Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə104/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   100   101   102   103   104   105   106   107   ...   127

 
209
7. Cənnətul Firdous (Böyük Baxça) – “Onlardır (bilin) varis olanlar – 
Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”. (əl-Muminun 
10-11).  “İman gətirib yaxşı  işlər görənlərin mənzili isə Firdovs 
cənnətləri olacaqdır!”.  (əl-Kəhf 107). Firdous –  Cənnətin  ən yüksəyi 
olduğu üçün söylənilən addır. Digər Cənnətlərə görə  ən üstün olan bu 
Cənnətə bu isim daha layiqdir. Firdousun əsl mənası – Baxça deməkdir. 
Kab – rahmətullahi aleyhi – deyir ki: “Firdous içində üzümlər olan baxça 
deməkdir”.  Ərəblərin sözləri arasında eşitdimki: “Firdous – daha çox 
üzümü olan bir-birinə girmiş ağaclar deməkdir”. Bəra - radıyallahu anhu 
 nun qızı Ummu Rabi, Rəsulullah  – sallallahu aleyhi və  səlləm – in 
yanına gələrək: Ya Rəsulullah! Mənə Hərisədən xəbər ver. Bu kimsə Bədr 
döyüşündə kiminsə atdığı  bəlli olmayan bir oxla ölmüşdür.  Əgər 
Cənnətdədirsə (itkisinə) dözərəm,  əgər başqa bir haldırsa ağlayaram. 
Peyğəmbər: Ey Əbu Hərisənin anası! O, yer Cənnət içində bir (baxçadır) 
və sənin oğlun ən yüksək Firdousdadır”
800
.  
8.  Cənnətul Nəim  (Nemətlər Diyarı)  -  “İman gətirib yaxşı  işlər 
görənləri Nəim cənnətləri gözləyir”. (Loğman 8).  
9.  Maqamul  Əmin – “Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - 
Bağçalarda və bulaqlar başında olacaqlar!”. (əd-Duhan 51-52). Əmin – 
hər cür pisliklərdən uzaq olan yer. “Onlar orada (Cənnət nemətlərinin 
tükənməzliyinə)  arxayın olaraq hər meyvədən istəyəcəklər”.  (əd-Duhan 
55). Məkanın və yeyəcəklərinin əmin olduğu söylənilmişdir.  
Qizil Və Gümüşdən Iki Cənnət: “Şübhəsiz ki, Rəbbinin məqamından 
(hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə 
Nəim Cənnətləri) gözləyir!”.  (ər-Rahmən 46).
 
Abdullah b. Qeys 
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah  sallallahu aleyhi və 
səlləm – buyurdu: «İki Cənnət vardır ki, qabları  və içindəki (digər 
əşyaları) da gümüşdəndir. Digər iki Cənnət daha vardır ki, qabları  və 
içindəki digər  əşyaları da qızıldandır.  Ədn Cənnətindəki topluluğun 
Rəblərinə baxmalarının qarşısında Allahın üzündəki o, əzəmət örtüyündən 
başqa bir şey olmayacaqdır»
801
.  
Cənnətin Çayları:  «(Ya Peyğəmbər!)  İman gətirən və yaxşı  işlər 
görən  şəxslərə müjdə var. Onlar üçün (ağacları) altından çaylar axan 
Cənnətlər vardır».  (əl-Bəqərə 25). «Onları  (ağaclar) altından çaylar 
axan  Ədn Cənnətləri gözləyir».  (əl-Kəhf 31). «Möminlərə  vəd edilən 
Cənnətin vəsfi belədir.  (Ağacları) altından çaylar axar, yeməkləri də, 
                                                           
800
 Buxari 6/26, 7/304, 11/415.  
801
 Buxari  “Təfsir” Rahmən 1,2, “Tövhid” 13/423, Müslim “İman” 180, (296), Tirmizi “Cənnət” 3, 
2530.  


 
210
kölgələri də daimidir…». (ər-Rəd 35). «Müttəqilərə vəd olunan Cənnətin 
vəsfi belədir. Orada dadı  dəyişməyən, qoxumayan sudan çaylar, tamı 
dəyişməyən süddən çaylar, içənlər üçün ləzzət verən şərabdan çaylar və 
təmiz baldan çaylar vardır…».  (Muhəmməd 15).  Əbu Hureyrə – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Sayhan (Amudərya), Ceyhan (Sırdəryə), Fərat və Nil 
bunların hər biri Cənnətin çaylarıdır»
802
. Əbu Hureyrə – radıyallahu anhu 
  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
«Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər 
üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə 
vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən 
üst yerdədir. Onun üzərində Allahın  ərşi vardır. Cənnətin çayları oradan 
qaynayır (Başqa rəvayətdə: Dörd çay ondan qaynayır
803

804
.  Ənəs – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Kövsər Cənnətdə  Rəbbimin mənə vermiş olduğu bir 
çaydır”
805
. Mucahid – rahmətullahi aleyhi –  deyir ki: “biz sənə Kövsəri 
verdik. Kövsər – çox xeyir verdik”
806
. Ənəs – radıyallahu anhu – deyir ki: 
Kövsər –  Cənnətdə bir çaydır”. Aişə – radıyallahu anhə – deyir ki: 
“Cənnətdə bir çaydır. Kim barmaqlarını qulağına tıxayarsa belə bu çayın 
səsini eşidər”
807
.  
Cənnətin Bulaqları:  “Məgər sizdən biriniz istərmi ki, içində xurma 
ağacları, üzümlüklər,  (ağacları) altından arxlar axan və cürbəcür 
meyvələr olan bir bağçası olsun...”. (əl-Bəqərə 266). “Orada (o iki 
Cənnətdə)  fəvvarə verib qaynayan iki bulaq vardır”.  (ər-Rahmən 66). 
«Allahdan qorxub pis əmələrdən çəkinənlər isə  Cənnətdə  və bulaqlar 
başında olacaqlar». (əl-Hicr 45). «O, Cənnətdə iki axar bulaq vardır». 
(əl-Mursəlat 41).  «Şübhəsiz ki, yaxşı  əməl və itaət sahibləri  (Cənnətdə) 
kafur qatılmış  (soyuq və xoş  ətirli)  şərab içəcəklər. O, (kafur)  elə bir 
bulaqdır ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) 
asanlıqla axıdacaqlar».  (İnsan 5,6). «Orada onları  zəncəfil qatılmış 
(zəncəfil dadı verən)  şərab da içirdiləcəkdir.  (Zəncəfil)  Cənnətdə bir 
bulaqdır ki, (suyu boğazdan) çox rahat keçdiyi üçün Səlsəbil adlanır». 
(İnsan 17,18).  “Ona təsnim  (suyu) qatılmışdır. O (təsnim) elə bir 
çeşmədir ki, ondan (təmiz halda) yalnız  (Allaha) yaxın olanlar içər 
                                                           
802
 Müslim 2839.  
803
 Tirmizi 2531.  
804
 Buxari 13/404, Tirmizi “Cənnət” 2530, 2533, Əhməd 3/339.  
805
 Müslim 400.  
806
 İbn Kəsir “Nihayə” 2/406.  
807
 İbn Kəsir “Nihayə” 2/406.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə