Адил
Ъямил
178
DAĞLARA BAHAR GƏLİB
Torpağın
ömrünə yol gələn bahar
Qış köçən yerlərdə üzə çıxıbdır.
Ətirli çəmənin, şehli çəmənin
Yaşıl «dalğaları» dizə çıxıbdır.
Bulaqlar su verdi görüşən kimi,
Çoban fikirliydi, sürü şən kimi…
Cığırlar
zirvədən sürüşən kimi
Dərədən tullanıb düzə çıxıbdır.
Quşqonmaz zirvədən baxdım izimə —
Zirvənin qartalı dedim özümə.
Burda bir bulaq da dəydi gözümə,
Dağlar gülümsədi: «Təzə çıxıbdır…»
1977
Сечилмиш ясярляри
179
BİR QADININ GİLEYİ
Vurulmuşdum mən ərimin
Gəlirinə, daşbaşına.
Daş-qaşa qurban gedənin
Kül ağlına, daş başına.
Utanıb, ölüb, itmədi,
Bu keçəl «suya getmədi»,
Bircə yol əsər
etmədi
Dolu başlar boş başına.
Baxma boyu bir tikəydi,
Yeriyəndə lap təkəydi…
Göydən fələk daş tökəydi
Bu başsızın kaş başına.
Gəldi zaman, yetdi vədə,
Dedim ki,
ol möhkəm, ədə!
Qapaz saldım məhkəmədə
Tər axıdan yaş başına.
Dedim: «Beş il son payındır,
Rüşvət alan ər xayındır…»
İndi boşdur, arxayındır
Məktub yazır boş-boşuna…
1983
Сечилмиш ясярляри
181
SƏNİ TANIYIRAM
Qeyrətdən danışan qeyrətsiz oğlan,
Ömrünə-gününə bələdəm sənin.
Havayı kükrəmə, qurumuş çaysan,
Səsinə, ününə bələdəm sənin.
Köksünə qısılan qışı görürəm,
Sinəndən asılan daşı görürəm.
Mən səni səndən də yaxşı görürəm -
Gizlənmiş kininə bələdəm sənin.
Vicdana and içmə, vicdanı ləkə -
Vicdan dedikləri pak qala bəlkə…
Axsaq
qoyunlara yol çəkən təkə,
Yoluna-yönünə bələdəm sənin.
Yaltaqlıq görəndə coşmasın təbin -
Sən ki, bitirmisən «yaltaq məktəbin…»
Gün kimi aydındır arzun, mətləbin -
And içmə, dininə bələdəm sənin.
Qeyrətdən dərs demə hər yetən üçün,
Söylə, neyləmisən bu Vətən üçün?
Bir xalqı satarsan bir bədən üçün -
Dabbağda gönünə bələdəm sənin…
1981
Адил Ъямил
182
BİR YALTAĞA
Özündən
yaşda kiçik,
Ağılda, başda kiçik,
Ancaq vəzifədə böyük
Birisinə yalmandı yaltaq.
Öpüb ayağından o yaltaqbazın
Asanca qəlbinə yollandı yaltaq.
Gözümün önündə kol-kos sayağı
Əyildi yaltaq.
Ayaqlar altında qara qum kimi
Döyüldü yaltaq.
Amma çıxış edib belə söylədi:
-
Yaltaq adamlara nifrət edirəm,
Düşüb qapı-qapı dilənərəm mən,
Ömrümdə belə şey eləmərəm mən…
Gün keçdi… Yenə də, elə yenə də
Yalmana-yalmana yaşadı yaltaq
«Müdir» kəlməsinin özünü belə
Min yol əzizlədi, oxşadı yaltaq.
Bu dünya üzündə nəyi vardısa
Vəzifəyə keçmək üçün
hamısından keçdi,
hətta arvadının
Namusundan keçdi…
1980
Адил Ъямил
184
GƏRƏK
(Zarafatcılın nəsihəti)
Bu indiki uşaqlara
Süddən qabaq kökə gərək.
Övlad əkmək
istəyənlər
Əvvəl taxıl əkə gərək.
Bal kimidir bala canı -
Haqqı var ki, ala canı…
Başsız bilib balacanı
Aldatmasın yekə gərək.
Eh, biz hara, oyun hara?
Əcəb düşdük oyunlara…
Bu kütbeyin qoyunlara
Bir yol bilən təkə gərək…
1979