Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə113/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   109   110   111   112   113   114   115   116   ...   127

 
227
Cəhənnəmdir!”. (ər-Rəd 35). “Onları istədikləri meyvə və ətlə (bol-bol) 
təmin edəcəyik. Onlar orada bir-birinə  (şərab dolu)  qədəh ötürəcəklər. 
Onda  (cənnət  şərabının xislətində dünyakından fərqli olaraq)  nə 
lağlağılıq, nə  də günaha təhrik vardır”.  (ət-Tur 22-23).
 
Cabir – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Cənnət  əhli kimsələr yeyib içərlər, lakin böyük-kiçik 
ayaqyoluna çıxmazlar, burun suyu və tüpürməzlər. Yeyəcəkləri bir misk 
kimi bir tərləmə  və  gəyirməklə çölə  çıxar (Başqa rəvayətdə: Onların 
əxlaqı bir tək adamın  əxlaqıdır. Onların surəti də Adəmin surətidir ki, 
onun boyu altımış dirsəkdir o, səmadadır
895

896
.  
Cənnətliklərin  İlk Yeyəcəkləri:  Səvban – radıyallahu anhu –  rəvayət 
edir ki, Yəhudi alimlərindən biri Rəsulullah - sallallahu aleyhi və səlləm – 
in yanına gələrək dedi: «Qiyamət günü yer və göy başqa yer və göylə əvəz 
olunacaqdır onda insanlar harada olacaqlar?» dedi. Peyğəmbər: «Sıratın 
üzərində» buyurdu. O: «Sıratdan ilk keçən kim olacaqdır?» dedi. 
Peyğəmbər: «Mühacirlərin fəqirləri» deyə buyurdu. O: «Cənnətə 
girənlərin ilk hədiyyələri nə olacaqdır» dedi. Peyğəmbər: «Balina 
balığının ciyərinin yanındakı ziyadəsi (artığı)» deyə buyurdu. Yəhudi: 
«Yeyəcəkləri nə olacaqdır?» dedi. Peyğəmbər: «Cənnətin  ətrafında 
bəslənən Cənnət öküzü onlar üçün kəsiləcək» deyə buyurdu. Yəhudi: 
«İçkiləri nə olacaqdır?» dedi. Peyğəmbər: «İçəcəkləri Cənnətdə  səlsəbil 
adlı bulaqdan olacaq» deyə buyurdu. O: «Səndən uşaq haqqında 
soruşuram» dedi. Peyğəmbər: «Kişinin mənisi bəyazdır, qadının isə 
sarıdır. İkisi birləşdikdə kişinin mənisi üstünlük təşkil edərsə Allahın izni 
ilə uşaq oğlan, yox əgər qadının mənisi üstünlük təşkil edərsə onda uşaq 
Allahın izni ilə  qız doğular» deyə buyurdu. Yəhudi: «Vallahi doğru 
söylədin! Sən həqiqətən də haqq Peyğəmbərsən» dedi. Peyğəmbər: «Mən 
bu suallardan heç birini bilmirdim. Ta ki. Allah onları  mənə bildirənə 
qədər»
897
.  İbn Abbas – radıyallahu anhu –  rəvayət edir ki, Yəhudi 
alimlərindən biri Rəsulullah  - səllallahu aleyhi və  səlləm – in yanına 
gələrək dedi: «Ey Əbul Qasım! Yalnız Peyğəmbərlərə  məlum olan 
xüsusiyyətlər haqqında soruşacaqlarımız barəsində bizə  xəbər ver!». 
Peyğəmbər: «İstədiyiniz  şey barəsində soruşun, lakin Yaqub – 
əleyhissəlam – övladlarından vəd aldığı kimi siz də Allah qarşısında vəd 
verin ki, əgər görsəniz dediklərim doğrudur mənə tabe olub İslam dinini 
qəbul edəcəksiniz!» deyə buyurdu. Onlar: «Qoy sən deyən olsun» dedilər. 
                                                           
895
 Buxari 3245, Müslim 2834. 
896
 Əhməd 3/316.  
897
 Müslim 315.  


 
228
Peyğəmbər: «İstədiyinizi soruşun!» deyə buyurdu. Onlar: «Dörd 
xüsusiyyət barəsində bizə xəbər ver: Tövrat nazil olmamışdan əvvəl İsrail 
(Yəqub – əleyhissəlam – ) özünə nəyi haram etmişdir? Kişinin belindən və 
qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq 
oğlan olur? Yazıb oxumağı bacarmayan peyğəmbər necə yatır və hansı 
mələk onun sevimli dostudur?» dedilər. Peyğəmbər: «Dediklərinizə doğru 
cavab versəm Allah qarşısında verdiyiniz vədi yerinə yetirmək və  mənə 
tabe olmaq sizə vacib olacaqdır» deyə buyurdu. Onlar bir daha öz 
vədlərini təsdiqlədilər. Peyğəmbər: «Tövratı Musa – əleyhissəlam – nazil 
edən Allaha and verirəm ki, Yəqub – əleyhissəlam – çox şiddətli xəstəliyə 
tutulmuş (oturaq sinirindən  şikayət edirdi) və  xəstəliyi uzun müddət 
davam etdiyinə görə Allaha nəzir etmişdir ki, əgər ona şəfa versə  ən 
sevimli yeməyini və ən sevimli içkisini özünə haram edəcəkdir. Onun ən 
sevimli yeməyi dəvə əti və onun südüdür» deyə buyurdu. Onlar: «Allaha 
and olsun ki, bu belədir!» dedilər. Peyğəmbər: «Allahım sən onların 
dediklərinə şahid ol! Sonra Tövratı Musa – əleyhissəlam – nazil edən, heç 
bir  şəriki olmayan Allaha and verirəm ki, kişinin belindən gələn su ağ 
rəngli qatı maye qadının köksündən gələn su isə sarı rəngli duru mayedir. 
Bunlardan hansı üstünlük təşkil etsə uşaq Allahın izni ilə üstünlük təşkil 
edənin cinsindən olar və ona oxşayar. Kişinin belindən gələn su üstünlük 
təşkil etsə Allahın izni ilə oğlan uşağı, qadının köksündən gələn sustünlük 
təşkil etsə Allahın izni ilə  qız uşağı doğular» deyə buyurdu. Onlar: 
«Allaha and olsun ki, bu belədir» dedilər. Peyğəmbər: «Allahım sən 
onların dediklərinə  şahid ol! Sonra Tövratı Musa –  əleyhissəlam – nazil 
edən Allaha and verirəm ki, yazıb-oxumağı bacarmayan Peyğəmbərin 
gözləri yatır, qəlbi isə oyaq qalır» deyə buyurdu. Onlar: «Allaha and olsun 
ki, bu belədir» dedilər. Onlar: «İndi isə  mələklərdən hansının sənin 
sevimli dostun olduğu barədə bizə xəbər ver, bununla da səni biz ya sənə 
tabe olaq, ya da səni tərk edək» dedilər. Peyğəmbər: «Həqiqətən də 
mənim sevimli dostum Cəbrail  –  əleyhissəlam –  dır. Allah elə bir 
Peyğəmbər göndərməyib ki, Cəbrail  –  əleyhissəlam – onun dostu 
olmasın» deyə buyurdu. Onlar: «Bu yerdə səni tərk etməli olacağıq. Əgər 
sənin dostun o, yox başqa mələk olsaydı dediyini təsdiq edərdik və sənə 
tabe olardıq» dedilər. Peyğəmbər: «Sizə dediyimi təsdiq etməyə mane 
olan nədir?» deyə buyurdu. Onlar: «O, bizim düşmənimizdir (Başqa 
rəvayətdə: Bizim düşmənimiz olan. Əzab, ölüm və müharibə  gətirən 
Cəbrail: Əgər rəhmət, bitki və yağış gətirən Mikail desəydin doğru olardı) 
dedilər. Bu zaman ayə nazil oldu: «(Ya Muhəmməd!) De: «Kim Cəbrailə 
düşməndirsə (onu yaxşı bilsin ki) həqiqətən o, özündən  əvvəlkiləri 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə