Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə106/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   102   103   104   105   106   107   108   109   ...   127

 
213
bəslənmiş quşlardır» dedi. Peyğəmbər: «Onları yeyəcək olanlar onlardan 
da daha bəslənmişlərdir» deyə buyurdu
822
. İbn Məsud – radıyallahu anhu 
 rəvayət edir ki, bir nəfər başı ip ilə bağlı dəvə ilə Rəsulullah - sallallahu 
aleyhi və  səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Bu dəvə Allah 
yolundadır» dedi. Peyğəmbər: «Sənin üçün Cənnətdə yeddi yüz başı iplə 
bağlı dəvə vardır» deyə buyurdu
823
. Bureydə – radıyallahu anhu – rəvayət 
edir ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və  səlləm – dən soruşdu: 
«Ya Rəsulullah! Cənnətdə at varmı?». Peyğəmbər: «Allah səni Cənnətə 
daxil edərsə orada səni qırmızı yaqutdan bir ata mindirilməni və o, atın 
Cənnətdə  səninlə istədiyin yerə uçmasını istədiyin təqdirdə bu arzunu 
yerinə yetirər» deyə buyurdu. Bir başqa adam: «Ya Rəsulullah! Cənnətdə 
dəvə varmı! Deyə soruşdu. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – 
əvvəlki adama söylədiklərini buna söyləmədi. Lakin: «Əgər Allah səni 
Cənnətə daxil edərsə orada sənin nəfsinin istədiyi və gözünün xoşladığı 
hər şey olacaqdır»
824
.  
Cənnətdə  Əkinçilik:  Əbu Hureyrə – radıyallahu anhu –  rəvayət edir 
ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm – yanında bir bədəvi olan 
zaman Cənnət əhlindən birinin əkinçiliklə məşğul olmaq üçün Rəbbindən 
izn istədiyindən söz etdi. Allah: «Hər istədiyindən faydalanacaq 
durumunda deyilsənmi?» deyə buyurdu. Adam: «Bəli, lakin əkinçiliklə 
məşğul olmaq istəyirəm» dedi. Allah ona izn verir. Həmən adam 
toxumunu atar-atmaz, göz açıb qırpıncaya qədər hər  şey tamamlanar. 
Əkin bitmiş dağlar kimi dəstə-dəstə  məhsul toplanıb, bir yerə 
yığılmışdır…»
825
.  
Cənnətin Otaqları  Və  Dərəcələri:  «Lakin Rəbbindən qorxanları 
(Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların 
altından çaylar axar. Bu Allahın vədidir. Allah vədə xilaf çıxmaz!». (əz-
Zumər 20).  “Zərər çəkmədən  (üzürsüz səbəbə görə evlərində)  əyləşən 
möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) 
kimsələr bir olmazlar. Allah malları  və canları ilə vuruşanları 
(evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün 
tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) 
Allah mücahidlərə  (evlərində) oturanlardan daha böyük mükafatlarla 
imtiyaz vermişdir.  (Onları) Allah tərəfindən yüksək dərəcələr, 
bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir”. 
                                                           
822
 Tirmizi 2665.  
823
 əl-Albani «Səhih Silsilə» 2/228.  
824
 Tirmizi 2543, 2666, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 429.  
825
 Buxari 7519, 13/487, 5/27.  


 
214
(ən-Nisa 95-9). Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında 
dərəcələri vardır. Onları  (Qiyamət günü) bağışlanma və  (Cənnətdə) 
tükənməz  (gözəl, minnətsiz) ruzi gözləyir!”.  (əl-Ənfal 4). “Allahın 
rizasını qazanmaq ardınca gedən  şəxs, Allahın qəzəbinə düçar olmuş 
şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O 
yer necə də pisdir! Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri 
vardır. Allah onların etdiyi işləri görəndir”.  (Ali  İmran 162-163).
 
Əbu 
Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 
aleyhi və səlləm - buyurdu: «Cənnətliklərdən bəziləri aralarında üstünlük 
səbəbi ilə yüksək otaqlarda oturanları, üfüqdə  məşriqdən məğribə gedən 
parlaq ulduzları gördükləri kimi görəcəklər»
826
. Səhl b. Sad – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Şübhəsiz ki, Cənnət əhli, Cənnətdə olan evi, sizin göydə ulduzu gördüyü 
kimi görəcəkdi”
827
. Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
səllallahu aleyhi və  səlləm - buyurdu: «Cənnətdə içi çölündən, çölü də 
içindən görünən otaqlar vardır. Allah bu otaqları yemək yedirən, oruc 
tutan və insanlar yatarkən namaz qılanlar üçün hazırlamışdır»
828
.  Əbu 
Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, bir dəstə  səhabə: “Ya 
Rəsulullah! Cənnətdən danış, orada nə cür evlər var” dedilər. O: 
“Kərpiclərin biri qızıldan, biri gümüşdən, gili isə müşkdür. Çınqılı mirvari 
və yaqut, tozu zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz 
olmayacaqdır, əbədidir və ölməyəcək. Orada paltar köhnəlmir, gənclər isə 
ölmürlər”
829
.  Əbu Səid  - radıyallahu anhu – deyir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə yüz dərəcə vardır. Bütün 
aləmlər bunlardan birinin içində toplansa hamısına bəs edər”
830

Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Quran sahibi Cənnətə 
daxil olduğu zaman ona: Oxu və yüksəl. O, kimsə oxuyar və hər bir ayədə 
bir dərəcə yüksəlir. Bildiyi son ayəni oxuyana qədər bu beləcə davam 
edər”
831
.  
Cənnətdə  Dərəcələrin  Ən Yüksəyi: Abdullah b. Amr b. əl-As – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Azanı  eşitdikdə müəzzinin ardınca onun dediklərini 
təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə 
Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni 
                                                           
826
 Buxari 6556, Müslim 2831.  
827
 Müslim 5058.  
828
 Tirmizi «Cənnət» 3/4, Əhməd 1/156.  
829
 Əhməd.  
830
 Tirmizi “Cənnət” 4, 2534.  
831
 Əhməd 3/40.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə