Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə103/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   99   100   101   102   103   104   105   106   ...   127

 
207
çəkinəsiz». (əl-Ənam 153)
797
Cabir - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – in yanına mələklər gəldilər. 
Onlar: “O, yatıb” dedi. Digəri isə: “Göz yatıb, lakin qəlb oyanıqdır” dedi. 
Sonra: “Sizin bu yoldaşınızın bir halı vardır. Onun halı misal olaraq bir ev 
bina etmiş, içində ziyafət verən və ziyafət üçün (insanlar dəvət olunsun 
deyə) elçi yollayan kimsənin halı kimidir. Artıq kim elçiyə cavab verib 
(dəvəti qəbul edərək) evə girər və ziyafətdən yeyər. Kimi də elçiyə cavab 
verməyib nə evə girər, nə  də ziyafətdən yeyər. Sonra mələklər 
açıqlayaraq: Göz yatıq, qəlb isə oyanıqdır. Ev Cənnətdir, elçi 
Muhəmmədir, Muhəmmədə itaət edən Allaha itaət etmiş olur, 
Muhəmmədə üsyan edən Allaha üsyan etmiş olur. Muhəmməd insanlar 
arasını ayıran bir ölçüdür”
798
.  
Möminlər  İlə  Rəbləri Arasında Alış-Veriş  Cənnətdir:  “Allah, 
şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin 
canlarını  və mallarını Tövratda, İncildə  və Quranda haqq olaraq vəd 
edilmiş  Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə 
vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük 
qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 111).  
Cənnətin İsimləri: Cənnət - əsl mənası örtmək və gizlətmək deməkdir. 
Cəninə  - qarında örtülü və gizli olduğu üçün cənin deyilmişdir. Cinlər 
olan əl-Cann – gözlərdən gizli olduqları üçün bu ad verilmişdir. Qalxan – 
üzü örtdüyü və qoruduğu üçün Micn,  Məcnun –  ağlı örtülmüş  və 
bağlanmış kimsədir.  
1.  Darus Səlam –  “Onları  Rəbinin yanında  əmin-amanlıq yurdu 
(Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir  (və ya 
gördükləri yaxşı  işlərə görə Allah onların dostudur)”.  (əl-Ənam 127). 
“Allah  (bəndələrini)  əmin-amanlıq yurduna (Cənnətə) çağırır və 
istədiyini doğru yola salır!”.  (Yunus 25). “Onlar orada boş  (lağlağı) 
söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. 
Ruziləri də  səhər-axşam  (həmişə) oradadır”.
 
(Məryəm 62). Ora salamat 
olan bir diyardır. Allahın bir ismi də  əs-Səlamdır.  “Onların orada bir-
birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” 
(demək) olacaqdır!”.  (İbrahim 23). “Özlərinin, həmçinin  əməlisaleh 
ataları, övrətləri və övladlarının daxil olacaqları  Ədn cənnətləri 
gözləyir. Mələklər də  hər bir qapıdan  (Cənnət qapılarından) daxil olub 
                                                           
797
 İmam Əhməd «Musnəd» 1/435,465, Nəsai 10/95 h. 11109, Darimi 1/60, əl-Albani «Ziləlul Cənnə» 
1/5 H. 17. Sələfi Salihin, Əhli Sünnə  vəl Cəmaat haqqında geniş  məlumata Nasir AbdulKərim  əl-
Əqlin «Məhfumu Əhli Sünnəti vəl Cəmaat» adlı əsərinə baxa bilərsiniz.  
798
 Buxari 13/249, Tirmizi 2860.  


 
208
(onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə)  səbr etdiyinizə 
görə sizə salam olsun! Axirət yurdu (Cənnət)  nə gözəldir!” – 
deyəcəklər”.  (ər-Rəd 23-24).
 
Allah onlara salam verir: “Orada onlar 
üçün  (hər cür) meyvə  və istədikləri hər  şey vardır. Rəhmli Rəbbdən 
(onlara) “salam” deyiləcəkdir”. (Yəsin 57-58).  
2. Darul Xuld (Əbədiyyət Yurdu) – “Onlar oradan çıxan da deyillər. 
(Cənnətdə  əbədi qalacaqlar)”.  (əl-Hicr 48). “Bu, əlbəttə, Bizim 
ruzimizdir. O bitməz-tükənməzdir”. (Sad 54).
  
3. Darul Muqamə (İqamət Yurdu) - “Onlar deyəcəklər: “Qəm-qüssəni 
bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, Rəbbimiz 
bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi 
(əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə  nə bir 
yorğunluq üz verəcək, nə bir məşəqqət  (əziyyət) toxunacaqdır!”.  (Fatir 
34-35).
  
4. 
Cənnətul Məva – (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) 
Məva cənnəti onun yanındadır”.  (ən-Nəcm 15).  Məva –  sığınacaq, 
dolaşıb qayıdılan ev deməkdir. Ata, İbn Abbas - radıyallahu anhu – 
deyirlər ki: “Məva –  Cəbrail və digər mələklərə  sığınacaq olan 
Cənnətdir”. Mücahid, əl-Kəlbi  – rahmətullahi aleyhi – deyirlər ki: 
“Şəhidlərin ruhlarının sığındığı  Cənnətdi”. Kəb  – rahmətullahi aleyhi – 
deyir ki: “Şəhidlərin ruhlarının içində yaşadığı yaşıl quşların olduğu 
Cənnətdir”
799
.  Məva -  Cənnətin isimlərindən biridir. “Amma kim 
(Qiyamət günü)  Rəbbinin hüzurunda durmaqdan qorxmuş  və  nəfsinə 
istəyini  (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!”. 
(ən-Nəziət 40-41).  
5.  Cənnətul Adn – Bütün Cənnətlər  Ədn Cənnətidir.  “Rəhmanın 
(Allahın) Öz bəndələrinə  vəd etdiyi və onların görmədiyi  Ədn 
cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir”. (Məryəm 61). “Onlar 
Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə 
bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır”. (Fatir 33). “Allah mömin 
kişilərə  və qadınlara  (ağacları) altından çaylar axan cənnətlər və  Ədn 
cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi 
qalacaqlar. Allahdan olan bir razılıq isə  (bunların hamısından) daha 
böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (ət-Tövbə 72).  
6.  Darul Hayavan (Həyat Diyarı)  –  “Axirət yurdu isə,  şübhəsiz ki, 
əbədi həyatdır. Kaş biləydilər!  (Əgər bilsəydilər, axirəti dünyaya 
dəyişməzdilər)”.  (əl-Ənkəbut 64).  Axirət –  yəni Cənnət  əsl dirilik (yəni) 
içində ölüm olmayan bir həyatın yurdudur.  
                                                           
799
 Qurtubi 17/96.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə