Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı)
(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)
(34)
6 Maliyyə risklərinin idarə edilməsi (davamı)
Maliyyə risk amilləri (davamı).
2012
Məzənnənin dəyişməsi
(+/-)
Vergidən sonrakı
mənfəətə təsir
ABŞ DOLLARI /AZN
3.82%
(15)/15
YAPON YENASI /AZN
5.65%
(6)/6
AVRO/AZN 11.49%
(15)/15
YTL/AZN 21.46%
-/-
ABŞ DOLLARI /YTL
10%
(68)/68
ABŞ DOLLARI/LARİ 5.39%
(5)/5
Qrupun bütün digər valyutalar üzrə məzənnə dəyişikliklərinə məruz qalması riski əhəmiyyətli deyil.
(ii) Malların qiymət riski
Qrup neft bazarındakı qiymət dəyişikliklərinə görə müəyyən qiymət riskinə məruz qalır. Riski nəzərə alaraq
Qrupun rəhbərliyi neft qiyməti riski və onun azalması ilə əlaqədar riskin idarə edilməsi strategiyasını tərtib və
tətbiq etmişdir.
Neft alqı-satqısına dair proqnozlara əsaslanaraq Qrup qiymətləri fyuçers, satış razılaşmaları, opsionlar və
kontraktlar vasitəsilə fərqlər üçün hecləyir.
Aşağıda təqdim edilən həssaslığın təhlili 31 dekabr 2013-cü il tarixinə mövcud olan törəmə qiymət riskinə
əsaslanır. Cədvəldə göstərildiyi kimi, bütün digər göstəricilər sabit qalmaq şərti ilə neftin gələcək qiymətləri
dəyişərsə, hecinq uçotunun təsirindən sonra vergidən sonra mənfəət və kapital (xalis mənfəətin təsiri istisna
olmaqla) aşağıdakı kimi olacaq:
İlin sonuna qiymətdə fərq
Vergidən
əvvəl mənfəətə təsir Kapitala
təsir
2013
5%/(5%) (1)/1 (1)/1
2012
5%/(5%) (6)/6 (6)/6
(iii) Faiz
dərəcəsi riski
Qrup dəyişkən faiz dərəcəli maliyyə öhdəlikləri üzrə faiz dərəcəsi riskinə məruz qalır. Bu riskin azaldılması
məqsədilə Qrupun rəhbərliyi cari faiz dərəcəsinin müntəzəm təhlilini aparır və bu təhlildən asılı olaraq
rəhbərlik maliyyələşməni sabit və ya dəyişkən dərəcə əsasında əldə edilməsinin daha əlverişli olub-
olmamasına dair qərarı qəbul edir. Cari bazarda sabit və ya dəyişkən faiz dərəcəsi ilə baş vermiş dəyişiklik
əhəmiyyətli hesab edildiyi təqdirdə rəhbərlik müəyyən borcun daha əlverişli faiz dərəcəsi ilə yenidən
maliyyələşdirməsini nəzərdən keçirə bilər.
Faiz dərəcələrində dəyişikliklər əsasən borc öhdəliklərinin ədalətli dəyərinə (sabit faizli borclar) və ya gələcək
pul vəsaitlərinin hərəkətinə (dəyişkən faizli borclar) təsir edir. Rəhbərlik Qrupun
risklərinin sabit və ya
dəyişkən faiz dərəcələri üzrə təsirini müəyyən etmək üçün rəsmi siyasətinə malik deyil. Lakin, yeni borc
öhdəliklərinin cəlb edilməsi zamanı rəhbərlik ödəniş tarixinədək gözlənilən müddət ərzində həmin borc
öhdəlikləri üzrə sabit və ya dəyişkən faiz dərəcələrindən hansının daha əlverişli olacağına dair qərar qəbul
etmək üçün öz mülahizələrindən istifadə edir.
Faiz hesablanan öhdəlik və aktivlərin əksəriyyəti üzrə dəyişkən faiz dərəcəsi Qrupu, əsasən LİBOR-un
dəyişməsinə görə, faiz ödənişlərinin və gəlirlərinin dəyişməsinə məruz qoyur.
Kreditlər və borc öhdəlikləri üzrə ödəniləcək və alınacaq faiz dərəcələrindəki mümkün dəyişikliklərə qarşı
həssaslıq təhlili aşağıdakı cədvəldə əks etdirilir.
Kreditlər və borc öhdəlikləri, kreditlər üzrə alınacaq
məbləğlər çıxılmaqla
Baza dərəcələrində
artım/azalma
Vergidən sonra
mənfəətə təsir
2013
+3/-3 0.5/(0.5)
2012
+5/-5 0.8/(0.8)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı)
(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir)
(35)
6 Maliyyə risklərinin idarə edilməsi (davamı)
Kredit riski və kredit risklərinin konsentrasiyası. Kredit riski qarşı tərəfin müqavilə üzrə öhdəliklərini
yerinə yetirə bilmədiyi təqdirdə Qrupa dəyə biləcək potensial maliyyə zərəridir.
Qrupun kredit riskinə məruz qalan maliyyə alətləri ilk növbədə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri,
o cümlədən məhdudiyyət qoyulmuş pul vəsaitləri daxil olmaqla, debitor borcları və kreditlər üzrə alınacaq
məbləğlərdən ibarətdir.
Qrupun məruz qaldığı kredit riskinin maksimum dərəcəsi maliyyə aktivlərinin balans dəyəri üzrə əks etdirilir
və aşağıdakı cədvəldə aktivlərin kateqoriyalarına görə təsnifləşdirilir:
2013 2012
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (Qeyd 8)
1,217
1,218
Məhdudiyyət qoyulmuş pul vəsaitləri 79
94
Depozitlər (Qeyd 8)
25 79
Ticarət və sair debitor borcları (Qeyd 10)
4,515
4,401
Sair cari maliyyə aktivləri (Qeyd 13)
116
142
Sair uzunmüddətli maliyyə aktivləri (Qeyd 13)
137
187
Verilmiş maliyyə qarantiyaları (Qeyd 35)
119
91
Cəmi maksimal kredit riski
6,208 6,212
Maliyyə zəmanətləri – sair tərəflərin borcları üçün alınmış zəmanətlər
(Qeyd 35)
(381) (373)
Alınmış zəmanətləri çıxmaqla cəmi kredit riski
5,827
5,839
Qrup pul vəsaitlərini Azərbaycan Respublikasında tanınmış maliyyə təşkilatlarında saxlayır. Qrupun pul
vəsaitləri əsasən Azərbaycan Hökumətinin nəzarətində olan Azərbaycan Beynəlxalq Bankında (“ABB”)
yerləşdirilir. 31 dekabr 2013-cü il tarixinə ABB-də saxlanılan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri,
eləcə də məhdudiyyət qoyulmuş pul vəsaitləri 445 AZN (2012-ci il: 663 AZN) təşkil etmişdir. Qrup
hesablarının olduğu bankların statusuna daim nəzarət edir.
Debitor borcları əsasən xam neft, neft məhsulları və təbii qaz satışına görə yerli və xarici müştərilər, o
cümlədən əlaqəli tərəflərlə yaranmış qalıqlardan ibarətdir. ARDNŞ, Azərbaycan Hökumətinin nəzarətində
olan müəyyən müştərilərin, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən Azərenerji ASC və
AZAL QSC kimi ictimai əhəmiyyətli müəssisələri xam neft, neft məhsulları və təbii qazla fasiləsiz təchizatını
təmin etmək öhdəliyini daşıyır. Qrupun bu müştərilərlə münasibətlərinə tətbiq edilən faktiki hesablaşma
şərtləri Azərbaycan Hökumətinin qəbul etdiyi sosial və iqtisadi qərarlardan əhəmiyyətli dərəcədə asılıdır.
Qrupun özəl sektorda fəaliyyət göstərən müştərilər və əlaqəli olmayan sair üçüncü şəxslərlə ticarət
balansından yaranan kredit riski onların ödəmə qabiliyyətini daimi nəzarət altında saxlamaqla azaldılır.
Qrupun rəhbərliyi hesab edir ki, gələcəkdə qaytarılması gözlənilməyən bütün debitor borclar üçün
konsolidasiya edilmiş hazırkı maliyyə hesabatlarında dəyərsizləşmə üzrə ehtiyatlar hesablandığına görə
Qrup mövcud debitorlarla bağlı yüksək kredit riskinə məruz qalmadığını hesab edir.
31 dekabr 2013-cü il tarixinə cəmi 381 AZN (1,046 mln YTL) (2012-ci il: 358 AZN (816 mln YTL)) məbləğində
zəmanət məktubu və bank zəmanətləri SOCAR Turkey Energy A.S. (“STEAŞ”) şirkətinin müəyyən yerli və
xarici müştəriləri tərəfindən təqdim edilmişdir.
Qrup maliyyə debitor borclarını aşağıdakı kateqoriyalara bölmüşdür:
31 dekabr 2013-cü il
Standart
Qeyri-
standart
Vaxtı keçmiş, lakin
dəyərsizləşməmiş
Fərdi
dəyərsizləşmiş
Ticarət debitor borcları 3,762
64
689
214
Sair qısamüddətli maliyyə aktivləri (Qeyd 13)
–
116
–
–
Sair uzunmüddətli maliyyə aktivləri (Qeyd 13)
–
137
–
–
Cəmi
3,762
317
689 214