211
(qalanlara isə o rəhiq şərabına qatılıb verirlər)”. (Mutaffifin 27-28).
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Cənnətdə su dənizi,
bal dənizi, süd dənizi və içki dənizi var. Sonra bunlardan çaylar
qaynayır”
808
.
Cənnətin Ağacları Və Meyvələri: «Həqiqətən müttəqilərin nicat yeri
(Cənnət), bağçaları və üzüm bağlarıdır». (ən-Nəbə 31,32). «O, iki
Cənnətdə növbənöv meyvələr, xurma və nar vardır». (ər-Rəhman 68).
«Sağ tərəf sahibləri kimdir onlar? Onlar tikansız sidr ağacları, salxım-
salxım sallanmış məuz (banan) ağacları altında, çəkilməyən daimi
kölgəliklərdə, axar su kənarında, bol meyvələr, tükənməz və qadağan
edilməyən meyvələr içində». (əl-Vaqiə 27-33). «(Müttəqilər) İstədikləri
meyvələr içində olacaqlar». (əl-Mursəlat 42). «Onlar üçün (ağacları)
altından çaylar axan Cənnətlər (bağlar) vardır. O, Cənnətlərin
meyvələrindən bir ruzi yedikləri zaman: «Bu bizim əvvəlcə (dünyada)
yediyimiz ruzidir» – deyəcəklər. Əslində isə bu meyvələr zahirən
bənzəyir». (əl-Bəqərə 25). “Onlar orada (taxtlara) söykənib cürbəcür
meyvələr və içkilər (Cənnət içkiləri) istəyəcəklər”. (Sad 51). “Onlar
orada (Cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər
meyvədən istəyəcəklər”. (əd-Duhan 55).
“Orada sizin üçün bir çox
meyvələr vardır, onlardan yeyəcəksiniz!”. (əz-Zuhruf 73).
“(Cənnət
ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların
ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib
yeyə biləcəklər)”. (İnsan 14). İbn Abbas –
radıyallahu anhu – deyir ki:
“Meyvələrdən almaq istədiyi zaman meyvələr əyilir, o da istədiyini
ayaqda ikən, oturarkən alır”
809
. Səhl b. Sad –
radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə bir
ağac vardır ki, süvari onun kölgəsində yüz
il at çapsa yenə də kölgəsi
qurtarmaz (Başqa rəvayətdə: İstəsəniz bu ayəni oxuyun:
“Çəkilməyən
(daimi) kölgəliklərdə”. (əl-Vaqiə 30
810
)»
811
. Əbu Hureyrə –
radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Cənnətdə gövdəsi qızıldan olmayan heç bir ağac yoxdur»
812
.
Tuba –
Cənnətdə ağacdır. Əbu Səid əl-Xudri –
radıyallahu anhu – rəvayət edir ki,
Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «
Tuba – məni görüb
iman gətirən kimsəyə.
Tuba -Yenə də
Tuba o, kimsəyə ki, məni görməyib
808
Tirmizi 2571.
809
İbni Mubarək “Zuhd” 230, Təbəri “Təfsir” 29/39, İbn Əbi Şeybə “Musənnəf” 13/141.
810
Buxari 11/319, Tirmizi 3292.
811
Müslim 2826, 5055.
812
Tirmizi 2645, 2525.
212
lakin iman gətirmişdir»
813
. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir
ki,
bir nəfər Rəsulullah - sallallahu aleyhi və səlləm – dən soruşdu: «
Tuba
nədir?». Peyğəmbər: «O, Cənnətdə uzunluğu yüz il olan bir ağacdır» deyə
buyurdu (Gövdəsinin böyüklüyü nə qədərdir? Sənin qəbilənin
dəvələrindən güclü bir dəvə onun gövdəsinin ətrafında dolansa arxa
ayaqlarının diz hissəsi sürtülənə qədər və o, heyvan qocalana qədər yol
getsə yenə də gövdənin ətrafını dolanıb qurtara bilməz
814
)
815
. Əbu
Səid əl-
Xudri –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi
və səlləm - buyurdu: “Cənnətdə elə bir ağac vardır ki, süvari sürətli,
təlimli və yaxşı cinsdən olan bir at ilə
100 il çapsada onu bitirməz”
816
.
Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu
aleyhi və səlləm - buyurdu: “Şübhəsiz ki, Cənnətdə bir ağac vardır ki, bir
süvari onun kölgəsində
100 il çapar”
817
. Əbu Hureyrə
- radıyallahu anhu –
deyir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə
elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın”
818
. Əbu Musa –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və
səlləm - buyurdu: “Allah, Adəm
- əleyhissəlam - ı Cənnətdən endirdi və
ona hər şeyin sənətini öyrətdi, onu Cənnət meyvələri ilə bəslədi. Sizin
meyvələriniz Cənnət meyvələrindəndir. Lakin bunlar xarab olur, onlar isə
xarab olmaz”
819
.
Cənnətin Çiçəkləri: Abdullah b. Amr –
radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «Cənnətin
çiçəklərinin seyyidi (ən üstünü) xınadır»
820
. Osman ən-Nəhdi –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
- sallallahu aleyhi və
səlləm - buyurdu: «Sizdən birinizə reyhan verildiyi təqdirdə onu rədd
etməsin. Çünki o, Cənnətdən çıxmadır»
821
.
Cənnət Heyvanları: «Və istədikləri hər cür quş əti ilə onların
dövrəsində fırlanacaqlar». (əl-Vaqiə 21). Ənəs –
radıyallahu anhu –
rəvayət edir ki, bir nəfər: «Ey Allahın Rəsulu! Kövsər nədir?». Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: «O, Allahın mənə verdiyi
Cənnətdə bir çaydır ki, süddən ağ və baldan daha dadlıdır. O, çayda
boyunları dəvə boyunları kimi quşlar vardır». Ömər: «Şübhəsiz ki,
bunlar
813
Əhməd 3/71, əl-Albani «Səhihul Cəmi» 3923.
814
Əhməd 4/183, 3/71.
815
Buxari 6/233, 8/481, Müslim 2826.
816
Müslim 5056.
817
Müslim 5054.
818
Tirmizi “Cənnət” 1, 2527.
819
Təbərani, Nihayə 2/427.
820
əl-Albani «Səhih Silsilə» 3/407.
821
Tirmizi 2792.