Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə114/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   110   111   112   113   114   115   116   117   ...   127

 
229
(Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən(onlara) 
müjdə verən Quranı Allahın izni ilə  sənin qəlbinə çatdırmışdır».  (əl-
Bəqərə 97). (Başqa rəvayətdə: Onlar: «Bizə ildırım haqqında xəbər ver!» 
dedilər. Peyğəmbər: «Bu Allahın buludları idrə etmək üçün müvəkkəl 
etdiyi bir mələkdir ki, əlindəki oddan olan Mixraqla – buludları dağıdaraq 
Allahın  əmr etdiyi yerə aparır» deyə buyurdu. Onlar: «Bəs eşidilən 
gurultu nədir?» dedilər. Peyğəmbər: «Onun səsidir» deyə buyurdu»)
898

Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Abdullah b. Səlam, Rəsulullah 
- sallallahu aleyhi və səlləm – in Mədinəyə gəldiyini eşidir. Rəsulullah 
sallallahu aleyhi və səlləm – in yanına gələrək: Səndən üç şey barəsində 
soruşacağam ki, bunu Peyğəmbərlərdən başqa heç kəs bilməz. Qiyamət 
əlamətlərinin ilk olanı hansıdır? Cənnət əhlinin ilk yeməyi hansıdır? Uşaq 
atasına və ya anasına nə üçün oxşayar? Peyğəmbər: “Cəbrail onları mənə 
xəbər verdi” deyə buyurdu. Abdullah: “Cəbrailmi?” dedim. Peyğəmbər: 
“Bəli” deyə buyurdu. Mən: “Bu Yəhudilərin düşməni olan mələkdir” 
dedim. Peyğəmbər: (Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, 
onu  (Quranı) özündən  əvvəlkiləri  (Tövratı  və  İncili)  təsdiqləyici, 
möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə  sənin 
qəlbinə o nazil etmişdir”. (əl-Bəqərə 97). Qiyamət əlamətlərinin ilk olanı: 
Atəşdir – hansıki insanları şərqdən qərbə tolayar. Cənnət əhlinin yeyəcəyi 
ilk yemək balıq ciyəridir. Kişinin suyu (məni) qadının suyunu üstəliyərsə 
uşaq ataya, qadının suyu kişinin suyunu üstəliyərsə uşaq qadına oxşayar. 
Abdullah: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və sənin də 
Allahın Rəsulu olduğuna  şəhadət edirəm. Ya Rəsulullah! Yəhudilər 
yalançı – bir toplumdur. Əgər onlar sən məni onlardan soruşmadan öncə 
müsəlman olduğumu bilsələr mənə iftira atarlar”. Bir müddətdən sonra 
Yəhudilər gəldilər. Peyğəmbər: “İçinizdə Abdullahı kim tanıyır” deyə 
soruşdu. Onlar: “Xeyirlimizdir, xeyirlimizin oğludur, Seyyidimizdir, 
seyyidimizin oğludur” dedilər. Peyğəmbər: “Müsəlman olarsa nə 
deyirsiniz?”. Onlar: “Allah onu bundan qorusun” dedilər. Abdullah 
çıxaraq: “Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və 
Muhəmmədin Allahın Rəsulu olduğuna  şəhadət edirəm” dedi. Yəhudilər 
onu pisləyərək: “Ən pis olanımız,  ən pisimizin oğlu” dedilər. Abdullah: 
“Qorxduğum da bu idi Ya Rəsulullah!” dedim
899
.  
Cənnətin Dili: Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
sallallahu aleyhi və  səlləm - buyurdu: “Cənnət  əhli Cənnətə  60 arşın 
Adəmin boyu üzərə, Yusifin gözəlliyi, İsanın yaşı 33 üzərə, Muhəmmədin 
                                                           
898
 Əhməd 1/274,278.  
899
 Buxari 8/165.  


 
230
dili üzərə olaraq tüksüz, parlaq və sürməli şəkildə girəcəklər”
900
.  
Cənnətdə Yer Qalacaq Cəhənnəmdə İsə Yox: Rəsulullah - sallallahu 
aleyhi və  səlləm - buyurdu: “Cənnətdə Allahın dilədiyi qədər yer qalır, 
sonra Allah ora üçün bir xalq yaradır və onları  Cənnətin yerlərinə 
yerləşdirir”
901
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən 
mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». 
Cəhənnəmə  də: «Sən mənim  əzabımsan. Mən səninlə qullarımdan 
istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma Cəhənnəm 
dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi, 
Bəsdi! deyib Cəhənnəm dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir 
kəsə zülm etməz. Cənnətə  gəlincə Allah onun boşluqlarını doldurmaq 
üçün bir neçə varlılıqlar yaradır»
902
.  
Cənnət Əhlinin Çağırışı (Duası): “İman gətirib yaxşı işlər görənlərin 
Rəbbi iman gətirdiklərinə görə hidayətə  (Cənnətə) qovuşdurar.  (Bol 
nemətli)  Nəim cənnətlərində onların  (qəsrləri, köşkləri) altından çaylar 
axar.  [Və ya Rəbbi onlara imanları müqabilində (ağacları) altından 
çaylar axan Nəim cənnətlərinə yol göstərər]. Onların oradakı 
(möminlərin Cənnətdəki) duası: “Pərvərdigara! Sən paksan, 
müqəddəssən!  (Subhənəkə Allahummə!)”, orada salamlaşması: 
“Salam!” duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir”. 
(Yunus 10).  Sələflər deyirlər ki: “Orada (Cənnətdə) bir şey istədikləri 
zaman o, an: Subhənəkə Allahummə  - deyərlər.  İstədikləri həmən 
olar”
903
.  Əli  - radıyallahu anhu – deyir ki: “O, Allahın özü üçün razı 
olduğu bir kəlimədir”. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
“O, Allahı hər cür pislikdən (nöqsanlardan) uzaq etməkdir”
904
.  
Cənnətliklər Öz Yerlərini Öncədən Tanıyırlar:  “Allah Öz yolunda 
öldürülənlərin  əməllərini  əsla puç etməz.  (Allah) onları doğru yola 
müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir. 
Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir”. 
(Muhəmməd 4-6).  Mücahid,  İbn Abbas - radıyallahu anhum – deyir ki: 
Cənnət  əhli – evlərini və  məskənlərinin yolunu bilirlər. Cümə günü 
cümədən çıxıb evlərinə gedənlərin evlərini tanıdıqlarından da çox. Cənnət 
əhli Cənnətdə olan mənzillərini bilirlər”. Həsən  – rahmətullahi aleyhi - 
deyir ki: “Allah – dünyada ikən onlara Cənnəti açıqladı, vəsf etdi, oraya 
                                                           
900
 İbn Əbi Dubyə, Nihayə 2/201,  
901
 Müslim 2848.  
902
 Buxari, Müslim 5084.  
903
 İbn Kəsir 4/423, Beyhəqi “Əsməul Husnə” 1/76.  
904
 Deyləmi 1/474, Heysəmi “Məcmuaz Zəvaid” 10/94.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə