Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə99/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   95   96   97   98   99   100   101   102   ...   127

 
199
Bəqərə 61).  Əbu Salih, İbn Abbas - radıyallahu anhu – dan: “Enin” – 
ayəsi barəsində bunu zikr edir: Bir yerdən digər bir yerə getmək kimidir” 
demişdir. Munzir b. Said – rahmətullahi aleyhi – deyir ki: “Cənnətin 
əbədiyyat Cənnəti olmayıb yer üzündə bir Cənnət olduğu görüşü  Əbu 
Hənifə və əshabının görüşüdür”. İbn Uyeynə – rahmətullahi aleyhi – deyir 
ki: “Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir 
bilməzsən!”. (Ta ha 118). Ayəsini açıqlayarkən orada yəni – yer üzündə 
demişdir”. İbn Quteybə “əl-Maarif” 11-18 deyir ki: “Sonra Allah onu Ədn 
baxçasının  şərq tərəfindən çıxardı  və onu (yaradıldığı torpağın) alındığı 
yerə yolladı.  İbn Quteybə burada Vəhb – rahmətullahi aleyhi –  dən bir 
nəql də edir ki: “Adəm – əleyhissəlam – ın Ədn baxçasından çıxarıldıqdan 
sonra endiyi yer Hindistanın şərq tərəfidir. Qabil qardaşını öldürüb Ədnin 
şərqindəki Yəmən vadilərinə qədər daşıdıqdan sonra onu orada basdırır”.  
Adəm - Əleyhissəlam - In Girib Çıxdığı Cənnət Əbədiyyət Cənnətidir 
Deyənlərin Dəlilləri:  1. Peyğəmbər  - sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Allah (Qiyamət günü) insanları toplayır, möminlər ayağa 
qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır».  İnsanlar Adəm  – 
əlehissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: 
«Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası  çıxartdı. Mən bunun 
sahibi deyiləm. Sizlər mənim oğlum  İbrahim  –  əlehissəlam – ın yanına 
gedin» deyəcəkdir
773
. 2. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «Adəm ilə Musa – 
əleyhimussəlam -  Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. 
Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə 
yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə  səcdə etdirdiyi, 
Cənnətdə yerləşdirdiyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə 
endirən Adəm deyilsənmi?» deyə soruşdu
774
. 3. (Sonra)  Biz  (Adəmə) 
dedik: “Ey Adəm, sən zövcənlə  (Həvva ilə)  Cənnətdə qal və  hər ikiniz 
oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca 
(buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”. 
(Lakin)  Şeytan onları azdırıb  (buğdadan yedizdirməklə nemətlər içində) 
olduqları yerdən uzaqlaşdırdı. Biz də  (Adəmə, Həvvaya və  Şeytana)
“Bir-birinizə düşmən kəsilərək  (buradan kənar olub yer üzünə) enin! 
Yerdə sizin üçün müəyyən vaxta qədər  (ömrünüzün axırınadək) 
sığinacaq və yaşayış (dolanacaq) vasitələri var” - dedik”. (əl-Bəqərə 35-
36). Enin –  kəliməsi yüksəkdən aşağıya doğru olur. Yerdə sizin üçün 
müəyyən vaxta qədər  (ömrünüzün axırınadək)  sığinacaq və yaşayış 
                                                           
773
 Müslim 195.  
774
 Buxari 11/505, Müslim 2652.  


 
200
(dolanacaq) vasitələri var – ifadəsi Enin - əmrindən sonra gəlmişdir. Bu 
o, deməkdir ki, onlar daha öncə yer üzündə deyildilər. 4. (Allahın bütün 
bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) 
belə dedi: “Ey Adəm! Sənə  (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt 
ölməyəcəyin və  həmişə  Cənnətdə yaşayacağın)  əbədiyyət ağacını  və 
köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü 
göstərimmi?”. (Ta ha 120). Cənnət dünyada olsaydı Adəm – əleyhissəlam 
– İblisin sözlərinin yalan olduğunu bilərdi. Çünki Adəm – əleyhissəlam – 
bilirdi ki, dünya keçici, fanidir. 5. Cənnətdən Enin – sözüylə qəsd edilən 
Adəm, Həvva və İblisdir – deyilmişdir. Bir qrup qeyd edir ki: Cənnətdən 
Enin – sözüylə Adəm, Həvva və İlan qəsd edilir, Digər bir qrup deyir ki: 
Adəm və Həvva – əleyhimussəlam – nın zurriyyətidir – deyilmişdir. Lakin 
bu görüşlərin hər ikisi də  zəifdir. Səhih olan birinci görüşdür. (Allah 
Adəmə  və  Həvvaya) belə buyurdu: “Bir-birinizə  (siz  İblisə  və  nəslinə, 
İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən 
yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər  (kitab, yaxud 
peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə 
(dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!”. (Ta ha 123). 6. 
Onlar qeyd edirlər ki, Cənnət kəliməsi bütün yerlərdə  Mərifə olaraq əl-
Cənnəh olaraq işlənmişdir. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən 
zövcənlə  (Həvva ilə)  Cənnətdə qal...” (əl-Bəqərə 35).  Lakin başqa hər 
hansı bir baxça qəsd edildiyi zaman “əl” müəyyənlik olmadan 
işlədilmişdir. “O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir 
şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq”. (əl-Kəhf 32). 
7. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki: “Allah Adəm – 
əlehissəlam – ı  Cənnətdən çıxardıqda onu Cənnət meyvələri ilə 
ruziləndirdi. Ona hər bir şeyin sənətini öyrətdi. Sizin yediyiniz o,meyvələr 
də (Cənnət) meyvələrindən törənmədir. Lakin Cənnətdəki meyvələr xarab 
olmaz, dünyada olanlar isə xarab olurlar. 8. İbn Abbas - radıyallahu anhu 
 deyir ki: (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək 
(Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O 
(Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir”.  (əl-Bəqərə 37).  Ayəsi 
barədə deyir ki: “Adəm – Ya Rəbbim! Məni əlinlə yaratmadınmı?”. Allah: 
“Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Mənə ruhundan üfürmədinmi?”. 
Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Məni Cənnətə 
yerləşdirmədinmi?”. Allah: “Bəli” – dedi. Adəm: “Ey Rəbbim! Rəhmətin 
qəzəbini üstələmədimi?”. Allah: “Bəli” – dedi. Adəm: “Tövbə etsəm, 
halımı düzəltsəm, məni Cənnətinə  təkrar salarsanmı?”. Allah: “Bəli” – 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə