Сечилмиш ясярляри
331
QISA TƏMSILLƏR
Faciə
İlan ağzında qurbağa
Boylanaraq sola, sağa
«Siyasi qiymət» istəyir –
İlan isə ət istəyir…
Tərbiyə
Toyuq yazıq cücəni
Var gücüylə döyürdü,
Soruşanda: - Sənə nə,
Öz balamdı – deyirdi.
Milçək düşüncəsi
Pərvanə şam eşqinə
Od tutaraq yanırdı,
Milçək uzaqdan uçub
Onu axmaq sanırdı.
Hiylənin aqibəti
Bir gün kömək istədi
Yaralanmış boz ilan
Dedilər sancmaq üçün
Uydurub yeni yalan.
Адил Ъямил
332
***
Hər budaqda bir yuva var –
Sındırmayın budaqları.
Ocaq varsa, el-oba var –
Söndürməyin ocaqları.
Hər
ürəkdə bir sevgi var,
Susdurmayın ürəkləri.
Ömrü kəsik ruhlar bilin
Başı kəsik küləkləri.
Hər ümmanda bir ada var,
Ümman adasız olmasın.
Kimsəsizdən kimə nə var,
Adam adamsız olmasın…
1986
Сечилмиш ясярляри
333
DAHA MARAQLI
İşıqlı nə varsa göz qabağında,
Kölgəli olanlar – daha maraqlı.
«Bəlkə»ni əkiblər cücərməyibdir –
«Bəlkə»li olanlar daha maraqlı.
Üzə bulud çökür, gözə çən gəlir.
Başdan başlamırmı qəlbin əngəli?..
Yol
var döngəsizdir, yol var döngəli,
Döngəli olanlar daha maraqlı.
Mən ki lal axışlı bir sısqa çaydım,
Niyə qıjıldayıb sirrimi yaydım?..
«Get-get» söyləyənin məramı aydın,
«Gəl-gəl»i olanlar daha maraqlı…
Bu ömür yoludur – döngəsiz olmur,
İşığın özü də kölgəsiz olmur…
Adam var heç yerdə yengəsiz olmur –
Yengəli olanlar daha maraqlı…
1986
Адил Ъямил
334
SƏRHƏD BOYUNDA TOY
Kimsə toy edirdi sərhəd boyunda,
Toyun işığına kənd yığışmışdı.
Baxışlar axırdı Araz çayında,
Gözlərə qəm çöküb, dərd yığışmışdı.
Bayatı çəkirdi
cavan xanəndə,
Araz ağlayırdı muğamat üstdə.
Qübarlı qocalar baxırdı kəndə,
Yüz ürək yanırdı bir murad üstdə.
Yaman yumşalmışdı sərhəd dirəyi,
Tikanlı məftillər pilə kimiydi.
Bir səda gətirdi payız küləyi –
O tayda ağlayan belə kimiydi…
Bir qəmli toy idi Araz boyunda,
Araz aralıqdan axa bilmirdi.
Ana oynayırdı oğul toyunda –
Qolları yuxarı qalxa bilmirdi…
İldırım qopurdu, şimşək çaxırdı,
Sanki dağ tərpənir, daş oynayırdı.
Bu tayın toyuna o tay baxırdı,
Ana çöhrəsində yaş oynayırdı…
Kim bilir, bəlkə də ya gəlin, ya bəy
O taylı kişinin nəvəsi idi…
Bəlkə də mağarı tərpədən külək
Babanın dualı nəfəsi idi.
O taydan bu toyu görməmək çətin –
Gözlər bu sahilə dikili imiş…
İkiyə ayrılan
bir məmələkətin
Sən demə toyu da ikili imiş…
Beyləqan, 1988
Адил Ъямил
336
GÖYƏRƏCƏK FƏRMAN YOLU
Dünyamızdan vədəsiz köçən gözəl insan,
istedadlı yazıçı Fərman Kərimzadənin əziz xatirəsinə
El üçün ağlayan gözüm,
Xalq üçün çağlayan sözüm,
Sürünərəm dizin-dizin
Bu ayrılıq düzlərində.
Kim demişdi «yan vətənə» -
Qurban etdin can vətənə.
Qərib getdin son vətənə –
Qürbət yaşı gözlərində.
Kür üstündən kürünsək də,
Araz boyu sürünsək də,
Parçalanıb bölünsək də
Birləşmişik sözlərində.
Ürək adlı «sarı simin»
Dərdini ağladı kimin?
Təmiz uşaq təbəssümün
Uşaqların üzlərində.
Son
yuxuda sən gülürdün,
Şax qəddimiz bükülürdü…
Gözündən yaş tökülürdü
Ürəyi daş kəslərin də…
…Gözləyəcək xırman yolu,
Darıxacaq orman yolu.
Göyərəcək Fərman yolu
Yurda qalan izlərində.
1988