk  ədəbiyyatı”  adlı kitabında bu iki poetik fiquru (iham ilə tövriyyə)  
eyni  sənət  kimi dəyərləndirmişdir. (4,204)  Beləliklə, bir beyt və ya misra 
içində birdən  çox  mənası  olan  hər hansı sözün uzaq  mənasını  işarə etmək 
tövriyyə    sənətidir. Bu sözün lüğəti mənası “örtmək, bir şeyi  arxaya  
atmaq”dir. Bu sənətlə yazılan nümunələrdə  şairin söyləmək istədiyini 
qavramaq, başa düşmək üçün oxucudan iti  zəka və xüsusi  qabiliyyət  tələb  
olunur.  Nədimin də  divanında bu sənətə aid nümunələrə  rast  gəlirik.  
                       Çeşmanının  öyrənsəm  o kafircə nigahın 
                        Bir  lahza Nədimi nigehi pür-fənin olsam. ( 2,312) 
Şair sevgilisinə xitabən, “Gözlərinin kafircə baxışını  öyrənsəm də, bir 
an o  hünərli baxışınla həmsöhbət olsaydım” deyir. Bu beytdə “Nədim”  sözü  
həm  şairin öz adı, həm də bu sözün lüğəti mənasıyla (nədim- dost, məclis 
dostu, həmsöhbət) istifadə edilmişdir. Beləcə,  şair bu beyti yazarkən, iham 
(toyriyyə) poetik kateqoriyasından faydalanmışdır. 


Filologiya məsələləri, 2017 
 348
Nədim yaradıcılığında rast gəldiyimiz bədii ifadə vasitələrindən biri də 
təlmihdir. Azərbaycan  ədəbiyyatı tarixində  nəzəri cəhətdən izah edilməyən 
təlmih,  həm klassik şairlərimiz, həm də türk divan şairləri tərəfindən tez-tez 
müraciət  edilmiş bir poetik  kateqoriyadır. “Təlmih”  ərəb dilində  bir söz 
olub “göz ucuyla  nəzər yetirmə” mənasını ifadə edir. Təlmih, hər kəsə 
məlum olan bir əfsanəyə,  tarixi hadisəyə, ayəyə, hədisə, hər hansı bir inanca 
işarət etmə  sənətidir. “Divan  ədəbiyyatında Süleyman, Yusif, Musa, İsa 
kimi peyğəmbərlər və onların möcüzələri; Leyli-Məcnun, Fərhad-Şirin kimi 
məhəbbət qəhrəmanları və  əfsanələri; Nəsimi, İbrahim Ədhəm kimi vəlilər 
və  mənkəbələri; adət və ənənələr  və s. təlmih mövzuları geniş yayılmışdır”
 
(8,153). 
                Cila  vermiş isə ayinəyi İskəndərə Risto 
                         Mənim  sən saykalı  ayinəyi rəyi savabımsan. ( 2, 77) 
         Beytdə adı keçən Risto (Aristotel), bizim eradan əvvəl Makedoniyada  
Böyük İskəndər zamanında yaşamış məşhur yunan filosofudur. Qaynaqlarda 
verilən  məlumatlara  əsasən,  Makedoniyalı  İskəndərin müəllimi, atasının 
dostu və eyni  zamanda sadiq müşavir olmuşdur.  İskəndərlə  olan  
münasibətləri saysız - hesabsız rəvayətlərə mövzu olmuş  və bundan da bir 
çox divan şairləri faydalannmışdır. Şairin qəsidəsindən aldığımız bu beytdə 
“Aristotel  İskəndərin güzgüsünə necə  parlaqlıq veribsə, sən də, mənim 
doğru fikirlərimin güzgüsünün cilasısan” - deyərək, Aristoteli xatırlatmış və 
bu vəsilə ilə təlmih poetik vasitəsini yaratmışdır. 
                                 Əsdikcə  badı sübh pərişansan  ey  könül 
                                 Bənzər  əsiri  turrayı canansan  ey  könül. ( 2, 308)                          
         Nümunə    gətirdiyimiz  şeir  parçasında  şair “Ey  könül ” müraciət 
vasitəsiylə   bədii xitab sənəti yaratmışdır.  Ey  könül, səhər küləyi əsdikcə 
pərişan olursan. Çünki səhər küləyi  şairə sevgilisinin telinin qoxusunu  
gətirir.  Onu da qeyd edək ki, bədii xitab poetik kateqoriyasına Nədimin 
yaradıcılığında genış yer  verilmişdir. O,  şeirlərində “behey zalım”, “ey 
Nədim”,  “Nədima”, “ey  hünərli  Nədim”,  “ey qönçə ağızlım”, “ey bərraq 
gövhərə  bənzəyən  şərab”, “ey Nədimin qələmi”  və s. xitablardan istifadə  
edərək  əsərin emosional  təsirini  artırmış    və    məna  çalarlarını 
qüvvətləndirmişdir. 
Divan şairləri gözəl söz söyləməyə, sənətli, bəzəkli misralar yazmağa  
meyilli  olduqlarından bəzən bir beyt içində bir neçə poetik kateqoriyaya aid 
nümunələrə  rast    gəlirik. Nədimin də divanında belə beytlər çoxluq təşkil 
edir.  
                      Əlin  qoy  sineyi - billurarəhm  et aşiqə  zira 
                               Bəyaz   üzrə bizim də pəncəyi  fərmanımız vardır.  ( 2, 
272)    
       Bu beytdə “əlini qoy sineyi- billura” (əlini billur kimi parlaq olan sinənə 
qoy) ifadəsi “insaf et” mənasında istifadə edilmişdir. Bu ifadə ilə şair kinayə 
poetik vasitəsini meydana  gətirmişdir. Bildiyimiz  kimi, aralarında bənzərlik 
əlaqəsi olan  məfhumların birinin digərinə bənzədilməsi ədəbiyyatşünaslıqda 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə