Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə108/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   104   105   106   107   108   109   110   111   ...   127

 
217
şimşəklər parıldayar. Sevdiyinə qovuşduğu an sanki günəşlə ayın 
qovuşmasına bənzər. Sevdiyi ilə etdiyi söhbət bir-birini sevən iki 
sevgilinin məhəbbəti kimidir. Ayaqları o, qədər gözəldir ki, sümüklərinin 
iliyi  ətinin üzərindən görünür. Nə vücudu, nə sümükləri, nə  də geydiyi 
libası iliyinin görünməsinə mane ola bilməz. Bir Huri dünyaya görünmüş 
olsa bütün yer və göy arasını xoş  ətir bürüyər. Bütün məxluqat  Təhlil, 
Təkbir, Təsbih edərlər. Gözlər qamaşır və Hurilərdən başqasını görməzdi. 
Günəş digər ulduzların işığını necə üstələyirsə Hurinin gözəlliyi də 
günəşin işığını üstələyər. Hurinin baş örtüyü dünya və dünyadakı  hər 
şeydən daha xeyirlidir. Hurilər hamilə olmaz, heyz və nifasdan uzaqdırlar. 
Ağız və burun axıntısından, kiçik və böyük ayaq yolundan və digər 
pisliklərdən uzaqdırlar. Gənclikləri heç vaxt keçməz, libasları isə 
köhnəlməz. Gözləri yalnız ərlərinə dikilmiş, ərlərindən başqasında gözləri 
yoxdur. Onlar inci və mərcan kimidirlər. Çünki Hurinin üzünə baxsa içini 
sevinc bürüyər, əmr etsə itaət edər, yanında olmadığı zaman ərinin bütün 
malını mühafizə edər. Onlara daha əvvəl heç bir ins və cins əli 
dəyməmişdir.  Hurul Ayn – Razılıq və  tərifə layiq olan bütün gözəl 
vəsflərə sahib olan, ağ bədənli, qara gözlü gözəl qadın mənasına gəlir
842

İbn Abbas, Qatadə – radıyallahu anhum - deyirlər ki: “Hur – bəyaz qadın 
deməkdir”. “Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də 
var. Onlar (möminlər) orada əbədi qalacaqlar”. (əl-Bəqərə 25). 
«Çadırlarda gözlərini  (yalnız öz ərlərinə) dikmiş hurilər vardır».  (ər-
Rəhman 72). «Özlərinin həmçinin  əməli saleh ataları, zövcələri və 
övladlarının daxil olacaqları  Ədn Cənnətləri gözləyir…».  (ər-Rəd 23). 
«Həmçinin onları iri gözlü hurilərlə evləndirəcəyik».  (əd-Duxan 54). 
«Siz də zövcələriniz də sevinc içində Cənnətə daxil olun». (əz-Zuxruf 70). 
«Sinələri yenicə dolmuş  həmyaşıd qızlar».  (ən-Nəbə 33). «Şübhəsiz ki, 
biz Cənnət qadınlarını başqa cür yaradacağıq! Onları bakirə  qızlar, 
ərlərini səvən, həmyaşıdlar edəcəyik».  (əl-Vaqiə 35-37). «O, Cənnətdə 
gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir insan və 
cin toxunmamış qadınlar vardır». (ər-Rəhman 56). «(Onlar üçün orada) 
iri gözlü, qəşənk hurilər də vardır. O, hurilər sanki sədəf içində 
gizlənmiş incidirlər».  (əl-Vaqiə 22-23). İbn Məsud,  İbn Abbas – 
radıyallahu anhum - deyirlər ki: “Təmizlikdə  Məqsəd - Heyz olmazlar
böyük və kiçik ayaq yolu olmaz, tüpürməzlər və  bələğəm çıxmaz” 
deməkdir.  İbn Abbas – radıyallahu anhu - deyir ki: “Pisliklərdən və 
əziyyət verici şeylərdən təmiz”
843
. Mucahid – rahmətullahi aleyhi - deyir 
                                                           
842
 Təfsir Mucahid 2/590, Təbəri 25/136, Qurtubi 16/153.  
843
 İbn Kəsir 1/66, Təbəri 1/176.  


 
218
ki: “Kiçik, böyük ayaqyolu olmaz, məni, məzi olmaz, heyz olmaz
tüpürməz və  bələğəm çıxmaz. Uşaq doğmazlar”
844
.  “Orada  (o 
cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç 
bir ins-cins (insan və cin)
845
 toxunmamış qadınlar vardır. Belə olduqda 
Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (o qadınlar 
rəng və gözəllikcə), sanki yaqut və  mərcandırlar”.  (ər-Rahmən 56-58). 
“Onların yanında gözəl  (irigözlü),  baxışları  (yalnız  ərlərinə) dikilmiş 
zövcələr olacaqdır”.  (əs-Saffət 48). “Onların yanında gözlərini  (yalnız 
ərlərinə)  dikmiş  həmyaşıdlar  (hamısı otuz üç yaşında zövcələr) 
olacaqdır”.  (əs-Sad52).  Mucahid  – rahmətullahi aleyhi - deyir ki: 
“Baxışlarını 
ərlərinə çevirmiş 
və  ərlərindən başqasını arzu 
etməyənlərdir”
846
.  İbn Məsud – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Cənnət  əhlinin 
qadınlarından bir qadının baldırının bəyazlığı  70 qat Cənnət libaslarının 
altından görünər və hətta onun iliyi də görünər. Allah: «Çünki o, qadınlar 
sanki yaqut və mərcandırlar» deyə buyurur
847
. Əbu Hureyrə – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Cənnətə ilk girəcək zümrə ayın  14-cü gecəsindəki surətində girəcəkdir. 
Bunlardan sonra girənlər isə  səmadakı parlaq ulduz surətində girəcəklər. 
Hər birinə iki zövcə vardır. Bunların ayağının iliyi ətinin üstəndən 
görünür və Cənnətdə subay yoxdur”
848
. Ənəs – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
«Cənnətlilərdən bir qadın dünya üzünə çıxsa bütün dünyanı işıq bürüyər, 
(gözəl) qoxu ilə doldurar. O, qadının baş örtüsü dünya və içindəkilərdən 
xeyirlidir»
849
.  Ənəs – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  
sallallahu aleyhi və  səlləm - buyurdu: “Gözəl gözlü, parlaq vücudlu 
Hurilər Cənnətdə mahnı söyləyərək deyərlər: “Biz parlaq bədənli gözəl 
Hurilərik, Dəyərli ərlər üçün yaradılmışıq”
850
. Əbu Umamə – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
“Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də ayaq ucunda olmaq 
üzərə iki gözəl gözlü, parlaq bədənli Huri oturur. İnsanların və Cinlərin 
eşitdiyi  ən gözəl səslə mahnı söyləyərlər. Söylədikləri bu mahnı  şeytani 
                                                           
844
 Təfsir Qurtubi 1/241.  
845
 Fayda: Bu ayə Cinlərin də cima etdiklərinə dəlildir. Qutubi 17/181.  
846
 Təfsir Mucahid 2/541.  
847
 Tirmizi 2654, Müslim 2834. 
848
 Müslim 2178.  
849
 Buxari 2796, Tirmizi 1651.  
850
 Əbu Nuaym “Sıfatul Cənnət” 3/280, H. 432, Təbərani “Mucəmus Sağir” 2/35, H. 734, əl-Albani 
“Səhihul Cəmiul Sağir” s.331, H. 1561, 1602.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə