121
rəngsizləşmədən qırmızı rəngə çevrilir. 1q
indikatoru 100 ml 96%-li spirtdə həll etməklə
hazırlayırlar.
4.
Göy bromfenol-0,1% məhlul
(tetrabromfenolsulfoftalein)-narın, rəngsiz və
zəif ağ çəhrayı kristal halında olur. Suda pis həll
olur. Etil spirtində və kükürd efirində həll olur.
Qələvi məhlullarda və ammonyakda həll olaraq
göy rəng verir.
100 mq indikatoru çini həvəngdə 1,5 ml 0,1
normal natrium qələvi məhlulu ilə əzərək
tədricən üzərinə qaynadılmış distilə suyu əlavə
edirlər. Ölçü kolbasında məhlulun həcmini
distilə suyu ilə 100 ml-ə çatdırırlar.
5. 10%-li kalium xromat məhlulu (K
2
CrO
4
).10
qram reaktiv 0,01q dəqiqliklə çəkilərək 90 ml
distilə olunmuş suda həll edərək hazırlayırlar.
6. 1%-li nişasta məhlulu. 1q həll olan nişastanı
həvəngdə az miqdarda soyuq su ilə yoğururlar.
Alınan sıyığı 100 ml qaynar distilə suyuna əlavə
edərək, 0 vaxta qədər qaynadırlar ki, məhlul
tam şəffaflaşsın.
122
IV Fəsil. Tərəvəz xammalının keyfiyyətinə tətbiq
edilən texniki nəzarət üsulları.
Ümumiyyətlə, əksər hallarda tərəvəz və kartof
məhsullarını təzə halda saxlanmaya qoyduqda,
saxlanma prossesində və ondan əvvəl onların
keyfiyyəti və saxlandığı anbarlara texniki nəzarət
tətbiq olunur.
Texniki nəzarətin nəticəsinə uyğun olaraq
məhsul partiyasının hansı müddətdə saxlanması
haqqında və onların emala yararlılığı haqqında fikir
söylənilir.
Xammalın sınağı üsulları
Xammalın keyfiyyətinə nəzarət zamanı hökmən
texniki nəzarət həyata keçirilir. Bunun üçün ilk
növbədə quru maddənin miqdarı təyin edilir. Lazım
gəldikdə şəkərlərin miqdarı da müəyyən olunur.
Tərkibində şəkərlərin miqdarı çox olan
xammalardan qurudulmuş meyvə və tərəvəzlər
saxlanıldıqda onlarda tünd boyanmış melinoidlər
əmələ gəlir. Onlar məhsulun rəngini, keyfiyyətini,
dadını pisləşdirir. Anbarlarda saxlanmaya qoyulmuş
məhsullarda şəkərlərin miqdarı dövrü olaraq nəzarət
saxlanılır.
Eyni zamanda təzə kartofda, kələmdə C
vitamini, kökdə karotinin miqdarı təyin olunur.
123
Xammalda texniki analiz (təzə kartofda)
Saxlanma və emal üçün qəbul olunmuş kartofda
xarici görkəm, yetişkənlik, forma ölçülər yumuruların
zədələnmə dərəcəsi və kənar qarışıqlarla kirlənmə
səviyyəsi tədqiq olunur.
Xarici görkəmin təyini. Kartofun xarici
görkəmi vizual baxışla standartın tələbinə uyğun
həyata keçirilir.
Yetişgənliyin təyini. Kartofun yetişgənliyi,
onun qabığının davamlılığı ilə xarakterizə olunur.
Yumurunun səthinə barmaqları
sıxaraq
şürüşdürdükdə, onun qabığı soyularaq çıxmamalıdır.
Yetişgənlik mərhələsinə çatmayan kartof
yumurularının miqdarını götürülən nümunə çəkisində
olan faizə görə hesablayırlar.
Kartof yumrularının forma və ölcülərinin
təyini. Kartof yumurularının forması vizual baxışla
təyin olunur. Yumuruları ştangen pərgərlə və ya
xətkeşlə ən böyük diametri boyu ölçürlər.
Kiçik kartof yumrularının miqdarı (diametri 5
sm.dən az olanlar) faizlə götürülən nümunə kəsişənə
görə hesablanır.
Zədələnmiş kartof yumurularının
miqdarının təyini. Mexaniki xəstəlik və zərərvericilər
tərəfindən zədələnmiş kartof yumrularını ayrırlar.
Bütün bunlar götürülmüş nümunədə ayrıca təyin
edilir.
124
Zədələnmiş kartof yumrularının bütün
qüsurlarının hər biri ayrılqda müəyyən edilir və faizlə
ifadə olunur.
Xəstəlik nəticəsində
zədələnmiş kartof
yumrularının miqdarı, nümunədə olan tam çürümüş
yumuruların seçilib müəyyən olunmasından sonra
təyin olunur. Bunun üçün nümunədə qalan kartof
nümunəsinin 15%-i qədər seçmədən kartof yumuruları
götürülərək kəsərək baxılır.
Əgər kəsilmiş
yumurularda dəmir ləkələri və digər xəstəliklərlə
zədələnmə müşahidə edilmirsə, onda digər yumruların
kəsilməsinə ehtiyac lüzumsuzdur. Əgər xəstəlik
müşahidə olunarsa onda nümunədəki qalan yumurular
da kəslir.
Kartof yumrularında çirklənmənin təyin
Kartof yumurularında
əsas çirklənmələr
torpaqdakı, çox hallarda yumrulara yapışır. Torpaq
çirklənmələri yuma yolu ilə müəyyən olunur. Əgər
yumrular az miqdarda çirklənmişsə onda onu ən iri
xəlbirdən keçirməklə təyin edirlər.
Kartof yumurularının çirklənməsini çanaqlı
tərəzi vasitəsi ilə təyin edirlər. Bunun üçün
götürülmüş orta nümunədən 5 kq kartof çəkilərək
götürülür su ilə olan vedrəyə yerləşdirilərək orada
yuyularaq torpaqdan təmizlənir sonra metal torlu
zənbilə yığaraq 2-3 dəqiqə müddətində suyun
axmasını gözləyirlər. Yenidən tərəziyə yığaraq çəkilir.
125
Alınan çəkidən yumurular üzərində qalan su qalığını
çıxırlar. Sərti olaraq bu ümumi yuyulmuş kartof
çəkisinin 1% qədər qəbul edilir. Çirklənmənin miqdarı
ümumi nümunə çəkisinin faizlə ifadəsidir.
Təzə, ağbaş və gül kələm Xarici görkəmi, kütlə,
ölçü və deffektlərin təyini.
Ağ baş kələmin xarici görkəmi, kələm
başlarının təmizlənməsi, keyfiyyətinin
yaxşılaşdırılması vizual baxışla standartların
tələblərinə uyğun keçirilir.
Ağ baş kələmin kütləsi, gül kələm başlarının
ölçülərini təyin etmək üçün götürülmüş orta
nümunədə kələm başlarının kütləsi kiloqramla (kq),
gül kələm başlarının ölçüləri sm-lə ən böyük diametri
boyu ştangel pərgərlə və ya xətkeşlə təyin edirlər.
Normalardan kənarlanmanı faizlə müəyyən edirlər.
Ağ baş kələm və gül kələm başlarının
deffektlərini təyin etmək üçün götürülmüş nümunədən
quru çirklənmiş, yuxarı yarpaq səthi mexaniki
zədələnmiş, özəyi 3 sm-dən artıq olan kələm başlar
ayrılır. Kələm başları çəkilib və orada aşkarlanan
deffektlərin miqdarı götürülmüş nümunənin çəkisinə
nisbətən faizlə ifadə olunur.
Partiya halında olan gül kələm başlarının neçə
faizinin texniki şərtlərə cavab vermədiyi
dəqiqləşdirilir və ümumi məhsulun çəkisinə nisbətən
faizlə ifadə olunur.
126
Baş soğan (təzə)
Baş soğanın xarici görkəmi vizual baxışla
texniki şərtlərin tələblərinə uyğun həyata keçirilir. Baş
soğanların ölçüləri sm-lə ifadə olunmaqla ən böyük
diametri boyu ştangen pərgərlə və xətkeşlə ölçülərək
ümumi partiyanın çəkisinə nisbətən uyğun gəlməyən
miqdar faizlə ifadə olunur.
Qəbul olunmuş tələblərə cavab verməyən
soğanaqları da deffektli qəbul edərək onların ölçüləri
boğazlarının ölçüsü yəni az olması, rənginin də
ümumi kütlədən fərqlənməsini təyin edərək ümumi
kütləyə nisbətən neçə faiz təşkil etdiyi hesablanaraq
faizlə ifadə olunur.
Təzə kök və çuğundur
Çuğundur və kökün xarici görkəmi və daxili
quruluşu vizual baxışla texniki şərtlərə uyğun olaraq
həyata keçirilir. Kökü meyvələrin ölçüləri santimetrlə
ifadə olunur. Xətkeş və stangen pərgər vasitəsi ilə
ölçmələri aparırlar. Ölçmələr ən böyük diametri boyu
aparılır.
Kökümeyvələrin zədələnməsi, çatlanması
xammal partiyasından nümunələr götürməklə
müəyyən edilir. Seçilmiş zədəli kökümeyvəlilər
tərəzidə çəkilərək faizlə ifadə olunur və ümumi
məhsula şamil edilir.
Kənar qarışlar, torpaq çirlənməsi kartof
məhsulunda olduğu kimi təyin olunur.
Dostları ilə paylaş: |