Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   25   26   27   28   29   30   31   32   33

121 

 

rəngsizləşmədən qırmızı  rəngə çevrilir. 1q 



indikatoru 100 ml 96%-li spirtdə  həll etməklə 

hazırlayırlar. 



4.

 

Göy bromfenol-0,1% məhlul 

(tetrabromfenolsulfoftalein)-narın, rəngsiz və 

zəif ağ çəhrayı kristal halında olur. Suda pis həll 

olur. Etil spirtində və kükürd efirində həll olur. 

Qələvi məhlullarda və ammonyakda həll olaraq 

göy rəng verir. 

100 mq indikatoru çini həvəngdə 1,5 ml 0,1 

normal natrium qələvi məhlulu ilə  əzərək 

tədricən üzərinə qaynadılmış distilə suyu əlavə 

edirlər. Ölçü kolbasında məhlulun həcmini 

distilə suyu ilə 100 ml-ə çatdırırlar. 



5. 10%-li kalium xromat məhlulu (K

2

CrO



4

).10 


qram reaktiv 0,01q dəqiqliklə  çəkilərək 90 ml 

distilə olunmuş suda həll edərək hazırlayırlar. 



6. 1%-li nişasta məhlulu. 1q həll olan nişastanı 

həvəngdə az miqdarda soyuq su ilə yoğururlar. 

Alınan sıyığı 100 ml qaynar distilə suyuna əlavə 

edərək, 0 vaxta qədər qaynadırlar ki, məhlul 

tam şəffaflaşsın. 

122 


 

IV Fəsil. Tərəvəz xammalının keyfiyyətinə tətbiq  

edilən texniki nəzarət üsulları. 

 

Ümumiyyətlə,  əksər hallarda tərəvəz və kartof 

məhsullarını  təzə halda saxlanmaya qoyduqda, 

saxlanma prossesində  və ondan əvvəl onların 

keyfiyyəti və saxlandığı anbarlara texniki nəzarət 

tətbiq olunur. 

Texniki nəzarətin nəticəsinə uyğun olaraq 

məhsul partiyasının hansı müddətdə saxlanması 

haqqında və onların emala yararlılığı haqqında fikir 

söylənilir. 



Xammalın sınağı üsulları 

 

Xammalın keyfiyyətinə nəzarət zamanı hökmən 



texniki nəzarət həyata keçirilir. Bunun üçün ilk 

növbədə quru maddənin miqdarı  təyin edilir. Lazım 

gəldikdə şəkərlərin miqdarı da müəyyən olunur. 

Tərkibində  şəkərlərin miqdarı çox olan 

xammalardan qurudulmuş meyvə  və  tərəvəzlər 

saxlanıldıqda onlarda tünd boyanmış melinoidlər 

əmələ  gəlir. Onlar məhsulun rəngini, keyfiyyətini, 

dadını pisləşdirir. Anbarlarda saxlanmaya qoyulmuş 

məhsullarda  şəkərlərin miqdarı dövrü olaraq nəzarət 

saxlanılır.  

Eyni zamanda təzə kartofda, kələmdə C 

vitamini, kökdə karotinin miqdarı təyin olunur. 

 



123 

 

Xammalda texniki analiz (təzə kartofda) 



 

Saxlanma və emal üçün qəbul olunmuş kartofda 

xarici görkəm, yetişkənlik, forma ölçülər yumuruların 

zədələnmə  dərəcəsi və  kənar qarışıqlarla kirlənmə 

səviyyəsi tədqiq olunur. 

Xarici görkəmin təyini. Kartofun xarici 

görkəmi vizual baxışla standartın tələbinə uyğun 

həyata keçirilir. 

Yetişgənliyin təyini.  Kartofun yetişgənliyi, 

onun qabığının davamlılığı ilə xarakterizə olunur. 

Yumurunun səthinə barmaqları 

sıxaraq 


şürüşdürdükdə, onun qabığı soyularaq çıxmamalıdır. 

Yetişgənlik mərhələsinə çatmayan kartof 

yumurularının miqdarını götürülən nümunə  çəkisində 

olan faizə görə hesablayırlar. 



Kartof yumrularının forma və ölcülərinin 

təyini. Kartof yumurularının forması vizual baxışla 

təyin olunur. Yumuruları  ştangen pərgərlə  və ya 

xətkeşlə ən böyük diametri boyu ölçürlər. 

Kiçik kartof yumrularının miqdarı (diametri 5 

sm.dən az olanlar) faizlə götürülən nümunə  kəsişənə 

görə hesablanır. 



Zədələnmiş kartof yumurularının 

miqdarının təyini. Mexaniki xəstəlik və zərərvericilər 

tərəfindən zədələnmiş kartof yumrularını ayrırlar. 

Bütün bunlar götürülmüş nümunədə ayrıca təyin 

edilir. 


124 

 

Zədələnmiş kartof yumrularının bütün 



qüsurlarının hər biri ayrılqda müəyyən edilir və faizlə 

ifadə olunur. 

Xəstəlik nəticəsində 

zədələnmiş kartof 

yumrularının miqdarı, nümunədə olan tam çürümüş 

yumuruların  seçilib müəyyən olunmasından sonra 

təyin olunur. Bunun üçün nümunədə qalan kartof 

nümunəsinin 15%-i qədər seçmədən kartof yumuruları 

götürülərək kəsərək baxılır. 

Əgər kəsilmiş 

yumurularda dəmir ləkələri və digər xəstəliklərlə 

zədələnmə müşahidə edilmirsə, onda digər yumruların 

kəsilməsinə ehtiyac lüzumsuzdur. Əgər xəstəlik 

müşahidə olunarsa onda nümunədəki qalan yumurular 

da kəslir. 

 

Kartof yumrularında çirklənmənin təyin 



 

Kartof yumurularında 

əsas çirklənmələr 

torpaqdakı, çox hallarda yumrulara yapışır. Torpaq 

çirklənmələri yuma yolu ilə müəyyən olunur. Əgər 

yumrular az miqdarda çirklənmişsə onda onu ən iri 

xəlbirdən keçirməklə təyin edirlər. 

Kartof yumurularının çirklənməsini çanaqlı 

tərəzi vasitəsi ilə  təyin edirlər. Bunun üçün 

götürülmüş orta nümunədən 5 kq kartof çəkilərək 

götürülür su ilə olan vedrəyə yerləşdirilərək orada 

yuyularaq torpaqdan təmizlənir sonra metal torlu 

zənbilə  yığaraq 2-3 dəqiqə müddətində suyun 

axmasını gözləyirlər. Yenidən tərəziyə yığaraq çəkilir. 




125 

 

Alınan çəkidən yumurular üzərində qalan su qalığını 



çıxırlar. Sərti olaraq bu ümumi yuyulmuş kartof 

çəkisinin 1% qədər qəbul edilir. Çirklənmənin miqdarı 

ümumi nümunə çəkisinin faizlə ifadəsidir. 

 

Təzə, ağbaş və gül kələm Xarici görkəmi, kütlə, 



ölçü və deffektlərin təyini. 

 

Ağ baş  kələmin xarici görkəmi, kələm 

başlarının təmizlənməsi, keyfiyyətinin 

yaxşılaşdırılması vizual baxışla standartların 

tələblərinə uyğun keçirilir. 

Ağ baş  kələmin kütləsi, gül kələm başlarının 

ölçülərini təyin etmək üçün götürülmüş orta 

nümunədə  kələm başlarının kütləsi kiloqramla (kq), 

gül kələm başlarının ölçüləri sm-lə ən böyük diametri 

boyu  ştangel pərgərlə  və ya xətkeşlə  təyin edirlər. 

Normalardan kənarlanmanı faizlə müəyyən edirlər. 

Ağ baş  kələm və gül kələm başlarının 

deffektlərini təyin etmək üçün götürülmüş nümunədən 

quru çirklənmiş, yuxarı yarpaq səthi mexaniki 

zədələnmiş, özəyi 3 sm-dən artıq olan kələm başlar 

ayrılır. Kələm başları  çəkilib və orada aşkarlanan 

deffektlərin miqdarı götürülmüş nümunənin çəkisinə 

nisbətən faizlə ifadə olunur. 

Partiya halında olan gül kələm başlarının neçə 

faizinin texniki şərtlərə cavab vermədiyi 

dəqiqləşdirilir və ümumi məhsulun çəkisinə nisbətən 

faizlə ifadə olunur. 

126 

 

Baş soğan (təzə) 



 

Baş soğanın xarici görkəmi vizual baxışla 

texniki şərtlərin tələblərinə uyğun həyata keçirilir. Baş 

soğanların ölçüləri sm-lə ifadə olunmaqla ən böyük 

diametri boyu ştangen pərgərlə  və  xətkeşlə ölçülərək 

ümumi partiyanın çəkisinə nisbətən uyğun gəlməyən 

miqdar faizlə ifadə olunur. 

Qəbul olunmuş  tələblərə cavab verməyən 

soğanaqları da deffektli qəbul edərək onların ölçüləri 

boğazlarının ölçüsü yəni az olması, rənginin də 

ümumi kütlədən fərqlənməsini təyin edərək ümumi 

kütləyə nisbətən neçə faiz təşkil etdiyi hesablanaraq 

faizlə ifadə olunur. 

 

Təzə kök və çuğundur 



 

Çuğundur və kökün xarici görkəmi və daxili 

quruluşu vizual baxışla texniki şərtlərə uyğun olaraq 

həyata keçirilir. Kökü meyvələrin ölçüləri santimetrlə 

ifadə olunur. Xətkeş  və  stangen pərgər vasitəsi ilə 

ölçmələri aparırlar.  Ölçmələr ən böyük diametri boyu 

aparılır. 

Kökümeyvələrin zədələnməsi, çatlanması 

xammal partiyasından nümunələr götürməklə 

müəyyən edilir. Seçilmiş  zədəli kökümeyvəlilər 

tərəzidə  çəkilərək faizlə ifadə olunur və ümumi 

məhsula şamil edilir. 

Kənar qarışlar, torpaq çirlənməsi kartof 

məhsulunda olduğu kimi təyin olunur. 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə