Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə110/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   106   107   108   109   110   111   112   113   ...   127

 
221
Ümmətimdən yetmiş min nəfərlik ilk zümrə haqq-hesabsız cənnətə 
girəcəkdir. (Başqa rəvayətdə: Bunlardan hər yetmiş  nəfər ilə yetmiş min 
nəfər də gələcəkdir və Rəbbimin ovucu ilə üç ovuc daha
866
) Bunlardan hər 
birinin üzü gecə vaxtı ay kimi parlaq olacaqdır. Bunlardan sonra 
gələnlərin üzləri isə göydə olan ən parlaq ulduzlar kimi olacaqdır. Sonra 
isə  hər kəs mərtəbəsinə görə  gələcəkdir»
867
.  Əbu Hureyrə – radıyallahu 
anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: 
“Cənnətə ilk girəcək zümrənin üzü gecə vaxtı ay kimi parlaq olacaqdır. 
Bunlardan sonra gələnlərin üzləri isə göydə olan ən parlaq ulduzlar kimi 
olacaqdır. Onlar nə böyük, nə də kiçik ayaq yoluna gedərlər, nə tüpürərlər, 
nə də fınxırarlar. Daraqları (qabları) qızıldandır (gümüşdən), Tərləri misk, 
buxurdanlıqları aloy ağacı, zövcələri ceyran gözlü hurilər (xasiyyətləri 
eyni), ataları Adəmin surəti boyda 60 arşındır (Başqa rəvayətdə: 
Aralarında ixtilaf və bir-birilərinə nifrət yoxdur. Qəlbləri bir tək kişinin 
qəlbi kimidir. Səhər-axşam Allahı təsbih edərlər
868
)”
869
.  
Cənnətə Girmələrinə Zəmanət Verilənlər: “Rəbbinizin məğfirətinə və 
genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış 
Cənnətə  tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını 
yoxsullara)  xərcləyər, qəzəblərini udar, insanların günahlarından 
keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş 
gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə 
edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan 
başqa kim bağışlaya bilər? Və onlar etdiklərini  (gördükləri işin pis 
olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların 
mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar 
axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı  işlər görənlərin 
mükafatı  nə gözəldir!”.  (Ali  İmran 133-136).  “(İslamı)  ilk  əvvəl qəbul 
edib  (bu işdə başqalarından) irəli düşən mühacirlərə  və  ənsara, 
həmçinin yaxşı  işlər görməkdə onların ardınca gedən kimsələrə 
gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar.  (Allah) onlar 
üçün  əbədi qalacaqları,  (ağacları) altından çaylar axan cənnətlər 
hazırlamışdır. Bu, böyük qurtuluşdur  (uğurdur)!”.  (ət-Tövbə 100). 
“Möminlər yalnız o kəslərdir ki, Allah adı  çəkiləndə  (Onun heybət və 
əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu 
zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz 
                                                           
866
 Əhməd 5/393, Tirmizi “Qiyamət” 13, 2439, İbn Məcə “Zuhd” 34, 4286, əl-Albani “Səhih”.  
867
 Müslim «Cənnət» 3/17.  
868
 Buxari 6/318, Müslim 2834.  
869
 Buxari 3327, Müslim 2834.  


 
222
Rəbbinə  təvəkkül edər.  (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və 
verdiyimiz ruzidən  (Allah yolunda) sərf edərlər. Onlar həqiqi 
möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları 
(Qiyamət günü) bağışlanma və  (Cənnətdə) tükənməz  (gözəl, minnətsiz) 
ruzi gözləyir!”. (əl-Ənfal 2-4). Rəsulullah - sallallahu aleyhi və səlləm – 
Xeybər günü buyurdu: “Ey Xattabın oğlu! Get və insanlar içində Cənnətə 
möminlərdən başqası girməyəcəkdir deyə elan ver!”. Ömər: “Getdim və 
Cənnətə möminlərdən başqası girməz deyə elan etdim”
870
. Əbu Hureyrə – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm – Bilal – radıyallahu anhu – ya insanlar içində belə deməyi  əmr 
etdi: “Cənnətə müsəlman bir nəfsdən başqası girməz”
871
.  
Cənnət Və  Cəhənnəmin  Ən Çox Sakinəri: Usamə b. Zeyd 
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər  – sallallahu aleyhi və 
səlləm – buyurdu: «(Merac gecəsində) Cənnətin qapısında durub içəri 
baxdım. Oraya girənlərin böyük çoxluğunun miskinlər olduğunu gördüm. 
Mal sahiblərindən Cəhənnəmlik olanlardan başqaları (haqq-hesab) üçün 
həps olumuşlar. Atəş əhli olan zənginlərin isə Cəhənnəmə atılmaları öncə 
əmr olunmuşdur. Cəhənnəmin qapısında da durdum. Bir də baxdım ki, 
Cəhənnəmə girənlərin çoxu qadınlardır (Başqa rəvayətdə: «Biz nəyə görə 
Cəhənnəm  əhlinin çox hissəsi olacağı» dedilər. Peyğəmbər: «Çünki çox 
lənət edir, ərlərnizə qarşı nankorluq edirsiniz. Yaxşılığa qarşı küfr 
edirsiniz. Onlardan birinə dünya durduqca yaxşılıq etsən və sonra səndən 
məmnun olmayacaq bir şey görsə – səndən heç bir xeyir görmədim deyər. 
Ağıl və din naqisliyi də vardır. Sizin qədər ağlı başından alaraq kişiyə 
üstün gələni görmədim». Qadınlar: «Ağıl və din naqisliyi nədir?» deyə 
soruşdular. Peyğəmbər: «Ağlı nöqsanlığa gəldikdə – iki qadının şahidliyi 
bir kişinin  şahidliyinə  bərabərdir. Dini naqisliyə  gəldikdə isə – (heyzli 
günlərdə) namaz qılmazsınız və ramazanda da (bir müddət) oruc 
tutmazsınız»
872
.  İmran b. Huseyn – radıyallahu anhu –  rəvayət edir ki, 
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnət sakinlərinin 
ən azı qadınlardır”
873
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 
Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: “Cəhənnəmi gördüm, 
əhlinin çoxu qadınlar idi. Cənnəti gördüm, əhlinin çoxu fəqirlər idi”
874

İbn Ömər – radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu 
aleyhi və  səlləm – buyurdu: “Cənnəti gördüm, əhlinin çoxu fəqirlər idi. 
                                                           
870
 Buxari 6/187.  
871
 Buxari 6/179, Müslim 111.  
872
 Buxari «Rikak» 51, Müslim 79, 2736. 
873
 Müslim 2738, Əhməd 4/427.  
874
 Buxari 11/415, Müslim 2737, Əhməd 2/297.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə