Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə102/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   98   99   100   101   102   103   104   105   ...   127

 
205
rızamı halal edirəm. Artıq bundan sonra əbədiyyən sizə qəzəb etmərəm” 
deyə buyurar
786

Cənnət Haradadır: Mücahid – rahmətullahi aleyhi – deyir ki, İbn 
Abbas – radıyallahu anhu – ya: “Cənnət haradadır?” deyə soruşdular. O: 
“Yeddi göyün üstündədir”. Ona: “Cəhənnəm haradadır?”. O: “Təbəqə-
təbəqə yeddi dənizin altındadır”
787
.  
Cənnətin  İyi: Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Bir zimmini
788
 
öldürən Cənnətin iyini belə almaz. Cənnətin iyi isə 40 illik məsafədən hiss 
edilir»
789
. Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər 
– sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə 
sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın  əhdini 
pozmuşdur. Bu kimsə  Cənnətin iyini belə duymayacaqdır. Halbuki 
Cənnətin qoxusu qırx illik məsafədən gəlir (Başqa rəvayətdə:  100 illik 
məsafə
790

791
.  Ənəs  – radıyallahu anhu –  rəvayət edir ki, Uhud günü 
müsəlmanlar geri çəkildilər. (Əmim  Ənəs b. Nadr – radıyallahu anhu – 
hansı ki, Bədrdə  iştirak etməmişdi, Peyğəmbər  sallallahu aleyhi və 
səlləm – dedi: “Ya Rəsulallah! Mən sənin müşriklərlə olan birinci 
döyüşündə  iştirak etməmişəm. Vallahi! Əgər Rəbbim mənə müşriklərlə 
döyüşmək imkanını verərsə Allah bilir mən onların başına nə oyun 
açacağam): Uhud döyüşündə müsəlmanlar məğlubiyyətə  uğradıqda o: 
“Allahım, mən bunların (yoldaşlarını  qəsd edir) etdiklərinə görə  Səndən 
üzr istəyirəm. Bunların da (müşrikləri qəsd edir) etdiklərindən uzaq 
olduğumu bildirirəm”. Daha sonra irəli atıldı. Sad b. Muaz – radıyallahu 
anhu – qarşısına çıxdı. Ənəs: “Ey Sad! Nadrın Rəbbinə and olsun ki, bu 
da Cənnət. Mən onun qoxusunu Uhud tərəfdən hiss edirəm”. Sad: “Ey 
Allahın Rəsulu! Mən onun etdiklərini edə bilmədim”. Ənəs – radıyallahu 
anhu – deyir ki: “Bədənində  qılınc, nizə  zərbələrindən  80 yara var idi. 
Onun öldürülmüş olduğunu və müşriklər tərəfindən əzalarının kəsildiyini 
gördük. Onu yalnız bacısı barmaq uclarından tanıdı”.  Ənəs:  “Möminlər 
içərilərisində elələri də vardır ki, Allaha etdikləri  əhdə sadiq olarlar. 
Onlardan kimisi (bu yolda)  şəhid olmuş, kimisi də  (şəhid olmasını) 
gözləyir. Onlar (verdikləri sözü)  əsla dəyişməzlər”.
 
(əl-Əhzab 23) 
                                                           
786
 Müslim.  
787
 Əbu Nuaym “Sifatul Cənnəh” 1/169-170.  
788
 Zimmi  müsəlman olmayıb müqavilə ilə müsəlman ölkəsində yaşayan şəxs (Kitab əhli, kafir və s). 
789
 Buxari 8/30.  
790
 Heysəmi “Məcmuaz Zəvaid” 6/294, Təbərani “Əvsat”, Əhməd 5/46.  
791
 Buxari 6/269, 12/259, Tirmizi 1403, İbn Məcə 2687. 


 
206
ayəsinin onun və onun kimilər barəsində nazil olduğunu bilirik
792
.  
Cənnətin Açarları: Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Cənnətin açarları – Lə İləhə İlləlahdır
793
. Ənəs - radıyallahu 
anhu –  rəvayət edir ki, bir bədəvi: “Ya Rəsulullah! Cənnətin açarları 
nədir?”. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Lə  İləhə 
İlləllah
794
. Vəhb b. Munəbbih  – rahmətullahi aleyhi –  dən: «Lə  İləhə 
İlləllah –  cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə 
cavab vermişdir: «Bəli, lakin hər açarın dişləri vardır.  Əgər dişli açar 
gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı 
açılmaz»
795
. Salman Farisi - radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Heç kəs Cənnətə 
daxil olmaz Bismilləhir Rahmənir Rahim – (yazısı) olan vəsiqəsi 
olmadıqca. (orada) Bu filan oğlu filana Allahdan yazılı vir kitabdır. O, 
kimsəni meyvəli (baxçalı) yüksək bir Cənnətə yerləşdirin”
796
.  
Cənnətin Yolu Birdir: Allah, Qurani Kərimdə öz yolundan bəhs 
edərkən bir, Cəhənnəm yollarından bəhs edərkən çoxluq kəliməsindən 
istifadə etmişdir. “Bu,  şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub 
gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə 
bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”.  (əl-Ənam 153). 
“Doğru yolu (İslamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan 
yol  (və ya haqdan kənara çıxan) da vardır.  Əgər  (Allah) istəsəydi, sizin 
hamınızı doğru yola salardı”.  (ən-Nəhl 9).  “(Allah)  buyurdu: “Mənə 
görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə  gəlib çatacaq doğru 
yoldur!)”.  (əl-Hicr 41).  İbn Məsud  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – in  ətrafında oturmuşduq. O, 
torpaq üzərində bir düz xətt çəkərək buyurdu: «Bu düz yol Allahın haqq 
yoludur». Sonra bu düz yolun sağ  və sol tərəflərindən yollar (xətlər) 
çəkdi: «Bu isə digər yollardır. Bu yolların hər birinin başında o, yolu 
izləməyə  dəvət edən bir şeytan vardır. Bu yolu gələnlər üçün 
gözəlləşdirir» deyə buyurdu və bu ayəni oxudu: «Bu şübhəsiz ki, mənim 
doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq 
yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən 
                                                           
792
 Buxari 6/21, H. 2805.  
793
 ən-Nihayə 2/367, Əhməd 1/242.  
794
 Əbu Nuaym “Sifatul Cənnəh” 2/38. Hədisdə Əbban var – bu kimsə İbn Əbi Ayyaşdır. Mətrukdur – 
tərk edilmişdir. Yəhyə b. Məin, Nəsəi bu kimsədən hədis rəvayəti tərk etmişlər.  Şöbə onu yalançı 
saymışdır. Bax: Mizan əl-İtidal 1/10-15.  
795
 Buxari «Cənaiz» 3/109, Əhməd 5/242.  
796
 Heysəmi “Məcmuaz Zəvaid” 10/398, Təbərani “Kəbir”, Beyhəqi “əl-Bas vən Nuşur” 247.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə