Microsoft Word Alma turshusu doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix11.06.2018
ölçüsü0,79 Mb.
#47986
1   ...   25   26   27   28   29   30   31   32   33

137 

 

texnoloji standartlar, yəni mexanikləşdirilmiş tipli 



becərmə texnologiyaları, məhsulun yığılması, ilkin 

emalı, qablaşdırılmasına, daşınması  və saxlanmasına 

tətbiq edilən standartlar. 

Beləliklə demək olar ki, standartlar nəinki, məhsulun 

keyfiyyətinə olan tələbləri, eyni zamanda kənd 

təsərrüfatı  məhsullarının becərilməsi texnologiyasına, 

onların  əmtəəlik seçimlərinə  və ilkin emalına olan 

tələbləri yerinə yetirilir. 

Standartlar aşağıdakı kateqoriyalara ayrılır. 

Beynəlxalq standartlar. 

Azərbaycan respublikasının Dövlət standartı Azs 

texniki şərtlər tş Az. 

Dövlət standartları kütləvi və ixrac olunan məhsullara, 

istehsal texnologiyalarına, qaydalara və digər 

obyektlərə tətbiq olunur. 

Texniki  şərtlər tş ancaq müəssisə daxilində istehsal 

olunan məhsulun keyfiyyətində  tətbiq olunan 

qaydalara, üsullara olan tədbirləri müəyyən edilir. 

Adları çəkilən standartlar qeyri müəyyən müddətdə və 

yaxud da vaxt çərçivəsində qüvvədə olur. 

Standartın ilk səhifəsində standartların qüvvəyə 

mindiyi və  təsdiqləndiyi gün, ay il, onu təsdiqləyən 

qərarın nöqtəsi qeyd olunur. 

Qüvvədə olma müddətləri bəlli olan standartlara 

yenidən baxılaraq onların qüvvədə olma müddətlərin 

sona çatmasından əvvəl dəyişdirilə bilər. 

Standartın ilk səhifəsində onun mənsub olduğu 

təsnifat sistemindəki qrupun nöqtəsi göstərilməlidir. 

138 

 

Məsələn qıcqırdılmış  kələm AzS 3858-12 qrup H52. 



Təsdiq olunmuş standartın indeksinə (AzS) işarəsi, 

qeydiyyat nömrəsi 3858 və iki rəqəmlə  standartın 

təsdiqləndiyi il yazılır. Misal üçün “kök” üçün AzS 

1721-12. Burada 1721-rəqəmi qeydiyyat nömrəsi, 12-

rəqəmi isə standartın 2012-ci ildə  təsdiqlənərək 

qüvvəyə minməsini göstərir. 

Texniki şərt tş Az 3184221-15-2011 “kornışon xiyar” 

konservləşdirilmiş. Burada ilk rəqəm standartın 

nöqtəsi, 15-qeydiyyat nömrəsi, 2011-isə standartın 

təsdiqləndiya ili göstərir. 

 

Meyvə-tərəvəz standartlarının quruluşu 

 

Meyvə-tərəvəz standartlarının qurluşu eyni tipli 

olmaqla adətən giriş hissə  və bölmələri özündə  əks 

etdirir. 

1-ci bölüm. Keyfiyyətə olan tələblər (texniki tələblər); 

2-ci bölüm. Məhsulun qəbulu və təhvili qaydaları; 

3-cü bölüm. Keyfiyyətin təyini üsulları (sınaq üsulları; 

4-cü bölüm. Qablaşdırma, markalama, daşınma və 

saxlama. 

Giriş hissədə standartlaşdırılan obyektin fəaliyyəti 

sahəsi, tədarük olunan məhsulun təyinatı  (ərzaq, 

toxum və yaxud da emal üçün) göstərilir. 

1-ci bölmə. Məhsulun keyfiyyətinə qoyulan tələblər 

bölməsində keyfiyyətin göstəricilər, istehlakçı 

tərəfindən müəyyən edilən  əsas xarakterik göstərilir 



139 

 

müəyyən olunur. Qaydalara əsasən elə  tələblər 



göstərilir ki, onlar yoxlanmaya malik olsun. 

Kartof, meyvə, tərəvəzlərin keyfiyyəti eyni 

olmadığından, bu bölmədə məhsulun əmtəə sortlarına 

bölünməsi və sortların keyfiyyət xarakteristikası 

verilir. 

Məhsulun qeyri standart elə bir hissəsi qəbul edilir ki, 

ondan qida və emal kimi istifadəsi mümkün olmasın. 

Əmtəəlik sortların sayı meyvə-tərəvəzlərin növündən 

aslı olaraq 2-dən 4-ə  qədər olur. Məhsulun 

keyfiyyətinə görə münasibət nöqsansız və qüsursuz 

olan mallar ekstra-klas (əla və 1-ci növ) sayılır. Aşağı 

növə az ca zədələnmiş formaca dəyişmiş, rəngini 

itirmiş meyvə nüsxələri aid olunur. 

Əmtəəsortları standartlar tərəfindən müəyyən edilir. 

Məhsulun keyfiyyət göstəriciləri təyin etdikdə bir  çox 

göstəricilər götürülür. Şərti olaraq bunları keyfiyyət və 

kəmiyyətə bölürlər. 

Keyfiyyət göstəriciləri sözlə  və ya müqaisə ilə 

xarakterizə edilir. Misal üçün giləmeyvələr təzə

yetişmiş, təmiz, kənar iy və tamlardan uzaq olmalıdır. 

Keyfiyyətin miqdarca göstəriciləri rəqəmlə  işarə 

olunur və onlar aşağıdakı normaları özündə əks etdirir. 

Müəyyən hədd hüdud daxilində, məhdudlaşdırıcı  və  

qadağanedici normalar. 

Misal üçün 1-ci qrup karnişan xiyarların uzunluğu 51 

mm-dən 70 mm arasında olmalıdır. 

Məhdudlaşdırıcı normalar sözlə ifadə olunur “az ola 

bilməz” və yaxuda da “çox ola bilməz”. 

140 

 

Mətbəx çuğunduru kökümeyvələrinin diametri 



artdıqca onun keyfiyyəti aşağı düşür. Bu səbəbdən də 

onun diametri 14 sm-dən çox ola bilməz ifadəsi ilə 

normallaşdırılır. 

Qadağanedici normalar norma məhsulun sanitar 

vəziyyətinə  və  təhlükəsizliyinə  təminat verir. Eyni 

zamanda icazə verilmir ifadəsi ilə möhkəmlənir. 

Məsələn,  ərzaq üçün nəzərdə tutulmuş kartof 

yumrularının üst qatının

4

1

-nın rənginin göyərmiş 



olmasına icazə vermir. Meyvə-tərəvəz məhsullarına 

tətbiq edilən standartlar digər kənd təsərrüfatı 

məhsullarına tətbiq edilən standartlardan onlarda olan 

icazələrin çoxluğu ilə seçilir. 

Yəni onların göstəricilərinin standartın tələblərinə 

kənara çıxmasına icazə verilir. Bu da ondan irəli gəlir 

ki, sortların eyni şəraitdə becərilməsinə baxmayaraq 

bioloji dəyişkənlik buna imkan vermir. 

Bu səbəb də onlara tətbiq edilən icazələr faizlə və ya 

sayla məhsulun kütləsinə görə göstərilir. 

Misal üçün kök məhsulunun bir partiyasında 

kökümeyvəyə yapışmış torpağın miqdarının, ümumi 

partiyanın çəkisinin 1%-dək olmasına icazə verilir. 

Dəstə halında olan tərəvəz məhsullarındakı 

standartlarda (qırmızı turp, körpə kök) icazələr sayla 

ifadə olunur. Yəni 10-20 ədədin kənarlanması sözləri 

işlədilir. 

Bəzi meyvə  tərəvəz məhsullarının xarici görkəmi ilə 

yanaşı, onların gizli xəstəlikləri, yetişkənliyini 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə