Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə109/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   105   106   107   108   109   110   111   112   ...   127

 
219
çalğı  və (mahnı) deyildir”
851
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: «Qadın  ərinə dünyada ikən  əziyyət verdikdə o, kişi üçün 
Cənnətdə hazırlanmış Hurisi belə deyər: Ey qadın! Allah səni zəlil etsin. 
O, sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən ayrılaraq bizim 
yanımıza gələcəkdir (ona əziyyət vermə) deyərlər
852
.  Ənəs – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
«Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi 
veriləcəkdir (Başqa rəvayətdə:  72 (73) zövcəsi olacaqdır möminin 
Cənnətdə
853
). Bir nəfər: «Ya Rəsulullah! Onun gücü çatacaqmı?» deyə 
soruşdu. Peyğəmbər: «Ona yüz kişinin gücü veriləcəkdir (Başqa 
rəvayətdə: Muhəmmədin nəfsi əlində olana and olsun ki, bir gecədə 100 
bakirə qadına yaxınlaşacaqdır
854
)» deyə buyurdu
855
.  Əbu Hureyrə – 
radıyallahu anhu –  rəvayət edir ki, Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Ey Allahın Rəsulu! Cənnətdə cima (yaxınlıq) varmı?”. 
Peyğəmbər: “Canım  əlində olana and olsun ki, Bəli – istədiyi qədər 
edəcəkdir. Hər  şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə 
olacaqdır”
856
.  
Hurilər Nədən Yaradılmışdır: Ənəs – radıyallahu anhu – rəvayət edir 
ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Hurilər zəfərandan 
yaradılmışdır”
857
 
Cənnətdə Doğum:  Əbu Səid  əl-Xudri – radıyallahu anhu –  rəvayət 
edir ki, Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - buyurdu: “Mömin 
Cənnətdə  uşaq istədiyi zaman, hamilə qalmaq, doğulması bir vaxtda 
möminin arzu etdiyi kimi olur”
858
. Əbu Səid əl-Xudri – radıyallahu anhu 
 rəvayət edir ki: “Ey Allahın Rəsulu! Cənnət əhlinin uşaqları olacaqmı? 
Çünki uşaq sevinci tamamlar” dedim. Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Canım əlində olana and olsun ki, Bəli – uşağın olması 
bunu arzu etdiyiniz zaman qədər bir şeydir. Bətnə düşər,  əmər və  gənc 
olur (Bütün bunlar bir anda baş verər)”
859
. Lakin bir qrup alimlər qeyd 
edirlər ki: Cənnətdə doğum olmayacaq, həmçinin orada uşaq da yoxdur ki, 
böyüsün və qocalsın. Çünki Cənnət  əhli heyz, nifas, məni, böyük-kiçik 
                                                           
851
 Təbərani “Kəbir” 8/119, H. 7478, Heysəmi “Məcmuaz Zəvaid” 10/418.  
852
 Tirmizi 2/208, İbn Məcə 1/621, H. 2014, əl-Albani “Səhih” 1/284, H. 173.  
853
 Tirmizi 2562, İbn Məcə 4337, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 372.  
854
 Əbu Nuaym “Sıfət əl-Cənnəh” 2/215, Təbərani “Mucəm əs-Sağir” 2/12-13, Beyhəqi “əl-Bas vən 
Nuşur” 365, Məcmuaz Zəvaid 10/417, əl-Albani “Səhih” 1/641, H. 367.  
855
 Tirmizi “Cənnət” 2536, əl-Albani “Mişkət” 3/1567, H. 5636.  
856
 Təbərani “Mucəm Sağir” 1/91, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 393.  
857
 Təbərani, Nihayə 2/461, Əbu Nuaym “Sıfət əl-Cənnəh” 385.  
858
 Tirmizi 2563.  
859
 Əbu Nuaym “Sıfət əl-Cənnəh” 275, 2/124, Beyhəqi “əl-Bas vən Nuşur” 397.  


 
220
ayaq yolundan təmizdirlər. Bunlarda uşağın olması üçün şərtdir (heyz və 
məni)
860
Doğrusunu Allah Bilir!  
Cənnətdə Şəhidlərin Məqamı: «Allah yolunda öldürənləri heç də ölü 
zənn etmə! Xeyr, onlar öz rəbbinin yanında diri olub ruzi yeyərlər». (Ali 
İmran 169)»
861
.  İbn Abbas – radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Uhudda şəhid olan 
qardaşlarınız vara! Allah onların ruhlarını Cənnətdəki yaşıl quşların içinə 
qoydu. Onlar Cənnətin çaylarına gedən, Cənnət meyvələrindən yeyən və 
ərşin gölgəsində istirahət edən quşlardır.  Şəhidlər beləcə yeyib, içib 
dincəldikdə deyərlər: «Qardaşlarımıza kim bu xəbəri çatdıra bilər ki, biz 
Cənnətdə diriyik və ruzi yeyirik? Bu xəbər onlara getməlidir ki, onlar 
Cənnətə qarşı istəksiz olmasınlar və cihadda qorxaq olmasınlar». Allah 
onlara cavabən: «Sizin xəbərinizi Mən çatdıracağam» deyə buyurdu və bu 
ayəni nazil etdi: «Allah yolunda öldürənləri heç də ölü zənn etmə! Xeyr, 
onlar öz rəbbinin yanında diri olub ruzi yeyərlər».  (Ali İmran 169)»
862
. 
Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi 
və  səlləm - buyurdu: «Cənnətə girən heç kimsə dünyaya geri dönmək 
istəməz, yer üzündə olan hər şey orada vardır. Lakin şəhid belə deyildir. 
O, Cənnətdə ona verilən nemətlərə görə yer üzünə dönüb on dəfə  şəhid 
olmağı  təmənna edər»
863
. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – 
buyurdu: “Şəhidin Allah dərgahında 7 özəlliyi vardır: İlk damla (tökülən) 
qanı ilə bağışlanılır, Cənnətdə olan yerini görür, qəbr əzabından qorunur, 
(Qiyamət gününün) qorxusundan əmin olur, İmanın  şirinliyini dadar 
(Hamı lüt olduğu zaman iman libası ilə geyindirilər),  72 Huril Ayn ilə 
evləndirilir və qohumlarından  70  nəfər haqqında  şəfaətçi olur (Başqa 
rəvayətdə: Başına ucalıq tacı qoyular. Hansıki bir daşı dünya və onun 
içindəkilərdən xeyirlidir)”
864

Cənnətdə Qadının Son Əri İlə Olması: Əbu Darda – radıyallahu anhu 
  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: 
«Qadının son əri (onunla birlikdə) Cənnətdədir». Ummu Dərdə: 
«Cənnətdə əbu Dərda ilə evlənməyənədək bir də ərə getmərəm» dedi
865
.  
Cənnətə İlk Girən Zümrə: Əbu Hureyrə – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah  - sallallahu aleyhi və  səlləm - buyurdu: «Bizlər 
(dünyada)  ən sonda gələnlərik, Qiyamət günü isə  ən öndə olanlarıq. 
                                                           
860
 Əbu Nuaym “Sıfət əl-Cənnəh” 362, Beyhəqi “əl-Bas vən Nuşur” 360, Təfsir Mücahid 1/71-72.  
861
 Əbu Davud 2520. 
862
 Əbu Davud 2520. 
863
 Buxari «Cihad» 5,21, Müslim 1877. 
864
 Tirmizi 3/17, 1712, İbn Məcə 2/184, 2799, Əhməd 4/131.  
865
 əl-Alabni «Səhihul Cəmi» 6/14.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə