213
bəslənmiş quşlardır» dedi. Peyğəmbər: «Onları yeyəcək
olanlar onlardan
da daha bəslənmişlərdir» deyə buyurdu
822
. İbn Məsud –
radıyallahu anhu
– rəvayət edir ki, bir nəfər başı ip ilə bağlı dəvə ilə
Rəsulullah - sallallahu
aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Bu dəvə Allah
yolundadır» dedi. Peyğəmbər: «Sənin üçün Cənnətdə yeddi yüz başı iplə
bağlı dəvə vardır» deyə buyurdu
823
. Bureydə –
radıyallahu anhu – rəvayət
edir ki, bir nəfər Rəsulullah
- sallallahu aleyhi və səlləm – dən soruşdu:
«Ya Rəsulullah! Cənnətdə at varmı?». Peyğəmbər: «Allah
səni Cənnətə
daxil edərsə orada səni qırmızı yaqutdan bir ata mindirilməni və o, atın
Cənnətdə səninlə istədiyin yerə uçmasını istədiyin təqdirdə bu arzunu
yerinə yetirər» deyə buyurdu. Bir başqa adam: «Ya Rəsulullah! Cənnətdə
dəvə varmı! Deyə soruşdu. Peyğəmbər
- sallallahu aleyhi və səlləm –
əvvəlki adama söylədiklərini buna söyləmədi. Lakin: «Əgər Allah səni
Cənnətə daxil edərsə orada sənin nəfsinin istədiyi və gözünün xoşladığı
hər şey olacaqdır»
824
.
Cənnətdə Əkinçilik: Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir
ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm – yanında
bir bədəvi olan
zaman Cənnət əhlindən birinin əkinçiliklə məşğul olmaq üçün Rəbbindən
izn istədiyindən söz etdi. Allah: «Hər istədiyindən faydalanacaq
durumunda deyilsənmi?» deyə buyurdu. Adam: «Bəli, lakin əkinçiliklə
məşğul olmaq istəyirəm» dedi. Allah ona izn verir. Həmən adam
toxumunu atar-atmaz, göz açıb qırpıncaya qədər hər şey tamamlanar.
Əkin bitmiş dağlar kimi dəstə-dəstə məhsul toplanıb,
bir yerə
yığılmışdır…»
825
.
Cənnətin Otaqları Və Dərəcələri: «Lakin Rəbbindən qorxanları
(Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların
altından çaylar axar. Bu Allahın vədidir. Allah vədə xilaf çıxmaz!». (əz-
Zumər 20). “Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən
möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan)
kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları
(evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün
tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin)
Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla
imtiyaz vermişdir. (Onları) Allah tərəfindən yüksək dərəcələr,
bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir”.
822
Tirmizi 2665.
823
əl-Albani «Səhih Silsilə» 2/228.
824
Tirmizi 2543, 2666, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 429.
825
Buxari 7519, 13/487, 5/27.
214
(ən-Nisa 95-9). Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında
dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə)
tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”. (əl-Ənfal 4). “Allahın
rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş
şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O
yer necə də pisdir! Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri
vardır. Allah onların etdiyi işləri görəndir”. (Ali İmran 162-163).
Əbu
Səid əl-Xudri –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu
aleyhi və səlləm - buyurdu: «Cənnətliklərdən bəziləri aralarında üstünlük
səbəbi ilə yüksək otaqlarda oturanları, üfüqdə məşriqdən
məğribə gedən
parlaq ulduzları gördükləri kimi görəcəklər»
826
. Səhl b. Sad –
radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Şübhəsiz ki, Cənnət əhli, Cənnətdə olan evi, sizin göydə ulduzu gördüyü
kimi görəcəkdi”
827
. Əli –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
-
səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə içi çölündən, çölü də
içindən görünən otaqlar vardır. Allah bu otaqları yemək yedirən, oruc
tutan və insanlar yatarkən namaz qılanlar üçün hazırlamışdır»
828
. Əbu
Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, bir dəstə səhabə: “Ya
Rəsulullah! Cənnətdən danış, orada nə cür evlər var” dedilər. O:
“Kərpiclərin biri qızıldan, biri gümüşdən, gili isə müşkdür. Çınqılı mirvari
və yaqut, tozu zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz
olmayacaqdır, əbədidir və ölməyəcək.
Orada paltar köhnəlmir, gənclər isə
ölmürlər”
829
. Əbu Səid
- radıyallahu anhu – deyir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə yüz dərəcə vardır. Bütün
aləmlər bunlardan birinin içində toplansa hamısına bəs edər”
830
.
Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu: “Quran sahibi Cənnətə
daxil olduğu zaman ona: Oxu və yüksəl. O, kimsə oxuyar və hər bir ayədə
bir dərəcə yüksəlir. Bildiyi son ayəni oxuyana
qədər bu beləcə davam
edər”
831
.
Cənnətdə Dərəcələrin Ən Yüksəyi: Abdullah b. Amr b. əl-As –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və
səlləm - buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini
təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə
Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni
826
Buxari 6556, Müslim 2831.
827
Müslim 5058.
828
Tirmizi «Cənnət» 3/4, Əhməd 1/156.
829
Əhməd.
830
Tirmizi “Cənnət” 4, 2534.
831
Əhməd 3/40.