Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə107/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   103   104   105   106   107   108   109   110   ...   127

 
215
istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və  mən ümüd 
edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət 
günü mənim onun üçün şəfaət etməyim vacib olar»
832
. Cabir b. Abdullah 
–  radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Mənim  şəfaətim vacib olar o, adama ki, azanı 
eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və  qılınacaq namazın Rəbbi 
olan Allahım Muhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd 
etdiyin tərifə layiq məqama yüksəlt»
833
.  Əbu Səid – radıyallahu anhu – 
rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
“Vəsilə, Allah qatında elə bir dərəcədir ki, onun üstündə başqa bir dərəcə 
yoxdur. Mənim üçün Allahdan vəsiləni istəyin”
834
. Rəsulullah - sallallahu 
aleyhi və  səlləm - buyurdu: “Vəsilə  Cənnətdə elə bir dərəcədir ki, 
Cənnətdə ondan daha yüksək bir dərəcə yoxdur. Allahdan o dərəcəni 
mənə yaratdıqlarının gözü önündə verməsini istəyin”
835
.  
Cənnət Çadırları, Divanları, Taxtları:  «Onlar  (mömin kişilər)  və 
zövcələri kölgəliklərdə  (yumşaq) taxtlara söykənmişlər».  (Yasin 56). 
“Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) 
gözlü hurilərlə evləndirəcəyik”.  (ət-Tur 20).  “(Onlar qızıl-gümüş, ləl-
cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, Onlara (o taxtlara) 
söykənib bir-biri ilə qarşı-qarşıya  əyləşəcəklər”.  (əl-Vaqiə 15-16). 
“Orada uca taxtlar”. (əl-Ğaşiyə 13).
 
“Orada  (o cənnətlərin hamısında, 
dördündə  də)  xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda 
Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Çadırlarda 
gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır”. (ər-Rahmən 70-72). 
“Lakin Rəbbindən qorxanları  (Cənnətdə) bir-birinin üstündə tikilmiş 
otaqlar  (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar 
axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!”.  (əz-Zumər 20). 
“Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız 
iman gətirib yaxşı  işlər görənlərin  (dünyadakı)  əməllərinə görə 
mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarından 
(Cənnətin yüksək məqamlarında)  əmin-amanlıq içində yaşayacaqlar”. 
(Səba 37).  “(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi 
(ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl 
saraylara daxil edər. Bu, böyük qurtuluşdur  (uğurdur)!”.  (əs-Səff 12). 
“Allah iman gətirənlərə isə Fironun zövcəsini  (Asiyə bint Məzahimi) 
                                                           
832
 Müslim 384.  
833
 Buxari 2/94. Azan bölümü.  
834
 Əhməd 3/83, Heysəmi “Məcmuaz Zəvaid” 1/332.  
835
 İbn Əbi Dunyə, Kənz əl-Ummal 7/698.  


 
216
misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – 
Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni 
zalım qövmdən xilas et!” – demişdi”.  (ət-Təhrim 11).
 
İbn Ömər – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Cənnətdə içi incidən hazırlanmış bir çadır vardır ki, 
(eni)  60 mildir. Hər tərəfində biri digərini görməyən zövcələr vardır. 
Mömin onları dolaşıb ziyarət edər»
836
.  Əbu Musa əl-Əşari – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Şübhəsiz ki, mömin üçün Cənnətdə içi boş bir tək incidən bir çadır 
vardır. Boyu 60 (30) mildir. Möminə aid ailələr vardır ki, mömin onları 
dolaşıb ziyarət edər. Lakin onlar bir-birilərini görməzlər”
837
.  Əli – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Cənnətdə elə bir otaqlar varki içi çölündən, çölüdə 
içindən görsənir”. Bunu eşidən bir bədəvi ayağa qalxıb: “Ey Allahın 
Rəsulu! Bu otaqlar kimin üçündür?”. Peyğəmbər: “Xoş söz söyləyən, 
yemək yedirən, oruc tutmağa davam edən və insanlar yatarkən namaz 
qılanlar üçündür” deyə buyurdu
838
.  Əbu Hureyrə  - radıyallahu anhu – 
rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – Hira 
mağarasında ikən yanına Cəbrail  –  əleyhissəlam - gəldi və dedi: «Ya 
Rəsulallah! Bu Xədicədir. Sənə doğru gəlir. Yanında bir qab da vardır. 
Xədicə  sənin yanına çatdıqda ona Allahdan və  məndən salam de və ona 
söylə ki, Cənnətdə onu səsdən, gurultudan və məşəqqətdən uzaq daş-qaşlı 
bir saray gözləyir»
839
. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
“Cənnətə girdim. Bir də  nə görsəm yaxşı? Qızıldan bir köşk. Bu köşk 
kimindir? Dedim. Ona: “Qureyşdən bir gəncin” dedilər. Mən: Kim o, 
gənc?” deyə soruşdum. Peyğəmbər: “Ömər b. Xəttab” deyə buyurdu
840

Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: “Cənnətdə  qızıldan, 
gümüşdən, yaqutdan və xrizolit (qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli) 
daşdan köşklər vardır”
841
.  
Cənnət Huriləri Və Qadınları: Huriləri Və Qadınları – sevdiklərini 
həsrətlə gözləyən, alma kimi al-qırmızı, gül kimi qırmızı yanaq, nar kimi 
sinələr, inci kimi düzülmüş dişlər, narın bellər, üzləri o, qədər gözəldir ki, 
görsəndikdə günəş belə qeyb olar. Gülümsədikdə dişləri arasından sanki 
                                                           
836
 Buxari 3243, Müslim 2838.  
837
 Buxari 8/624, 6/318, Müslim 2838.  
838
 Tirmizi 2577, Əhməd 2/173, Həkim 1/80, Heysəmi “Məcmuaz Zəvaid” 2/255.  
839
 Buxari 7/133-134, Müslim 2432.  
840
 Buxari 3242, 3670, 5226, 7024, Müslim 2395, Tirmizi 3688, Əhməd 3/107, 179, 263, İbn  Əbi 
Şeybə 12/27.  
841
 İbn Əbi Şeybə 13/124, Əbu Nuaym “Hilyə” 6/68.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə