Microsoft Word Ali Rza Xelefli enson23



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix25.07.2018
ölçüsü1,29 Mb.
#59098
1   ...   65   66   67   68   69   70   71   72   73

213 
 
yaşayır. Başqa sözlə, sanki insanlara çatdırmaq istəyir: keçmişinizi yaxşı 
öyrənin, onda bu günü yaşamaq sizin üçün çətin olmaz. Yaddaş Sahibi 
danışır ki, imansızlıq mühitində dünyanı qoruyub saxlayan, bəlkə də özünün 
tənhalığında duaları ilə Tanrıya qovuşan bir ananın Allah sevgisidir. Çünki 
kamil insan dərdini hər ötənə açmaz, yada, yadelliyə deməz. Yaddaşdan 
gələnin birgə ünvanı var bu Ulu dərgahdır, haqqın özüdür: 
 
Sübh tezdən, axşamçağı 
Sakit dua oxumağı, 
Məndə min hiss oyadardı. 
O ətrafda, o dünyada 
İmansızlıq ruhu vardı. 
Dərdi ki, açmazlar yada - 
Dərdini göyə açardı... 
 
Diqqət edin, heç kimin köməyinə ehtiyac yoxdur, heç bir yad təsir yox-
dur. Bir ananın ömür yolu çözələnir, onun həyata baxışı, düşüncəsi, mənəvi 
aləmi gözlərimiz önündə açılır. Yaddaş Sahibinin həyatın dərinliklərindən gə-
lən bir gücdən qaynaqlanması ilə Böyük Ana hekayəti rəvan axan bir çay ki-
mi davam edir. Ana keçmişin ona elədiyi pislikləri, qəddarlığı özündən kəna-
ra qovur. Kinin, qərəzin yerini Allaha ibadətlə, varlığına yığdığı saf duyğu-
larla doldurur: 
Oruc, namaz, dəstəmazı 
Yerindəydi, dəyişməzdi, 
Ruhu dolu sevgi, vüqar, 
Allahla oturub-durar. 
 
Allaha qovuşma,  ən saf duyğularla yaşama hissi xırda düşüncə sahibi 
olan, ömrünü qeybətlə yaşayan adamlarla onun arasında sədd yaradır. Ananın 
varlığına haqqın-həqiqətin rəmzi olan Tanrı hakimdir, ömrünü-gününü bəd 
əməllərlə aləmi bir-birinə qatan insanların (insancığazların) hakimi isə şeytan-
dır, şər qaynağı olan iblis düşüncəsidir. Ona görə də ana qəlbində şər xisləti 
daşıyan insanlarla deyişmir. Sözü onların sözü ilə qarşılaşmır: 
 
İnsanlarla deyişməzdi, 
Dilindən heç vaxt düşməzdi 


214 
 
Allah, peyğəmbər kəlməsi. 
Hələ getmir qulağımdan 
"Bismillah... üssəməd" səsi 
O pıçıltı, o ruh, iman 
Mənimlə dünyanı gəzdi... 
 
Yaddaş Sahibi pıçıltılarla danışır, sanki vaxtilə ananın oxuduğu xeyir-
xahlıq diləkləri aşılayan ərəb kəlmələrini də təkrarlayır. Bir sözlə, o pıçıltı-
lar, o ruh, o iman anadan gəldiyi kimi Yaddaş Sahibinin dünyasında yaşa-
yıb. Elə həmin saflıqla da özünü qoruya-qoruya gələcəyə gedir. Yaddaş Sa-
hibi dünyanı dolansa da, o ruh onunla gəzir. Əslində o ruh həm də Yaddaş 
Sahibinin özünün qoruyucusuna çevrilir. Yaddaş Sahibinin mənəvi aləminin 
özülü böyük ananın saflıq duyğuları üzərində qurulub. Ona görə bu gün 
dünyanın bütün qapıları onun üzünə açıqdı. Bir vaxt nənənin duaları özünün 
saflığı ilə bahəm, mənəvi kamilliyi ilə bahəm həm də dini məzmun daşıyır-
dı. Yaddaş Sahibinin pıçıltıları Böyük Ananın yaşadığı dünyanın mükəmməl 
sonluğu haqqında ən dəqiq düsturdur: 
 
Allahım, vəd etmə bol-bol
Varsan - bəndənə kömək ol. 
Yoxsan-məxluqa yaxşı yol... 
 
Kəskin münasibətdir. Hər bir bəndənin - yaranmışın Yaradandan uma-
cağı var. Yaradanla yaranmışın arasındakı  fərq qədərdi bu umacaq. Yəni, 
kömək etmək, yardım etmək yalnız Yaradanın işidir. Yaddaş 
S
ahibi yaşadı-
ğı ömrün özündə ehtiva olunan tarixin dərslərindən nəticə çıxararaq Tanrıya 
müraciətdə 
"
Bəndənə kömək ol, - deyir. Əlbəttə, bu kömək yoxdursa, onda 
məxluqa  "yaxşı yol" ifadəsi istehza mahiyyəti daşıyardı.  İnsanın olmadığı 
dünya aktyorsuz səhnədir. Tamaşaçının acı təəssüf və istehzasına hədəf olan 
səhnə. 
 


215 
 
 
Zirvədən görünən dünya 
 
 
 
 
 
 
 
 
H.İsaxanlının  "Ziyarət" poemasında ayrı-ayrı hekayətlərin gətirdiyi 
təəssürat şübhəsiz ki, Yaddaş Sahibi ilə bağlıdır. Bəzən onun duyğuları şahə 
qalxır, bütün gücü ilə haqsızlıqlara qarşı durmaq istəyir, ananın çəkdiyi əzab 
və iztirabların ağrılarını hisslərində, emosiyalarında əks etdirir, bəzən də bu 
fırtınaya çevrilən hisslər, emosiyalar sakit bir axara düşür. Düzənlikdə axan 
çay kimi sakit- sakit öz məcrasına doğru yolunu davam etdirir. Bu sakitlikdə 
bir təəssüf, ötüb keçmiş  həyatın arxasınca baxmaqla artıq tarixə, yaddaşa 
çevrilmiş insanları əbədiyyət yuxusundan qaldırmaq, onlara layiq olduqları 
haqqı vermək istəyi də duyulur. "Ziyarət" poemasında Böyük Ana hekayəti 
ilə bağlı növbəti hissə "neyləyək, qismət bu imiş" adlanır. Həyatın min cür 
zülmünü görmüş, cəfasını  çəkmiş ana özünün ağlı, düşüncəsi ilə  ətrafında 
hörülmüş hiylə, qəddarlıq torlarını dağıdır. Özünə yol açmaqla övladlarına 
yol açır. Bəlkə də ananın hansısa arzuları başa çatmadı: 
 
Zülm gördü, cəfa çəkdi, 
Ayaq altında qalmadı. 
Arzusu gözündə qaldı, 
İmanı zədə almadı. 
 
Zənnimcə, müəllifin ananın arzusunun gözündə qalması ilə bağlı qənaə-
ti doğrudur. Əlbəttə, nə qədər şübhəli olsa da. Çünki ana bu yolları – övlad-
larını böyütmək, boya-başa çatdırmaq yolları ömür-gün yoldaşı ilə adı artıq 
elatda, bütün Borçalıda dastanlaşan Qaçaq İsaxanla birgə keçməli idi. Əlbət-
tə, zaman, rejim buna imkan versəydi. Hər halda onun bu arzusu gözündə 
qalsa da, imanı zədə almır. El arasında müdriklərə alxış eləyəndə nisbətən 
cavanlar deyərlər: "İmanın kamil olsun". İmanı kamil olmaq insanın xeyirə 


216 
 
çalışmağı, insanlığı hifz etmək üçün səyləri ilə bağlıdır. Belə insanın dilin-
dən yalan çıxmaz. Əlindən hiyləyə qulluq edən əməl gəlməz. Bu ana da göz-
ləri ilə od götürsə də, özü oda dönüb heç vaxt ətrafı yandırmır. Amma işığa 
çevrilir- insanların ətrafındakı qaranlıqları qovan işığa. Başına gələnlərə gö-
rə nə qohumu, nə də yadı töhmətləmir, qınamır, heç kimdə günah görmür. 
Bununla da, əslində övladlarına kinsizlik, qərəzsizlik dərsi keçir. Elə bir 
öyüd verir ki, onun övladları gələcəyin insanları ilə ləyaqətlə davransınlar. 
Ən kamil insan özündən sonra kin, qərəz, münaqişə ocağı qoyub getməyən-
dir.Yaddaş Sahibinin yaşantılarında biz də Böyük Ananı beləcə görürük: 
 
Nə yalan çıxdı dilindən, 
Nə hiylə gəldi əlindən. 
Gözü od-alov görsə də
Oda dönmədi heç vədə. 
Nə qohumu, nə də yadı, 
Töhmət edib qınamadı. 
 
Böyük Ana çox istəyərdi ki, dünyanın az qala yarısından çoxunun qiblə 
hesab elədiyi Məkkəyə getsin, müqəddəs ocaqda gələcək naminə dualar et-
sin. Əlbəttə, bu onun zamanında mümkün deyildi. Və Yaddaş Sahibi də elə 
bunu deyir: 
Məkkəyə yolu düşmədi - 
Tikanlı, məftilli dünya... 
O vaxt Məkkə nəydi? Xülya... 
İndi Məkkəyə gedərdi. 
 
Əgər Böyük Ananın arzusu bu idisə, bu da - indi rejimlərin çökdüyü
imperiyaların dağıldığı, idealogiyaların insan istəklərinə rəğmən puç olduğu 
günlərimizdə mümkün olardı. Və buna Yaddaş Sahibinin özünün gücü ye-
tərdi. Çünki o, Böyük Ananın mənəvi olaraq ona bəxş elədiyi sərvətin sayə-
sində uzaq yolları yaxın eləmək iqtidarındadır. Amma əlbəttə, zaman ötmüş, 
karvan getmişdir: 
Buna hünərim yetərdi, 
Neyləyək, qismət bu imiş. 
Artıq nə etsəm hədərdi - 
Olan olmuş, keçən keçmiş... 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə