Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə13/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   9   10   11   12   13   14   15   16   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

31



ilə  bağlı  araşdırmalar  aparsa  da,  mexaniki  olaraq  Darvin  nəzəriyyəsinin 

təbiətin inkişaf qanunlarından dilə keçdiyini vurğulayır (3, 219-220). Sözsüz 

ki, bu kimi həm yanlış, həm də “zərərli” bir fikir problemin həlli yolu hesab 

edilə bilməz. H.Şperber və H.Şuxardt kimi dilçilər söz mənasının dəyişmə-

sini  predmet  və  məfhumların  dəyişməsi  ilə  əlaqədar  olaraq  izah  etməyə 

çalışırlar.  Bununla  belə  H.Şperber  söz  mənasının  dəyişməsi  hadisəsini 

izləmək üçün əşyanın və predmetin tarixini öyrənməyin vacibliyini əsas he-

sab edir və söz mənasının dəyişməsində hər şeydən əvvəl kontekstin rolunu 

yüksək dəyərləndirir. Eyni zamanda, hər iki dilçi zənn edir ki, daha çox güc, 

emosionallıq, affekt, yəni şiddətli həyəcan ifadə edən sözlər uzunömürlü və 

dəyişməz olur. Onların fikrincə, söz mənasının dəyişməsinin əsas amillərin-

dən biri kimi onların müxtəlif hiss və psixi hadisələri ifadə etməsində görür-

lər  (8,  28-31).  Bizim  fikrimizcə,  istər  H.Şperberin,  istərsə  də  H.Şuxardtın 

konsepsiyası  özündə  həm  bioloji,  həm  də  psixoloji  xüsusiyyətləri  cəmləş-

dirdiyi üçün, onlar ünsiyyət vasitəsi kimi dilin dəyərini artıq dərəcədə kiçil-

dirlər.  Lakin  diaxron  dilçilik  materiallarına  əsasən  dildə  gedən  proseslər 

cəmiyyətin  müxtəlifsəpgili  inkişafı  ilə  əlaqədar  olaraq  lüğət  tərkibinin 

dəyişməsini xalqın iqtisadi, siyasi və mədəni həyatı ilə bağlı olduğunu aşkara 

çıxarır. Xalqın həyatı ilə bağlı yaranan əşya və hadisələr dildə mövcud olan 

sözlərin  yeni  məna  çalarlarının yaranmasını  və yaxud  onların  yeni  sözlərlə 

adlandırılmasını tələb edir.  

Söz mənasının dəyişməsi, yəni sözün semantik həcminin daralması, 

genişlənməsi, yaxşılaşması və pisləşməsi dilçilərin daim diqqət mərkəzində 

olmuşdur.  Belə  ki,  dilin  cəmiyyətlə  əlaqəli  inkişaf  prosesində  semantik 

həcminin-  ümumidən  xüsusiyə,  mücərrəddən  konkretə  və  yaxud  əksinə 

dəyişməsi  baş  verir.  H.Kronasser  söz  mənasının  dəyişməsinin  ekstralinqvistik 

və intralinqvistik səbəblərini dilin ictimai inkişafının yeni məfhumlar yaradacaq 

hərtərəfli aspektləri ilə bağlı olduğunu, dildə sözlərin mənasının yaxşılaşması, 

pisləşməsi, sözün mənasının daralması və  genişlənməsi  ilə izah  edir  (5,  192). 

Təbii ki, sözün mənasının daralması onun işlənmə dairəsinin məhdudlaşmasına 

təsir  edən  amillərdəndir.  Məsələn,  alman  dilində  Kunst  isminin  genetik 

baxımdan können(q.a.d. kunnan) feili ilə bağlılığı və bacarıq, məharət, qabiliy-

yət,  sənət,  fənn,  hünər  mənalarını  özündə  ehtiva  etməsi  aşağıdakı  mürəkkəb 

sözlərdə hələ də qalmaqdadır: die Heilkunst, die Lebenskunst, die Staatskunst, 

die  Kriegskunst,  die  Kartenkünste,  die  Toilettenkünste;  der  Kunstgriff  (kələk, 

hiylə, biclik), der Kunstmaler (rəssam, nəqqaş), der Kunststoff (plastik maddə), 

das Kunstwerk (bədii əsər, incəsənət əsəri), die Kunstseide (qondarma ipək), die 

Kunstschätze (dəyərli incəsənət əsərləri) və s. Hal-hazırda Kunst isminin məna 

həcmi  daralaraq  iş  fəaliyyəti  prosesində  qazanılan  estetik  zövq,  gözəl  hünər 

mənasında işlənir.  




Filologiya məsələləri, № 15 2017 

 

32



Həmçinin  alman  dilində  Hochzeit  sözü  (o.a.d.:  hochzit)  ilk  əvvəllər 

Fest –bayram mənasında işlənmiş və tədricən kəbin, nigah bağlanması kimi 

məhdud  məna  kəsb  etmişdir.  O  cümlədən  də,  Ehe  (o.a.d.:  ewe)  –  qanun, 

qanuni müqavilə mənasında işləndiyi halda, həmin söz müqavilənin xüsusi 

bir növü--nigah müqaviləsi kimi işlənməkdədir. Alman dilində geniş şəkildə 

işlənən,  hətta  alınma  söz  kimi  digər  dillərdə  işlənməkdə  olan  Gast  ismi 

(o.a.d.:  gast)  ilk  əvvəllər  yadelli,  qərib,  bu  gün  isə  dəvət  olunmuş  qonaq 

mənasında  işlənir.  Ümumən  Gast  sözünün  ilkin  məna  çalarları  aşağıdakı 

sözlərdə  qalmışdır:  der  Fahrgast  (sərnişin),  das  Gasthaus  (müsafirxana, 

kiçik hotel, qonaq evi), der Kurgast ( müalicə üçün gələn xəstə), der Gastar-

beiter  (mühacir  fəhlə,  xarici  ölkədən  gələn  fəhlə),  das  Gästebuch  (fəxri 

qonaqlar  kitabı,  rəy  kitabı),  das  Gastzimmer  (qonaq  otağı),  der  Gasthof 

(mehmanxana), der Gasthörer (universitetdə qonaq dinləyici), das Gastmahl 

(ziyafət,  qonaqlıq),  die  Gastronomie  (  qastronomiya),  der  Gastwirt  ( 

mehmanxana sahibi) və s.  

Ümumiyyətlə  sözün  semantik  həcminin  daralması  onun  əvvəlki 

mənasının  itməsi,  tədricən  dildən  uzaqlaşması  və  yalnız  bir  mənasının 

məhdudlaşması ilə qorunub saxlanılır.  

 Yuxarıda  verilən  nümunələrdən  göründüyü  kimi,  sözün  mənasının 

genişlənməsi  onun  semantik  həcminin  xüsusidən  ümumiyə,  konkretdən 

mücərrədə  dögru  inkişafının  nəticəsi  kimi  xarakterizə  oluna  bilər.  Sözün 

mənasının  genişlənməsi  prosesində  məfhumun  əsasını  təşkil  edən  obyektiv 

(əməli)  mənası  isə  dəyişməz  qalır.  Sözün  mənasının  genişlənməsinə  onun 

işlənmə sahəsinin şaxələnməsi səbəb olur. Məsələn, alman dilində Öl sözü ( 

q.y.a.d.: oli, o. a.d. öl, latın dilində oleum), ilk əvvəllər zeytun yağı, bu gün 

isə  müxtəlif  yağ  növlərini,  neft  mənasını  özündə  ehtiva  edir.  Öl  sözünün 

işləndiyi  mürəkkəb  sözlərə  nəzər  yetirsək,  onun  semantik  məna  həcminin 

xüsusidən ümumiyə döğru genişləndiyinin bir daha şahidi ola bilərik. Məs.: 

der Ölbaum (zeytun ağacı), die Ölfarbe (yağ boyası), die Ölkatastrophe (neft 

fəlakəti, neft faciəsi), die Öllampe (qəndil), die Ölleitung (neft kəməri), der 

Ölofen  (neft  peçi),  das  Ölpapier  (yağlı  kağız),  der  Öltank  (neft  çəni),  der 

Ölteppich (neft qatı, neft layı), der Ölwechsel (yağ dəyişmə), die Ölquelle (neft 

mənbəyi) və s.  

Ferien  ismi  (lat.  feriare)  ilk  əvvəllər  məhkəmə  orqanlarında  bayram, 

bayram günləri mənasında işləndiyi halda, sözün semantik həcmi genişlənərək, 

bu  gün  orta,  ali  məktəblərdə  məzuniyyət,  ümumən  tətil  mənasında  işlənmək-

dədir.  

Ümumiyyətlə,  sözün  semantik  həcminin  genişlənməsi  və  daralması 

alman  dilinin  lüğət  tərkibini  əsasən  keyfiyyətcə  zənginləşdirir,  nümunələrdən 

göründüyü kimi, dildə yeni sözlər yaranmır, əksinə dildə mövcud olan sözlərin 

semantik həcmi, məzmunu dəyişərək onların məna invariantları yaranır. Bəzi 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə