Microsoft Word Axirata Iman doc


Cənnət  Əhlinin Bir-Birləri Ilə Görüşmələri Və Dünyanı



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə117/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   113   114   115   116   117   118   119   120   ...   127

 
235
Cənnət  Əhlinin Bir-Birləri Ilə Görüşmələri Və Dünyanı 
Xatırlamaları: «Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən 
hal-əhval tutmağa başlayacaqlar».  (ət-Tur 25). «Onlar bir-biri ilə 
(dünyada gördükləri işlər barədə) sorğu-suala, söz-söhbətə 
başlayacaqlar. Onlardan bir belə deyəcəkdir: «Mənim bir yoldaşım var 
idi. O, deyərdi: «Sən doğurdan da inanırsan ki, biz öldükdən, torpaq və 
sümük olduqdan sonra (dirilib) sorğu-sual olunacaq və  əməllərimizə 
görə  cəzalandırılacağıq?».  (Sonra həmən  şəxs Cənnətdəki yoldaşlarına) 
deyəcək: «Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?». (Onlar xeyr – 
deyə cavab verərlər).  O, özü baxıb  (yoldaşını)  Cəhənnəmin ortasında 
görəcəkdir. Və  (ona üz tutub) deyəcəkdir: «Allaha and olsun ki, sən az 
qala məni  (yoldan çıxarıb)  məhv edəcəkdin!  Əgər Rəbbimin lütfü 
olmasaydı  mən də  (Cəhənnəmə)  gətrilənlərdən olardım! Biz artıq 
ölməyəcəyik, elə deyilmi? (Dünyadakı) ilk ölümümüz istisna olmaqla Biz 
əzab da görməyəcəyik! Həqiqətən bu böyük qurtuluş  və  uğurdur. Qoy 
(dünyada) çalışanlar bunun üçün çalışsınlar!».  (əs-Saffət 50-61). 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «İnsan yoldaşının 
dinindədir. Buna görə də kiminlə yoldaşlıq etdiyinizə diqqət edin»
927
. Əbu 
Umamə - radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – dən: “Cənnət əhli bir-birilərini ziyarət edərlərmi?”. O: “Üstə olan 
aşağıda olanı ziyarət edər, aşağıda olan üstə olanı ziyarət edə bilməz. 
Allah üçün sevənlərdən başqa. Onlar Cənnətdə istədikləri yerə  dəvələr 
üstündə girərlər”
928
.  
Cənnət Əhlinin Cəhənnəmliklərə Gülmələri: Cənnət əhli Cəhənnəm 
əhlinə müraciət edib: “Biz Rəbbimizin bizə  vəd etdiyini (axirət 
nemətlərini) haqq olaraq gördük. Siz də  Rəbbinizin sizə  vəd etdiyini 
(Cəhənnəm  əzabını) gerçək olaraq gördünüzmü?” – deyə soruşacaq. 
Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların  (hər iki 
dəstəsinin) arasında bir carçı (İsrafil və ya cənnətdəkilərdən biri): “Allah 
zalımlara lənət eləsin!” – deyə  səslənəcək. O kəslər ki, insanları Allah 
yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər 
və axirətdə də inkar edərlər!” Onların ikisinin (cənnət əhli ilə cəhənnəm 
əhlinin) arasında pərdə  (səs, maneə)  və  Əraf  (Cənnətlə  Cəhənnəm 
arasındakı  səddin yüksəklikləri)  üzərində isə  (savabları  və günahları, 
xeyir və  şər  əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar 
hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb cənnət əhlinə: 
“Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (əraf  əhli) çox 
                                                           
927
 əl-Albani «Səhihul Cəmi» 3539.  
928
 Heysəmi “Məcmuaz Zəvaid” 10/279, Əbu Nuaym “Sifatul Cənnəh” 422.  


 
236
istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış  (lakin 
Ərafda günahları  təmizləndikdən sonra daxil olacaq) kimsələrdir. 
Onların nəzərləri cəhənnəm  əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! 
Bizi zalımlarla bir etmə!” - deyərlər.  Əraf  əhli üzlərindən tanıdıqları 
adamlara müraciət edib: “Sizə  nə yiğdığınız mal-dövlət, nə  də 
təkəbbürünüz fayda verdi”, - deyəcək.  (Və fağır, yoxsul möminləri 
kafirlərin böyüklərinə göstərərək:)  “Allah onları Öz mərhəmətinə nail 
etməyəcək, -deyə and içdiyiniz kəslər bunlarmıdır?” – söyləyəcəklər. (O 
anda Allah həmin möminlərə müraciətlə belə buyuracaq) “Cənnətə daxil 
olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!” 
Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün 
və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – 
deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram 
buyurmuşdur!” – deyə cavab verəcəklər».  (əl-Əraf 44-50). «Həqiqətən 
günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin 
yanından keçərkən  (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş 
edirdilər. Ailələrinin yanına qayıtdıqda isə  (onları doladıqları üçün) 
kefləri kök qayıdardılar. Möminləri gördükdə: «Doğrusu bunlar (haqq 
yoldan) azanlardır!» deyərdilər. Halbuki onlar möminlərə  nəzarətçi 
göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər».  (əl-
Mutəffifin 29-34).  
Cənnətə Kasıbların Daha Tez Daxil Olmaları:  Abdullah b. Amr – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Şübhəsiz ki, mühacirlərin fəqirləri Qiyamət günü 
Cənnətə varlılardan  40  il tez girəcəklər (Başqa rəvayətdə: Varlılar 
kasıblardan beş yüz ildən sonra Cənnətə girərlər (Yarım gün öncə (dünya 
günləriylə  500) il edər
929 
)
930

931
.  Ənəs  - radıyallahu anhu – deyir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə dua etdi: “Allahım məni 
miskin olaraq yaşad, miskin olaraq öldür, Qiyamət günü də miskinlər 
zümrəsində  həşr et”. Aişə: “Nə üçün (Miskin) Ya Rəsulallah!” deyə 
soruşdum. O: “Çünki onlar zənginlərdən 40 il öncə Cənnətə girəcəklər. Ey 
Aişə! Fəqirləri sev, onları (məclisinə) yaxınlaşdır ta ki, Qiyamət günü də 
Allah sənə yaxınlaşsın”
932
.  Fayda: Onların öncə girmiş olmaları 
dərəcələrinin daha üstün olması demək deyildir. Çünki sonra girən öncə 
girəndən daha üstün ola bilər.  
                                                           
929
 Əbu Davud “Elm” 13, 3666, Tirmizi “Zuhd” 37, 2352.  
930
 Tirmizi “Zuhd” 37, 2354, İbn Məcə «Zuhd» 2/6.  
931
 Müslim 2979.  
932
 Tirmizi “Zuhd” 2353, 2355.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə