Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə100/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   96   97   98   99   100   101   102   103   ...   127

 
201
dedi
775
. 9. “And olsun ki(Muhəmməd  əleyhiissəlam Cəbraili öz həqiqi 
surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) 
Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni 
olan)  Məva cənnəti onun yanındadır”.  (ən-Nəcm 13-15). Sidrətul 
Muntəha göyün üstündə olduğu sabitdir.  
Adəm - Əleyhissəlam -
 
In Girib Çıxdığı  Cənnət  Əbədiyyət Cənnəti 
Deyildir Deyənlərin Dəlilləri:  1. Allah əbədiyyət Cənnətinə girməyi 
bütün Rəsulların dili ilə açıqlamışdır. O, girmək zamanı da hələ 
gəlməmişdir. Allah kitabında Cənnəti bir çox vəsflərlə  vəsfləndirmişdir. 
Sonradan bu şeyləri dəyişməsi isə mümkün deyildir. 2. Allah müttəqilər 
üçün hazırlamış olduğu Cənnət əbədi qalmaq yurdudur. Oraya kim girərsə 
bir daha oradan çıxmaz. Lakin Adəm  –  əlehissəlam – girdiyi Cənnətdə 
qalmamışdır. Allah Cənnəti salamtlıq yurdu olaraq anmışdır. Oranı  əmr, 
nəhy (qadağa), imtahan yurdu olaraq anmamışdır. Lakin Adəm  – 
əlehissəlam – o, yerdə ən böyük imtahana məruz qalmışdır. 3. Allah oranı 
içində  əbədiyyən Allaha üsyan olunmayacaq bir yurd kimi anmışdır. 
Lakin Adəm  –  əlehissəlam – girdiyi Cənnətdə  Rəbbinə asi olmuşdur. 
Allah Cənnəti qorxusuz, kədərsiz, üzüntü olmayan bir yurd kimi anmışdır. 
Lakin Adəm və Həvva – əlehimussəlam – ın qorxu və üzüntü hiss etdikləri 
məlumdur. Darus Səlam olduğu halda, Adəm və Həvva – əlehimussəlam 
 orada fitnə (imtahandan) səlim olmamışdır. Darul Qərar olduğu halda 
onlar orada qərar tutmamışlar. Oraya girənlər haqqında:  “Onlara orada 
(Cənnətdə) heç bir yorğunluq  (zəhmət) üz verməz. Onlar oradan çıxan 
da deyillər. (Cənnətdə əbədi qalacaqlar)”. (əl-Hicr 48). Adəm və Həvva – 
əlehimussəlam – isə oradan çıxmışlar. Yenə orada boş, faydasız şeylərin 
(yalan) olmadığı, günahların olmadığı xəbər verilmişdir. Halbuki Adəm – 
əlehissəlam – o, yerdə  İblisin yalan sözlərini və günahkar sözlərini 
eşitmişdir. Allah oranı doğruluq və  sədaqət məqamı olduuğunu xəbər 
vermişdir.  İblis isə orada yalan söyləmiş  və yalanına and içmişdir. 4. 
Allah:  (Ya Rəsulum!)  Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir 
xəlifə  (canişin) yaradacağam”, - dedikdə  (mələklər): “Biz Sənə  şükür 
etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, 
Sən orada (yer üzündə)  fəsad törədəcək və qan tökəcək bir kəsmi 
yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara): “ Mən bildiyim şeyi siz 
bilmirsiniz!” – buyurdu”. (əl-Bəqərə 30).  Allah – Cənnətul Məvada 
deməmişdir. Yer üzündə buyurmuşdu. 5. (Allahın bütün bu 
xəbərdarlığından sonra) Şeytan ona (Adəmə)  vəsvəsə edib (pıçıldayıb) 
belə dedi: “Ey Adəm! Sənə  (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt 
                                                           
775
 Tifsir İbn Kəsir 1/85.  


 
202
ölməyəcəyin və  həmişə  Cənnətdə yaşayacağın)  əbədiyyət ağacını  və 
köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü 
göstərimmi?”. (Ta ha 120). Əgər Allah, Adəm – əlehissəlam – ı əbədiyyət 
Cənnətinə və əskilməz-tükənməz olan bu Cənnətə yerləşdirsəydi Adəm – 
əlehissəlam –  İblisi rədd edərək: Mənə verilən bu əskilməz-tükənməz 
səltənəti sən mənə necə göstərəcəksən, halbuki mən onun içindəyəm. Nə 
verə bilərsən sən mənə. (İstədiyim hər bir şey var burada). Əgər bunları 
bilsəydi İblisin sözünə qulaq asmaz onun nəsihətini qəbul etməzdi. Lakin 
o,  əbədiyyət yurdunda olmadığı üçün arzu etdiyi əbədiliklə  İblis onu 
aldatmışdır. 6. Əgər Adəm – əlehissəlam – əbədiyyət Cənnətində olsaydı 
– bu Cənnətə  təmiz və pak olanlardan başqası girməz, necə ola bilər ki, 
murdar, lənətlənmiş, aşağı olan İblis oraya girmiş, Adəm – əlehissəlam – ı 
fitnəyə  məruz qoymuş  və ona vəsvəsə vermişdir. O, məlun Müttəqilərin 
yurduna necə girmişdir? 7. (Allah)  buyurdu: “Oradan (Cənnətdən) 
aşağı en. Orada sənə  (Allahın  əmrinə)  təkəbbür göstərmək yaraşmaz. 
(Oradan)  çıx, çünki sən alçaqlardansan!”. (əl-Əraf 13).  Necə ola bilər 
ki, bu sözlərdən sonra İblis  Cənnətul Məvaya girsin. Əgər desəniz ki, 
ilanın qarnına girib, ilan şəkilində  Cənnətə girərək Adəm və  Həvva  – 
əlehimussəlam – a vəsvəsə verib. Bu batil bir sözdür. “Pak söz (tövhid 
kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də  (Allah 
dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də 
qəbul edər)”. (Fatir 10). İblisin vəsvəsəsi isə sözlərin ən murdarıdır. Əsla 
Allaha tərəf yüksəlməz. 8. Munziri – rahmətullahi aleyhi –  deyir ki: 
“Adəm  –  əlehissəlam –  ı  Cənnətdə yatırdı...”
776
. Halbuki əbədiyyət 
Cənnətində yatmaq yoxdur. Əbu Nəcih, Mucahid – rahmətullahi aleyhi – 
rəvayət edir ki: “Həvva, Adəm – əlehimussəlam – yatarkən qabırğasından 
yaradıldı”
777
«Orada bizə nə bir yorğunluq, nə də bir məşəqqət, əziyyət 
toxunacaqdır».  (Fatir 35). Cabir – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah  - salallahu aleyhi və  səlləm - buyurdu: «Yatmaq ölümün 
qardaşıdır və Cənnətliklər yatmazlar»
778
. 9. Allah, Adəm – əlehissəlam – ı 
yer üzünün torpağından yaratdığı hamıya bəllidir. Bunun da dəlilləri 
Quran və Sünnədə var. 10. Biz də  (Adəmə, Həvvaya və  Şeytana): “Bir-
birinizə düşmən kəsilərək  (buradan kənar olub yer üzünə) enin! Yerdə 
sizin üçün müəyyən vaxta qədər  (ömrünüzün axırınadək)  sığinacaq və 
yaşayış  (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-36). Enin – 
kəliməsi göydən yerə enməyi ifadə etməz. İfadə etsə belə yüksək yerdən 
                                                           
776
 Hədis Movqufdur – sənədi Peyğəmbər çatmır.  
777
 Bu haqda bax: İbn Kəsir 1/82, əs-Sələbi “Qıssatul Ənbiya” s.29.  
778
 Heysəmi «Məcmua Zəvaid» 10/415, Əbu Nuaym “Sifatul Cənnə” 1/126.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə