Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə112/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   108   109   110   111   112   113   114   115   ...   127

 
225
(Başqa rəvayətdə: Kəbənin Rəbbinə and olsun ki, parlayan bir 
nurdur
885
)”
886
.  
Cənnət  Əhlinin Libası  Və Zinətləri:  «Və onları etdikləri səbr 
müqabilində  Cənnətlə  və  (geyəcəkləri) ipəklə mükafatlandıracaq-dır». 
(İnsan 12). «Onlar orada qızıl və incilərlə bəzənəcəklər, orada libasları 
da ipəkdən olacaqdır».  (əl-Həcc 23). «Onlar  Ədn cənnətlərinə daxil 
olacaq, orada qızıl bilərziklər və incilərlə  bəzənəcəklər. Libasları da 
ipəkdən olacaqdır». (Fatir 33). «(Cənnət əhlinin) əyinlərində taftadan və 
atlasdan yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər 
taxılacaqdır».  (İnsan 21). “Taftadan və atlazdan (nazik və qalın ipdən) 
libaslar geyib qarşı-qarşıya  əyləşəcəklər”.  (əd-Duhan 53). “...nazik və 
qalın ipəkdən  (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə 
gözəl mükafat, o (Cənnət) necə  də gözəl məkandır!”.  (əl-Kəhf 31). 
(Cənnət  əhlinin)  əyinlərində taftadan və atlazdan (nazik və qalın 
ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. 
Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir”. (İnsan 21).
 
Əbu Hureyrə – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Hər kim Cənnətə girərsə naz və nemət içində xoş hal 
olar. Ona heç bir sıxıntı isabət etməz. Libasları köhnəlməz, gəncliyi də 
bitməz. Cənnətdə onun üçün heç bir gözün görmədiyi, heç bir qulağın 
eşitmədiyi və heç bir bəşərin qəlbinə  gəlməyən  şeylər vardır”
887

Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  qızıl üzük taxmağı qadağan 
etmişdir (Başqa rəvayətdə: Ümmətimdən hər kim qızıl taxdığı  təqdirdə 
ölərsə Allah da onu Cənnətdəki qızıldan məhrum edər)»
888
. Rəsulullah  
sallallahu aleyhi və səlləm - buyurdu: «Allaha və axirət gününə iman edən 
kimsə ipək və  qızıl geyinməsin (Başqa rəvayətdə: Bu ikisi ümmətimin 
kişilərinə haram, qadınlarına isə halal edildi)»
889
. bir nəfər Rəsulullah  
sallallahu aleyhi və səlləm – dən soruşdu: «Tuba nədir?». Peyğəmbər: «O, 
Cənnətdə uzunluğu yüz il olan bir ağacdır». Cənnət əhlinin libasları onun 
tumurcuqlarından çıxar” deyə buyurdu
890
. Cənnət  əhlinin  70-ə yaxın 
libasları olur
891
.  
Cənnət Əhlinin Taxtları Və Yataqları: «Orada uca taxtlar, (çeşmələr 
kənarına) qoyulmuş piyalələr, bir yanına düzülmüş (yumşaq) balışlar və 
                                                           
885
 İbn Məcə 4332, Əhməd 4/14.  
886
 Əbu Nuaym “Sifət əl-Cənnəh” 1/163.  
887
 Müslim 2836. 
888
 Buxari, Əhməd.  
889
 Həkim, Əbu Davud, Nəsəi.  
890
 Əhməd 3/71, Heysəmi “Məcmuaz Zəvaid” 10/67.  
891
 İbn Əbi Dunyə “Tərğib vət Tərhib” 4/530, İbni Mubarək “Zuhd” 74.  


 
226
dövşənmiş  nəfis xalılar vardır».  (əl-Ğaşıyə 13-16). «Onlar orada 
astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar». (ər-
Rəhman 54). «Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda». (ət-Tur 
20). «Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar 
tutacaq, o taxtlara söykənib bir-biri ilə qarışı-qarşıya əyləşəcəklər». (əl-
Vaqiə 15,16).  
Cənnətin Bazarları:  Ənəs – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Cənnətdə bir bazar 
vardır. Cənnətlilər hər cümə günü oraya gələrlər. Bir şimal küləyi  əsər. 
Üzlərinə  və libaslarına cürbəcür  ətirli iylər yayar. Cənnətliklərin 
gözəllikləri artar. Artmış gözəlliləri ilə zövcələrinə dönərlər. Zövcələri 
onları gördükdə: «Vallahi bizdən sonra gözəlliyiniz nə qədər artmışdır?» 
deyərlər. Onlar da: «Vallahi sizin də bizdən sonra gözəlliliyiniz 
artmışdır!» deyərlər
892
.  
Cənnət  Əhlinin Qabları:  «(Cənnətdə)  onlar üçün qızıl teştlər və 
qədəhlər içində  (yemək-içmək)  dolandırılacaqdır».  (əz-Zuxruf 71). 
«(Onlara belə deyiləcəkdir)  Keçmiş günlərdə etdiyiniz yaxşı  əməllər 
müqabilində yeyin için». (əl-Haqqa 24). «Onlar üçün (Cənnət saqiləri 
tərəfindən adamı kefləndirməyən, behişdə çay axan) şərab dolu piyalələr 
dolandırılacaqdır. Ağappaq, özü də içənlərə  ləzzət verən  şərab. Onun 
içində (dünyadakı  şərabdan fərqli olaraq)  ağlı başdan çıxaran, baş 
ağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar». 
(əs-Saffət 46-47). «Onlara gözəl  ətirli, təmiz, möhürlü (qablarda)  şərab 
içirdiləcəkdir. Onun (şərab olan qabın) möhürü müşkdür».  (əl-
Mutaffifin 25,26). «(Cənnətdəki xidmətçilər)  onların  ətrafında gümüş 
qablar və büllur qədəhlərlə dolanacaqlar». (İnsan 15). Xuzeyfə – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Qızıl və gümüş qablardan yeməkdə  və içməkdə 
istifadə etməyin. Çünki onlar bu dünyanı istəyənlər üçündür. Sizin üçün 
isə axirətdə»
893
. Ummu sələmə – radıyallahu anhə  –  rəvayət edir ki, 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Qızıl və gümüş 
qabdan yeyib içənin qarnında Cəhənnəm odunun səsi gələcəkdir»
894
.  
Cənnət Əhlinin Yemək Və İçməyi: “Allahdan qorxub pis əməllərdən 
çəkinənlərə  (möminlərə)  vəd edilən Cənnətin vəsfi belədir:  (ağacları) 
altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan 
qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə 
                                                           
892
 Müslim 2833.  
893
 Buxari 9/554, Müslim 2067.  
894
 Buxari, Müslim.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə