Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə101/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   97   98   99   100   101   102   103   104   ...   127

 
203
daha aşağı bir yerə enməyi ifadə edər. Çünki Adəm  –  əlehissəlam –  ın 
Cənnəti yer üzündə  ən yüksək bir yerdə idi. Oradan da endirildi. 
Dediyiniz kimi: Enin - əmrinin Adəm, Həvva və İblis olduğudur. Əgər o, 
Cənnət göydə olsaydı  İblisin səcdə  əmrinə uymadığı üçün enməsindən 
sonra onlara çatması  və  vəsvəsə verməsi mümkün olmazdı. 11. Onlar 
qeyd edirlər ki, əbədi Cənnət kəliməsi Qurani Kərimdə mərifə olaraq “əl” 
müəyyənlik ədatı ilə gəlir. Digər Cənnət baxçaları isə “əl” olmadan qeyd 
olunur. Cavab olaraq deyirik ki, bu belə deyildir. Çünki: “Biz vaxtilə o 
bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini 
də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri)  səhər açılanda  (onun 
meyvələrini)  mütləq dərəcəklərinə and içmişdilər”.  (Nun 17).  Bu ayədə 
“əl” ədatı ilə işlənmişdir, lakin əbədiyyət Cənnəti qəsd edilməmişdir. 12. 
Onlar qeyd edirlər ki, Adəm  –  əlehissəlam – tövbə edərsə Allah onu 
Cənnətə qaytaracağını  vəd etmişdir sözünə  gəlincə deyirik ki: Əksinə 
Allah, Adəm – əlehissəlam – ı çıxdığı Cənnətə deyil, əbədiyyət Cənnətinə 
qaytardığı zaman vədi yerinə yetmiş olacaqdır. Qayıtmaq (dönmək) – 
kəliməsi birinci hala, zaman və  məkana qayıtmağı ifadə etməz. Hətta 
bənzərinə dönməyi də ifadə etməz.  “Allah bizi sizin (batil) dininizdən 
xilas etdikdən sonra biz sizin dininizə dönsək,  (sizin bütpərəst dininizin 
haqq olduğunu etiraf etməklə)  Allaha qarşı yalan uydurmuş olarıq. 
Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz 
elm ilə  (Öz  əzəli elmi ilə)  hər  şeyi ehtiva etmişdir. Biz yalnız Allaha 
təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm 
et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89).  
Adəm – Əlehissəlam – In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnətidir 
Deyənlərin, Yer Üzündə Bir Cənnətdir Deyənlərə Cavabı: 1. Onlar qeyd 
edirlər ki: Allah əbədiyyət Cənnətinə girməyi yalnız Qiyamət günü 
olacağını  xəbər vermişdir. Cənnətə mütləq giriş haqqında bu söz 
doğrudur. Lakin Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  İsra gecəsi 
Cənnətə girmişdir, Möminlərin və  Şəhidlərin ruhları  Cənnətdə yaşıl 
quşların boğazında dolaşırlar. Bu girişlər Allahın xəbər verdiyi Qiyamət 
günündəki girişdən ayrıdır. 2. Cənnət haqqında zikr etdiyiniz Cənnətin 
vəsfləri bunlar haqdır. Onları nə biz inkar edirik, nə də Əhli İslamdan bir 
kimsə. Lakin biz deyirik ki, bu kimi şeylər ayələrdən də göründüyü kimi 
möminlər Cənnətə girdikləri zaman baş verəcəkdir. Doğrusunu Allah 
bilir
779
.  
Cənnətdə Ev: Osman - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah 
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Allah rızası tələb edərək bir 
                                                           
779
 Daha geniş məlumat üçün İbn Qeyyim “Cənnətdəki həyat” kitabına bax.  


 
204
məscid inşa edərsə (Başqa rəvayətdə:  İçində Allahın adı zikr edilsin 
deyə
780
) Allah ona Cənnətdə bir ev inşa edər (Allah onun üçün Cənnətdə 
bir mislini inşa edər)
781
. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Allah, bir 
qulun övladının canını aldığı zaman ölüm mələyinə deyər: “Ey ölüm 
mələyi! Qulumun övladının canını aldınmı? Gözünün nurunu, qəlbinin 
meyvəsini (istiliyini) aldınmı?”. Mələk: “Bəli”. Allah: “O, nə etdi?”. 
Mələk: “Sənə  həmd etdi və  İstincə etdi -  İnnə Lilləhi və  İnnə  İleyhi 
Raciun -” dedi. Allah: “Ona Cənnətdə bir ev bina edin və adını Həmd evi 
qoyun” deyə buyurdu
782
. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət 
edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim gecə və 
gündüz fərzlər xaric 12 rükək (sünnət) qılarsa Allah ona Cənnətdə bir ev 
bina edər”
783
.  
Cənnət Nemətləri:  «Etdikləri  əməllərin mükafatı olaraq (Allah 
dərgahında) möminlər üçün göz oxşayan  (onları sevindirəcək)  nə cür 
nemətlər gizlənib saxlandığını heç kəs bilməz».  (əs-Səcdə 17).  Əbu 
Hureyrə – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu 
aleyhi və  səlləm - buyurdu: «Sizdən birinizin Cənnətdəki bir parça yeri 
üzərinə Günəşin doğduğu və batdığı şeylərin hamısından xeyirlidir (Başqa 
rəvayətdə: Cənnətdəki bir qamçı miqdarında yer dünya və dünya 
nemətlərindən xeyirlidir)»
784
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Əziz və Cəlil 
olan Allah: Mən yaxşı qullarım üçün heç bir gözün görmədiyi, heç bir 
qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçirmədiyi  şeylər 
hazırladım” buyurdu. Allah Kitabında bunu təsdiqləyən dəlil bu ayədir: 
“Etdiklərinin  əvəzi olaraq onlar üçün nə kimi şeylər saxlandığını heç 
kimsə bilməz”
785
. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: “Allah Cənnət əhlinə: 
Ey Cənnət  əhli! Deyə xitab edər. Onlar: “Ey Rəbbimiz! Sənin iki dəfə 
çağrışını  qəbul etdik – buyur. Xeyir sənin iki əlindədir” deyərlər. Allah: 
“Razı oldunuzmu” deyə buyurar. Onlar: “Ya Rəbbi! Necə razı olmayaq. 
Sən bizə  məxluqatdan heç kimə vermədiyin ehsanı verdin” deyərlər. 
Allah: “Bundan da daha qiymətlisini verimmi?” deyə buyurar. Onlar: “Ya 
Rəbbi! Bundan daha qiymətli nə ola bilər?” deyərlər. Allah: “Mən sizə 
                                                           
780
 Nəsəi “Məsəcid” 1.  
781
 Buxari “Salət” 65, 1/544, Müslim “Məsacid” 25, (533),  
782
 İbn Hibban 4/262, Əhməd 4/415.  
783
 Əhməd 4/413.  
784
 Buxari 6/13, 3250, Müslim 1883. 
785
 Buxari 13/465, Müslim 2824.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə