Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə105/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   101   102   103   104   105   106   107   108   ...   127

 
211
(qalanlara isə o rəhiq  şərabına qatılıb verirlər)”.  (Mutaffifin 27-28).
 
Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: “Cənnətdə su dənizi, 
bal dənizi, süd dənizi və içki dənizi var. Sonra bunlardan çaylar 
qaynayır”
808
.  
Cənnətin Ağacları Və Meyvələri: «Həqiqətən müttəqilərin nicat yeri 
(Cənnət), bağçaları  və üzüm bağlarıdır».  (ən-Nəbə 31,32). «O, iki 
Cənnətdə növbənöv meyvələr, xurma və nar vardır».  (ər-Rəhman 68). 
«Sağ tərəf sahibləri kimdir onlar? Onlar tikansız sidr ağacları, salxım-
salxım sallanmış  məuz  (banan)  ağacları altında, çəkilməyən daimi 
kölgəliklərdə, axar su kənarında, bol meyvələr, tükənməz və qadağan 
edilməyən meyvələr içində».  (əl-Vaqiə 27-33). «(Müttəqilər)  İstədikləri 
meyvələr içində olacaqlar». (əl-Mursəlat 42). «Onlar üçün (ağacları) 
altından çaylar axan Cənnətlər  (bağlar) vardır. O, Cənnətlərin 
meyvələrindən bir ruzi yedikləri zaman: «Bu bizim əvvəlcə  (dünyada) 
yediyimiz ruzidir» – deyəcəklər.  Əslində isə bu meyvələr zahirən 
bənzəyir».  (əl-Bəqərə 25). “Onlar orada (taxtlara) söykənib cürbəcür 
meyvələr və içkilər  (Cənnət içkiləri) istəyəcəklər”.  (Sad 51). “Onlar 
orada  (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər 
meyvədən istəyəcəklər”.  (əd-Duhan 55).
 
“Orada sizin üçün bir çox 
meyvələr vardır, onlardan yeyəcəksiniz!”.  (əz-Zuhruf 73).
 
(Cənnət 
ağaclarının)  kölgələri üstlərinə düşəcək, meyvələri də onların 
ixtiyarında olacaqdır  (istədikləri yerdə, istədikləri zaman onları  dərib 
yeyə biləcəklər)”.  (İnsan 14).  İbn Abbas – radıyallahu anhu – deyir ki: 
“Meyvələrdən almaq istədiyi zaman meyvələr  əyilir, o da istədiyini 
ayaqda ikən, oturarkən alır”
809
. Səhl b. Sad – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə bir 
ağac vardır ki, süvari onun kölgəsində yüz il at çapsa yenə  də kölgəsi 
qurtarmaz (Başqa rəvayətdə:  İstəsəniz bu ayəni oxuyun: “Çəkilməyən 
(daimi) kölgəliklərdə”.  (əl-Vaqiə 30
810
)»
811
.  Əbu Hureyrə – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Cənnətdə gövdəsi qızıldan olmayan heç bir ağac yoxdur»
812
.  Tuba  – 
Cənnətdə ağacdır. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Tuba –  məni görüb 
iman gətirən kimsəyə. Tuba -Yenə də Tuba o, kimsəyə ki, məni görməyib 
                                                           
808
 Tirmizi 2571.  
809
 İbni Mubarək “Zuhd” 230, Təbəri “Təfsir” 29/39, İbn Əbi Şeybə “Musənnəf” 13/141.  
810
 Buxari 11/319, Tirmizi 3292.  
811
 Müslim 2826, 5055.  
812
 Tirmizi 2645, 2525.  


 
212
lakin iman gətirmişdir»
813
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 
ki, bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «Tuba 
nədir?». Peyğəmbər: «O, Cənnətdə uzunluğu yüz il olan bir ağacdır» deyə 
buyurdu (Gövdəsinin böyüklüyü nə  qədərdir? Sənin qəbilənin 
dəvələrindən güclü bir dəvə onun gövdəsinin  ətrafında dolansa arxa 
ayaqlarının diz hissəsi sürtülənə  qədər və o, heyvan qocalana qədər yol 
getsə yenə də gövdənin ətrafını dolanıb qurtara bilməz
814
)
815
. Əbu Səid əl-
Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi 
və  səlləm - buyurdu: “Cənnətdə elə bir ağac vardır ki, süvari sürətli, 
təlimli və yaxşı cinsdən olan bir at ilə  100 il çapsada onu bitirməz”
816

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu 
aleyhi və səlləm - buyurdu: “Şübhəsiz ki, Cənnətdə bir ağac vardır ki, bir 
süvari onun kölgəsində 100 il çapar”
817
. Əbu Hureyrə - radıyallahu anhu – 
deyir ki, Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “Cənnətdə 
elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın”
818
.  Əbu Musa – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Allah, Adəm - əleyhissəlam - ı Cənnətdən endirdi və 
ona hər  şeyin sənətini öyrətdi, onu Cənnət meyvələri ilə  bəslədi. Sizin 
meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bunlar xarab olur, onlar isə 
xarab olmaz”
819
.  
Cənnətin Çiçəkləri: Abdullah b. Amr – radıyallahu anhu –  rəvayət 
edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Cənnətin 
çiçəklərinin seyyidi (ən üstünü) xınadır»
820
. Osman ən-Nəhdi – 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm - buyurdu: «Sizdən birinizə reyhan verildiyi təqdirdə onu rədd 
etməsin. Çünki o, Cənnətdən çıxmadır»
821

Cənnət Heyvanları:  «Və istədikləri hər cür quş  əti ilə onların 
dövrəsində  fırlanacaqlar».  (əl-Vaqiə 21).  Ənəs – radıyallahu anhu – 
rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Kövsər nədir?». Rəsulullah 
- sallallahu aleyhi və  səlləm - buyurdu: «O, Allahın mənə verdiyi 
Cənnətdə bir çaydır ki, süddən ağ  və baldan daha dadlıdır. O, çayda 
boyunları dəvə boyunları kimi quşlar vardır». Ömər: «Şübhəsiz ki, bunlar 
                                                           
813
 Əhməd 3/71, əl-Albani «Səhihul Cəmi» 3923.  
814
 Əhməd 4/183, 3/71.  
815
 Buxari 6/233, 8/481, Müslim 2826.  
816
 Müslim 5056.  
817
 Müslim 5054.  
818
 Tirmizi “Cənnət” 1, 2527.  
819
 Təbərani, Nihayə 2/427.  
820
 əl-Albani «Səhih Silsilə» 3/407.  
821
 Tirmizi 2792. 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə